Məhkəmə qərarları › İş №2(060)-2738/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2738/2021

20.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2738/2021 20.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı «xxxx» BOKT ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “əmlakdan istifadə hüququna xitam verilməsi, əmlakın boşaldılması və xxxx BOKT-a təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxx» BOKT ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “əmlakdan istifadə hüququna xitam verilməsi, əmlakın boşaldılması və xxxx BOKT-a təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçının mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, ümumi sahəsi 356,5 kv.m olan, 581V saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin həmin mənzildən çıxarılması və mənzilin «xxxx» BOKT ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək cavabdehlərdən Cavabdeh1 öldüyündən iddianı həmin şəxsə qarşı hissədə azaltdığını göstərdi, digər cavabdehlərə münasibətdə iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəlki “xxxxbank” ASC-nin (indiki “xxxx” BOKT ASC) iddia tələbi üzrə Sumqayıt şəhər məhkəməsinin 13.09.2011 -ci il tarixli, 2(060)-2957/l 1 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması və tələbin girov predmetinə yönəldilməsinə dair iddiası təmin edilmişdir. Qətnamədən cavabdehlər tərəfindən verilən apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 18.09.2012-ci il tarixli, 2(105)-260/2012 saylı qətnaməsi ilə qismən təmin edilmişdir. Bu qətnamədən verilən kassasiya şikayəti Ali Məhkəmənin 23.02.2013-cü il tarixli, 2(102)-598/2013 saylı Qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmə qərarının icrası məqsədi ilə girov predmeti olan əmlak Sumqayıt şəhər İcra və Probasiya Şöbəsinin müvafiq qərarı ilə hərraca çıxarılmış, əmlak hərracda satılmadığı üçün tələbkar Banka təklif edilmişdir. “xxxx” MMC-nin, Hərac təşkilatının 34/05,14.07.2016-cı il tarixli Protokolu əsasında əmlak “xxxxBank” ASC tərəfindən əldə edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli, **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 16.11.2017-ci il tarixli Çıxarışa əsasən əmlak “xxxx” BOKT ASC-nin adına rəsmiləşdirilmişdir. Buna əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, ümumi sahəsi 356.5 kv.m olan. 581 V saylı fərdi yaşayış evi BOKTun mülkiyyətinə verilmşdir. RX seriyalı, ******* nömrəli, **********88-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 16.11.2017-ci il tarixli Çıxarışın surəti əlavə edilir. "xxxx" BOKT ASC tərəfindən mənzilin boşaldılaraq ASC-yə təhvil verilməsi üçün mənzilin əvəlki mülkiyyətçisinə pretenziya məktubu göndərilsə də bu heç bir nəticə verməmişdir. Beləliklə də Bankın mülkiyyət hüquqlarına müdaxilə edilmiş olur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, iddianı qəbul etmir. O və ailə üzvləri olan digər cavabdehlər məhkəmə araşdırmaları barədə məlumatsız olublar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: “xxxx” MMC ilə «xxxx» BOKT ASC arasında bağlanmış 14 iyul 2016-cı il tarixli 34/05 saylı «Hərracın yekunları barədə» Protokoldan görünür ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin sifarişi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2011-ci il tarixli 2(060)-2957/2011 saylı icra vərəqəsinə əsasən Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 581V nömrəli fərdi yaşayış evi hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 215.000 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə ipotekasaxlayan «xxxx» BOKT ASC əmlakı 137.062,50 (bir min yüz otuz yeddi min altmış iki manat, əlli qəpik) manata almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, ümumi sahəsi 356,5 kv.m olan, 581V nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə «xxxx» BOKT ASC-nin adına 16.11.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 116 nömrəli vərəqində qeydə alınmışdır. “Elektron notariat” X1 12 yanvar 2021-ci il tarixli çıxarış görünür ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 581V nömrəli fərdi yaşayış evində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsin əəsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsindəəqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsindəşikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrindəərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdəəmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsindəöz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncüşəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, icra sənədinə əsasən ipoteka predmeti olan mənzilə tutma yönəldilmiş və o, satılaraq keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin, mənzilin keçmis sakinləri olan cavabdehlər mənzildən qeydiyyatdan çıxmamış, mənzili boşaldaraq iddiaçıya təhvil verməmişlər. Cavabdehlər qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla və mənzili boşaldıb tərk etməməklə iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırırlar. Odur ki, cavabdehlər mənzildən çıxarılmalıdırlar. Eləcə də cavabdehlərlərin mənzildən qeydiyyatdan çıxarılması üçün onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərlərin mənzildən istifadə hüququ alqısatqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, ümumi sahəsi 356,5 kv.m olan, 581V saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməli, onlar həmin yaşayış sahəsindən çıxarılmalı və fərdi yaşayış evi iddiaçıya təhvil verilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsümünun əvəzi olaraq 20 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, ümumi sahəsi 356,5 kv.m olan, 581V saylı fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilsin, onlar həmin yaşayış sahəsindən çıxarılsınlar və fərdi yaşayış vei iddiaçı «xxxx» BOKT ASC-yə təhvil verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar