Məhkəmə qərarları › İş №2(060)-2741/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2741/2023

19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2741/2023 19.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi İddiaçı X2, Cavabdeh iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X7 Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023 tarixdən hesablanmaqla alimentin həcminin artırılması, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər biri üçün ayda 220 (iki yüz iyirmi) manat müəyyən edilməklə sabit pul məbləğinin və mediasiya xərclərinə çəkilmiş 50 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X7 iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4121/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 və Cavabdeh arasındakı nikah pozulmuşdur, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər biri üçün ayda yüz yetmiş (170) manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4121/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların layiqli tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşma çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cii ildə hər uşaq üçün 220 (iki yüz iyirmi) manat müəyyən edilmişdir. Cavabdeh mediasiya prosesində iştirak etməyib və aralarında alimentlə bağlı mübahisə mövcuddur. Buna görə də görə “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, məhkəmənin icraatında X2 ona qarşı "alimentin artırılması"na dair 2(060)-2741/2023 saylı mükki iş var. Aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir. Qeyd edir ki, onlar xx.xx.2009-cu il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçərək ailə həyatı qumuşdurlar. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X10 adlı iki övladları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4121/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikahın pozulması, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X6 analarının yanında qalmaları və onlanr yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 170 manat sabit pui məbləğində alimentin X2 xeyrinə ondan tutulması qət edilmişdir. Belə ki, 2022-ci il tarixdə məhkəmə mübahisəsi zamanı məhkəmə aliment hissəsinə də münasibət bildirərək hər uşağa görə 170 manat məbləğində alimentin tutulması qət edilmişdir. 2022-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 193 manat müəyyən olunmuşdur. Qanunvericiiikiə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar başqa məhkəmə prosesində mübahisələndirilə və yenidən sübut edilə bilməz. Buradan da aydın görünür ki iddia əsassızdır. Məhkəmə 2022-ci il tarixli qətnaməsi ilə bu iddiaya dair mövqeyini bildirmişdir. Bundan əlavə olaraq məhkəmə tərəfındən alimentin miqdarı müəyəyn olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olunmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Halbuki onun maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. Həmçinin iddiaçı onun maddi vəziyyətinin dəyişməsi və ya artması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı iddiasını 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Qanuna istinad edərək əsaslandırmışdır. İddianın mövqeyinə görə, yaşayış minimumunun məbləğinin miqdarının alimentin artırılmasıma aid edilməsini əsas gölürür. Lakin bu qeyrimüəyyənliklər yaradır. Həmçinin cavabdehin hüquq və azadlıqlarının müdafiəsinin təmin edilməsini çətinləşdirir. Belə ki, alimentin miqdarının müəyyən edilməsi zamanı "Yaşayış minimumu haqqında” Qanunun normaları deyil, mənim maddi və ailə vəziyyəti əsas götürülməlidir. Belə ki,o. “Socar Polymer" MMC-də gözətçi vəziləsində çalışır, aylıq əmək haqqı 831.78 AZN manat məbləğində təşkil edir. Hesab edir ki, məhkəmə alimentin artırılmasma dair işlərə baxarkən onun üzərində olan digər öhdəlikləri və ya onun maraqlarına toxunan hallar nəzərə alınmalıdır. Həmçinin onu da əlavə edir ki, o, halhazırda cavabdeh və uşaqları ilə birgə eyni ünvanda ünvan 1də müvafiq arayış məhkəməyə təqdim olunacaqdır. Evə dair bütün kommunal ödənişlər, qida və s. bu kimi maddi tələbatlar onun tərəfindən ödənilir. Qanunvericiliyə əsasən, valideyn olaraq iddiaçı da hər bir valideyn kimi uşaqlarının maddi təlabatlarının ödənilməsində onunla barabər eyni vəzifə daşıyır. Əlavə olaraq onu da bildirir ki, Ailə qanunvericiliyin tələbinə görə məhkəmə tərəfindən müəyyən olunmuş sabit pul məbləğində alimentin miqdarı hazırki vəziyyətdə müəyyən olunmuş minimum əmək haqqının müəyyən mislinə uyğun indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 2019-cu ildən 2022-ci ilədək atasıgildə yaşamışdır və həmin vaxt valideynlərinə yük olmaması üçün işləmişdir. Lakin hazırda işləmir. Cavabdeh uşaqları ilə maraqlanmır, cəmi 1-2 dəfə uşaqlarını görmək üçün aparmışdır. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçı tərəfin təkidi ilə onunla boşanmışdır. Buna baxmayaraq o, iddiaçı ilə birgə nikahdan olan uşaqları ilə görüşür, onları əvvəlki qaydada sevir və onlara lazimi diqqəti göstərir. İddiaçının valideynləri burda olsalar, onun bu dediklərini təsdiqləyərlər. İddiaçı hər zaman işləmişdir, hətta bu yaxınlarda özünə sürücülük vəsiqsi də almışdır, hesab edir ki, iddiaçının başqa heç kimə ehtiyacı yoxdur. O, 10 yaşından bu günə kimi 5 dəfə əməliyyat olunmuşdur, o, hətta görmə qabiliyyətini də itirə bilər. Belə olduğu təqdirdə gələcəkdə işləməyəcəyi halda artırılan alimenti ödəyə bilməyəcəyindən tutulmanın anasının pensiyasına yönəlməsini qətiyyən istəmir. Cavabdeh qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci iddiaçı X2 nümayəndəsi X1 tərəfindən ödənilmişdir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4121/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə X7 arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində 25 iyul 2009-cu il tarixdə 542 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cu il təvəllüdlü X6 anası X2 yanında qalması, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində alimentin X2 xeyrinə tutulması qət edilmişdir. İşdə olan "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli,1058 saylı əmək müqaviləsinə edilmiş xx.xx.2023-cü il tarixli dəyişiklikdən görünür ki, tərəflər işçiyə hər ay 834.78 manat məbləğində tarif maaşının təyin edilməsi və ona əmək funksiyasını icra etdiyi hər gün üçün 6.21 manat məbləğinə yemək pulu verilməsi, ona qanunvericiliklə müəyyən edilmiş ödəmələr tutulduqdan sonra xalis məbləğ ödənilməsi barədə razılaşmışdırlar. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş xx.xx.2023-cü il tarixli gəlir məlumatlarından isə görünür ki, Cavabdeh "xxxx" MMC-də gözətçi işləyir və 959.01 manat maaş alır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa…habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı). “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4121/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə uşaqları saxlamağın hər iki valideynin vəzifəsi olduğunu və cavabdehin əmək haqqının məbləğini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4121/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, hər ay hər uşaq üçün 200 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən 440 manat aliment tutulmasını xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 1200 ((440-340)x12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 32 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, iddiaçı X2 nümayəndəsi X1 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərci hazırki iddia ərizəsinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunu əhatə etdiyindən həmin məbləğ Cavabdeh tutularaq iddiaçı X4 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4121/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 200 (iki yüz) manat olmaqla ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq iddiaçı X4 ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar