Məhkəmə qərarları › İş №2(060)-2742/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2742/2024

05.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2742/2024 05.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-216/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə üzərinə saat 22:00dan növbəti gün 07:00-dək yaşadığı ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması ona üçün xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri qoyulmuşdur. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2023-cü il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd enerji bankı təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədəlikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Məhkum cəzasını çəkib qurtardığı üçün nəzarət işi qeydiyyatdan çıxarılmış və ona verilmiş ENV geri alınmışdır. AR Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən zərbə nəticəsində ana platada kondensatorun qopduğu, təmiri mümkün olmadığı üçün istifadəyə tam yararsız olduğu qeyd edilmişdir. Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından mobil nəzarət qurğusu istifadəyə tam yararsız olduğu üçün maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh mobil qurğunun xüsusi proqram lisenziyası ilə dəyəri, yəni 2277,40 manat məbləğində pulun alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İddiaçı nümayəndəsi X3 izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin məhkəməyə iddia tələbinə etiraz təqdim edərək, bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-216/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin hökmün icrası yaşayış yeri üzrə İddiaçınə həvalə edilmişdir. Hökmün icrası məqsədilə xx/xx/2023-cü il il tarixində ona elektron nəzarət vasitəsi tətbiq edilmiş, bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd enerji bankı verilmişdir. xx.xx.2023-cü ildə qolbağın plombunda yaranmış boşluqdan dolayı təzədən bərkidilərək düzəldilmişdir. Cəzanı tamamilə çəkib qurtardıqdan sonra nəzarət işi qeydiyyatdan çıxarılmış və ona verilmiş elektron nəzarət vasitəsi tərəfindən geri qaytarılmışdır. İddiaçı məhkəməyə “vurulmuş maddi ziyanın tələbi” haqqında verdiyi iddia ərizəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidməti Elektron Monitorinq İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Texniki rəyə əsasən zərbə nəticəsində ana platada kondensatorun qopduğu, təmiri mümkün olmadığı üçün istifadəyə tam yararsız olduğu bildirilmişdir. İddiaçınə çağrılaraq ondan həmin cihazda nasazlığın yarandığı bildirilmiş, o isə bununla bağlı onlara izahat vermişdir. Belə ki, qurğu onun üstündə olduğu zaman, nərdivana çıxaraq iş görmüşdür, nərdivandan yıxılmış və həmin vaxtı qurğu zədələnmişdir. Bununla bağlı İddiaçınə ifadə vermişdir. Onun heç bir təqsiri olmamış, həmin qurğu tərəfindən qəsdən zədələnməmiş, nərdivandan yıxılaraq həm özü zərər çəkmiş, həm də ona verilmiş üzərində gəzdirdiyi qurğuya hadisə nəticəsində ziyan dəymişdir. Əlavə olaraq hadisə ilə bağlı ətraflı izahat verir ki, qaz borusunun yanından keçən internet və digər kabellər çox aşağı səviyədə sallanaraq nəqliyyat vasitələrinin gediş-gəlişinə maneçilik törədirdi, habelə yük avtomaşınların damına ilişərək qırılma təlükəsi var idi. O da bu nasazlığı aradan qaldırmaq üçün nərdivanı qaz borusunun dirəyinə söykərək yanmış məftillə və digər vasitələrlə tarım çəkib bağlamaq istəmişdir. Nərdivanın yuxarı pilləkəninə çıxaraq kabelləri tarım çəkərək sallanmasın deyə müvəqqəti bağlamışdır. Daha sonra nərdivana əvvəlcədən bağladığı məftili açıb götürmək istəyəndə məftil həm nərdivana, həm də qolbağa ilişmişdi. Məftili açmaqda çətinlik çəkdiyindən nərdivan qaz borusunun dirək borusundan sürüşərək yıxılmışdır. Nəticədə nərdivana qolbağa ilişmiş məftil qolbağın kəmərini qırdı eyni zamanda nəzarət cihazı altında qalaraq zərbə aldı. Amma cihazı işliyirdi sadəcə enerji ilə həm təmin olurdu, həmdə təmin olmurdu. Həmin iddia ərizəsində məndən mobil qurğunun xüsusi proqram lizensiyası ilə dəyəri 2277,40 manat tələb edilir. İddia ərizəsinə onun barəsində Sumqayıt Şəhər Məhkəməsinin vermiş olduğu 1(060)- 216/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökm, cəzanın icrası ilə bağlı Probasiya şöbəsinin ona ünvanlandırdığı bildiriş, protokol, şəxsiyyət vəsiqəsi, İddiaçındə olduğu zaman vermiş olduğu xx.xx.2024-cü il tarixli izahat, elektron qolbağın kəmərinin qırılması barədə akt, Elektron nəzarət vasitəsinin texniki vəziyyəti haqqında texniki rəy, xidməti məktub və etibarnamə əlavə edilmişdir. Lakin İddiaçı ondan tələb etdiyi 2277,40 manat pulun nəyin əsasında, nəyə görə, hansı sənədə əsasən tələb etməsi barədə əsaslandırılmış sənəd məhkəməyə təqdim etməmişdir. Hazırda işsizdir, bugünkü günü işləmir və hər hansı bir gəliri yoxdur. Eyni zamanda cinayət işi üzrə 01 il müddətinə ona azadlığın məhdudlaşdırılması cəzası verildiyi üçün bu müddət ərzində işləyə də bilməmişdir. Maddi vəziyyəti çox çətindir, borc xərc içindədir. İddiaçı tələb etdiyi həmin böyük məbləği 2277,40 manat məbləğində pulu ödəmək iqtidarında deyildir. Həmçinin iddiaçının tələb etdiyi həmin məbləğ şişirdilmiş məbləğdir, həmin avadanlığın qiyməti 2277,40 maanat deyildir. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

Əsaslandırıcı hissə:

7. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-216/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinməsi və onun 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, cəzasının əvvəlinin İddiaçındə qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh üzərinə İddiaçınə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrası Cavabdeh yaşayış yeri üzrə İddiaçınə tapşırılması, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 təqsirləndirilən şəxs Cavabdeh göstərdiyi hüquqi yardıma görə 48 manat pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməsi hökm edilmişdir.

8. İş materiallarında olan İddiaçı böyük icra məmuru X1 məhkum Cavabdeh iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-216/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkumun üzərinə İddiaçınə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı evi tərk etməmək Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonu hüdudlarından çıxamamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına edən nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmuşdur. Həmin hökmün icrası ilə əlaqədar Cavabdeh yaşadığı ünvanda olmuş, ona hüquq və vəzifələri izah olunduqdan sonra elektron nəzarət vasitəsi məhkumun tətbiq üzərinə tətbiq olundu. Məhkuma bir daha elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etməsi barədə xəbərdarlıq edildi. Bundan sonra məhkuma “Attenti” markalı elektron qurğu tətbiq olunaraq 1 ədəd mobil qurğu və 1 ədəd enerji adaptrı təhvil verildi. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi və ona protokolun surəti təqdim edilərək yaddaş kitabçası verildi.

9. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ED 000498 №-li elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən, “Attenti V6” markalı mobil qurğuya texniki baxış keçirilmiş, zərbə nəticəsində ana platada kondensator qopub, təmiri mümkün olmadığından istifadəyə tam yararsız olması müəyən edilmişdir.

10. İş materiallarında olan "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Attenti” markalı elektron nəzarət qurğusunun qiyməti 2277,40 manat təşkil edir.

11. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Göstərilən Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

16. Göstərilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

17. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur.

18. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli Qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilər tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur.

19. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-216/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsi tətbiq edilmiş, Cavabdeh elektron nəzarət vasitəsini zədələmişdir.

20. Məhkəmə onu da qeyd edir ki, Ədliyyə Nazirliyinin verdiyi məlumata görə həmin elektron nəzarət vasitələrinin dəyəri 2277,40 manat təşkil edir.

21. Məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyır və iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur.

22. Beləliklə, məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, iddia tələbi təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pul alınaraq X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T CTREAZ22, Ədliyyə Nazirliyi hesab № AZ18CTRE********************, VÖEN **********, büdcə təsnifatının kodu 142120, büdcə səviyyəsinin kodu:7 hesabına ödənilməlidir.

23. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

26. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pul alınaraq X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T CTREAZ22, Ədliyyə Nazirliyi hesab № AZ18CTRE********************, VÖEN **********, büdcə təsnifatının kodu 142120, büdcə səviyyəsinin kodu:7 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar