Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2780/2021 16.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçıASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulmasına dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədseyidov Vüqar Ramiz oğlundan, Cavabdeh3 Məmmədrza oğlundan və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 4341,05 USD əsas borc, 4134,37 USD fazi borcu, 979,69 USD cərimə və kredit müqaviləsi üzrə 21 noyabr 2018-ci il tarixdən, 03 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 597,65 USD məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 10052,76 USD borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh1 24.12.2014-cü il tarixli müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən 24 ay müddətinə, illik 28 faizlə 8500 USD kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 qızı və Miziyev Kamil Məmmədrza oğlu ilə 24.12.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 27.12.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq müddəti 21.11.2018-ci il tarixədək uzadılmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 03 fevral 2021-dək Cavabdeh1 banka 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 4341,05 USD əsas borc, 4134,37 USD fazi borcu, 979,69 USD cərimə və kredit müqaviləsi üzrə 21 noyabr 2018-ci il tarixdən, 03 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 597,65 USD məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 10052,76 USD borcu vardır. Odur ki, İddiaçı ASC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1iddianı qismən qəbul edərək borcun iddia ərizəsində qeyd ediləndən az olmasını bildirmiş və ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.12.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsindən görünür ki, borcluya 24 ay müddətinə, illik 28 faizlə, 8500 USD kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 qızı və Miziyev Kamil Məmmədrza oğlu ilə 24.12.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. - 03.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 24 dekabr 2014-cü il tarixli müqavilə üzrə banka 4341,05 USD əsas borc, 4134,37 USD fazi borcu, 979,69 USD cərimə və kredit müqaviləsi üzrə 21 noyabr 2018-ci il tarixdən, 03 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 597,65 USD məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 10052,76 USD borcu borcu vardır. -02 avqust 2021-ci il tarixli, 9/3242 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 16.02.2021-ci il tarixədək banka olan borcu 7628,26 ABŞ dolları müəyyən olunur ki, bunun 3757,58 USD əsas borc, 3870,68 USD faiz borcudur. - Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinin 2-ci bəndinə əsasən kredit müqaviləsinə əsasən bank müştəriyə kreditlər verməyi, müştəri isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürür. -Vergilər Nazirliyinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin çıxarışından görünür ki, "xxxx"İKB ASC-nin hazırki adı İddiaçı ASC-dir. -SMS çıxarışlarından görünür ki, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** nömrələrinə sms göndərilərək, kreditin restukturizasiya olunması üçün borclular banka dəvət edilmişlər. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.12.2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsinə əsasən borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüş, lakin nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə dair borcluya xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdehin 16 fevral 2021-ci il tarixinə 3757,58 USD əsas borc, 3870,68 USD faiz borcu və kredit müqaviləsi üzrə 21 noyabr 2018-ci il tarixdən, 03 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 517 USD məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə 8145,26 USD borcu yaranmışdır. Belə ki, ekspert rəyinə əsasən əsas borc 4341,05 USD deyil 3757,58 USD olduğuna görə, yəni 86,5% təşkil etdiyi üçün, əldən çıxmış faydada həmin nisbətdə, yəni 597,65 USD-nin 86,5% = 517 USD təşkil edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh 24.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək kredit müqaviləsinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının 24.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehlərdən tutulması hissədə iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, əsas borca dair iddia qaldırılan günədək faiz hesablanması, həmçinin əldə çıxmış fayda tələb edilməsi nəzərə alınaraq, cərimə borcunun yaranması və onun məbləği əsaslı hesab oluna bilməz. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədədə təmin edilməli iddia tələbi 500 manatdan artıq olduğu üçün cavabdehdən 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, 24.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Məmmədseyidov Vüqar Ramiz oğlundan, Cavabdeh3 Məmmədrza oğlundan və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 24 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka olan 3757,58 USD əsas borc, 3870,68 USD faiz borcu və kredit müqaviləsi üzrə 21 noyabr 2018-ci il tarixdən, 03 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 517 USD məbləğində əldən çıxmış fayda olmaqla cəmi 8145,26 USD borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehlərdən tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə eyni zamanda pul tələbinin ödənilməsinin üsulunu araşdıraraq hesab edir ki, tərəflər arasında kreditor-debitor hüquq münasibətləri üzrə hesablaşmalar və ödəmələr ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan, cavabdeh tərəfindən ödənilməli pul vəsaiti manatla ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. 24.12.2014-cü il tarixli müqavilə üzrə cavabdehlər Məmmədseyidov Vüqar Ramiz oğlundan, Cavabdeh3 və Cavabdeh2 3757,58 USD əsas borc, 3870,68 USD faiz borcu və kredit müqaviləsi üzrə 21 noyabr 2018-ci il tarixdən, 03 fevral 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 517 USD məbləğində əldən çıxmış fayda olmaqla cəmi 8145,26 USD borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ASC -nə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehlərdən müştərək qaydada tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2780/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2780/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver