Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2785/2021 16.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanmış xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən İMEİ Kodu **********03198 olan X5 7 markalı telefon və İMEİ Kodu **********67863 olan X3 10 markalı telefon almış və nəticədə 3097 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 658 manat İMEİ Kodu **********03198 olan X5 7 markalı telefon üçün ümumilikdə 477 manat olmaqla 384 manat ödənilməmiş hissə, 93 manat dəbbə, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2625 manat, İMEİ Kodu **********67863 olan X3 10 markalı telefon üçün ümumilikdə 2620 manat olmaqla 2016 manat ödənilməmiş hissə, 604 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 883 manat təşkil edir. Qeyd olunanlara əsasən, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********03198 olan X5 7 markalı telefon üçün 384 manat ödənilməmiş hissə, 93 manat dəbbə, cəmi 477 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********67863 olan X3 10 markalı telefon üçün 2016 manat ödənilməmiş hissə, 604 manat dəbbə, cəmi 2620 manat, ümumilikdə 3097 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3127 manat məbləğində pulun Cavabdeh alınaraq «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 100 manat ilkin ödəniş etməklə qalan məbləği 18 ay müddətində hər ay 31 manat ödəmək şərti ilə aldığı, alqısatqı qiyməti 658 manat, İMEİ Kodu **********03198 olan X5 7 markalı telefona görə 274 manat məbləğində ödəniş etmiş, 384 manat əsas, 93 manat dəbbə pulu, cəmi 477 manat, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alış qiyməti 2625 manat, İMEİ Kodu **********67863 olan X3 10 markalı telefona görə isə 609 manat ilkin ödəniş etməklə, 12 ay müddətində hər ay 168 manat ödəmək şərti ilə almış, 609 manat məbləğində ödəniş etmiş, 2016 manat əsas, 604 manat dəbbə pulu, cəmi 2400 manat əsas, 697 manat dəbbə pulu borcu, ümumilikdə 3097 manat borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli müqavilədən görünür ki, Cavabdeh «xxxx» MMC-dən İMEİ Kodu **********67863 olan X3 10 markalı telefona almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildiriş-əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh «xxxx» MMC-dən xx.xx.2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş İMEİ Kodu **********67863 olan X3 10 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 609 manat ilkin ödəniş edərək qalan məbləği 12 ay müddətində hər ay 168 manat ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış xx.xx.2019cu il tarixli müqavilədən görünür ki, Cavabdeh «xxxx» MMC-dən İMEİ Kodu **********03198 olan X5 7 markalı telefon almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildiriş-əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh «xxxx» MMC-dən xx.xx.2019-cu il tarixli müqavilədə nəzərdə tutulmuş İMEİ Kodu **********03198 olan X5 7 markalı telefonu tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə 100 manat ilkin ödəniş edərək qalan məbləği 18 ay müddətində hər ay 31 manat ödəməklə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, iddiaçı “xxxx” MMC tərəfindən Cavabdeh xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilələr üzrə yaranmış borcun ödənilməsi tələb edilmiş, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq qısa zamanda müqavilə üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirməsi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi və müqavilənin vaxtından əvvəl ləğv olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli, və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən, iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh iddiaçı «xxxx» MMC ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli müqavilələr ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya xx.xx.2019-cu il tarixli müqavilə üzrə 384 manat əsas, 93 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə üzrə isə 2016 manat əsas, 604 manat dəbbə pulu, cəmi 2400 manat əsas, 697 manat dəbbə pulu borcu, ümumilikdə 3097 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2019-cu il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə isə 200 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun və qanunamüvafiq hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsini tələbinə görə əşyanı təhvil almış alıcı onu alqı- satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 2400 manat əsas, 250 manat dəbbə pulu və 30 manat dövlət rüsumu, cəmi 2680 manat məbləğində pul alınıb iddiaçı «xxxx» MMC-nə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 384-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat əsas borc, 250 (iki yüz əlli) manat dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu, cəmi 2680 (iki min altı yüz səksən) manat məbləğində pul alınıb iddiaçı «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2785/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2785/2021
16.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver