Məhkəmə qərarları › İş №2(060)-2785/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2785/2023

21.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2785/2023 21.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 3447 (üç min dörd yüz qırx yeddi) manat və Cavabdeh2 3520 (üç min beş yüz iyirmi) manat toplam olaraq 6967 (altı min doqquz yüz altmış yeddi) manat pulun və iddia ərizəsi üçün məhkəməyə ödənilən 90 (doxsan) manat pulunun cavabdehlərdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixdə Kapital Bank vasitəsilə 1997 (min doqquz yüz doxsan yeddi) manat, xx.xx.2022-Ci il tarixdə Bank of Baku vasitəsi ilə 2000 (iki min) manat, xx.xx.2022-ci il tarixdə Bank of Baku vasitəsi ilə 1420 (min dörd yüz iyirmi) manat borc olaraq pul vermişdir. Ümumi olaraq 5417 (beş min dörd yüz on yeddi) manat pul vermişdir. Həmin borcdan Cavabdeh1 bu günə kimi ona 1970 (min doqquz yüz yetmiş) manat qaytarmışdır. Hal-hazırda Cavabdeh1 ona ümumi olaraq 3447 (üç min dörd yüz qırx yeddi) manat borcu qalmışdır. Həmin şəxs müxtəlif bəhanələr gətirərək qalan borcunu ödəmir. xx.xx.2021-ci il Kapital bank 1000 manat. Qəbzin nömrəsi 23708, xx.xx.2021-ci il Kapital bank 997 manat.Qəbzin nömrəsi 16463 və 19965, xx.xx.2022-ci il Bank of Baku 2000 manat.Məxaric ordeni N:3002 B92495, xx.xx.2022-ci il Bank of Baku 1420 manat.Məxaric ordeni N:3019 B92495. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə Kapital bank vasitəsi ilə 1020 (min iyirmi) manat qəbzin nömrəsi **********64, xx.xx.2021-ci il tarixdə 400 (dörd yüz) manat Kapital Bank vasitəsi ilə qəbzin nömrəsi **********82, xx.xx.2021-ci il tarixdə 300 (üç yüz) manat Kapital bank vasitəsi ilə qəbzin nömrəsi **********313, xx.xx.2021-ci il tarixdə 300 (üç yüz) manat Kapital bank vasitəsi ilə qəbzin nömrəsi **********19, xx.xx.2022-ci il tarixdə 1OOO (min) manat Kapital bank vasitəsi ilə qəbzin nömrəsi **********76 və xx.xx.2022-ci il tarixdə 500 (beş yüz) manat Kapital bank vasitəsi ilə qəbzin nömrəsi **********59. Ümumi olaraq Cavabdeh2 ondan 3520 (üç min beş yüz iyirmi) manat pul almışdır və bu günə kimi müxtəlif bəhanələr gətirərək qaytarmır. İddiaçı iddia ərizəsini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həqiqətən iddiaçı ona müxtəlif vaxtlarda, cəmi 3447 manat borc pul vermişdir. Sonradan iddiaçı onun və ailə üzvlərinin təqaüd kartlarını ələ keçirib, həmin kartdan borcunu götürmüşdür. O, iddiaçının həmin kartları məhkəməyə təqdim etməsini istəyir. İddiaçı ona verdiyi məbləğlər haqqında qəbzlər təqdim etməlidir. O, iddiaçıya olan borcunu artıqlaması ilə ödəmişdir. Hazırda onun iddiaçıya borcu qalmamışdır. Cavabdeh2 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, iddiaçıdan aldığı borcları artıqlaması ilə geri qaytarmışdır. İddiaçıya kart təqdim eləmiş və iddiaçı həmin kart vasitəsi ilə hər ay öz pulunu oradan götürüb. Hazırda onun iddiaçıya heç bir borcu qalmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan qəbzlərdən müəyyən olunur ki, iddiaçı Cavabdeh1 hesabına 5417 manat, Cavabdeh2 hesabına 3520 manat pul köçürmüşdür. “İnsan Hüquqları və X1 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunveriçilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə cavabdehlər varlanmış şəxs, iddiaçı isə məhrum olandır. Cavabdehlər varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün onlar əldə etdiyini iddiaçıya qaytarmalıdır. Məhkəmə iclası zamanı İddiaçı bildirdi ki, Cavabdeh1 ogluna 5417 manat borc vermişdir. Cavabdeh1 tərəfindən ona təqaüd kartını vermiş və həmin kartdan 1970 manat əldə etdikdən sonra, sonuncu həmin kartı baglatdırmışdır və 3447 manat borc ödənilməmiş qalmışdır. Cavabdehlər məhkəmədə iştirak edən zaman iddiaçıya olan borclarını tam ödədiklərini bildirəsələrdə, bu barədə heç bir sübut məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 3447 (üç min dörd yüz qırx yeddi) manat, Cavabdeh2 3520 (üç min beş yüz iyirmi) manat məbləğində pul və iş üzrə ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 3447 (üç min dörd yüz qırx yeddi) manat və Cavabdeh2 3520 (üç min beş yüz iyirmi) məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 90 (doxsan) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar