Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2788/2021 03.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsinə əsasən “xxxx” İKB ASC-dən illik 22 faizlə 18 ay müddətinə 3000 USD kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 13 yanvar 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 03 fevral 2021-ci ilədək Cavabdeh1 banka 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 441.27 USD əsas borc, 624.37 USD faiz borcu, 237.52 USD cərimə və kredit müqaviləsi üzrə 13 mart 2017-ci il tarixdən, 03 fevral 2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 193.9 USD məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1497.06 USD borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 13 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 441.27 USD əsas borc, 624.37 USD faiz borcu, 237.52 USD cərimə və kredit müqaviləsi üzrə 13 mart 2017-ci il tarixdən, 03 fevral 2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 193.9 USD məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1497.06 USD borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsinə əlavə verərək X3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2015-ci il 13 yanvar tarixli kredit müqaviləsi üzrə 12 aprel 2021-ci il tarixli maliyyə arayışına əsasən banka 441.27 USD əsas borc, 624.37 USD faiz borcu, 237.52 USD cərimə və kredit müqaviləsi üzrə 13 mart 2017-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 197.85 USD məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1501.01 USD borcun, 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edərək göstərmişlər ki, Cavabdeh1 ilə “xxxx” ASC arasında 13 yanvar 2015-ci il tarixində 18 ay müddətinə kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin təminatı kimi 13 yanvar 2015-ci il tarixində Cavabdeh2 ilə “xxxx” ASC arasında 18 ay müddətinə zaminlik müqaviləsi bağlanmışdır. Kredit və zaminlik müqavilələrinin müddəti 13 iyul 2016-cı il tarixdə bitmişdir. İddiaçı “xxxx” ASC Sumqayıt Şəhər Məhkəməsinə müqavilənin bitdiyi tarixdən 4 il 6 ay sonra müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi iddiaçı iddia müddətini 1 il 6 ay müddətinə ötürüb. Azərbaycan Respublikası MM-nin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu səbəbdən iddia müddətinin tətbiq edilməsi ilə onlara qarşı olan iddianın rədd edilməsini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş edirlər. Bu səbəbdən, yuxarıda göstərilənləri nəzərə alıb “xxxx” ASC-nin onlara qarşı 2(060)-2788/2021 saylı mülki iş üzrə iddia müddətinin ötməsini nəzərə alaraq iddia ərizəsnin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çox olması ilə əlaqədar işə bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, cavabdehlərin ərizəsini, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 03.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 441.27 USD əsas borc, 624.37 USD faiz borcu, 237.52 USD cərimə və kredit müqaviləsi üzrə 13 mart 2017-ci il tarixdən, 03 fevral 2021-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 193.9 USD məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1497.06 USD məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı «xxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.01.2015-ci il tarixli, 4-M-3-0-39-15 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 22 faiz ödənilməsi şərti ilə 18 ay müddətində, 3000 USD məbləğində kredit verilmiş, borcalan krediti 13.07.2016-cı il tarixədək borcverənə qaytarmalıdır. İş materallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 13.02.2015-ci il tarixdən başlayaraq hər ay banka 198 USD, sonuncu ay 182 USD, ümumilikdə 3548 USD ödəməklə 13.07.2016-cı il tarixədək qaytarmalıdır. İş materiallarında olan 13.01.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, əsas borclu Cavabdeh1 13.01.2015-ci il tarixli, 4-M-3-0-39-15 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası digər Cavabdeh2 zaminliyi ilə təmin edilmiş və zamin əsas borclunun Bank qarşısında öhdəliklərini tam şəkildə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan 13.01.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh1 3000 USD məbləğində pul verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2na ünvanladığı 19.01.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcunun 5 gün müddətində İddiaçı ASC-nə ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdehlər, onlara edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. İş materiallarında olan 13.01.2015-ci il tarixli, 4-M-3-0-39-15 saylı kredit və zaminlik müqavilələrinə 17.03.2015-ci il tarixli əlavədən görünür ki, 13.01.2015-ci il tarixli, 4-M-3-0-39- 15 saylı kredit və zaminlik müqavilələri üzrə müddət 13.03.2017-ci tarixədək uzadılmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən verilmiş 03.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə 441.27 USD əsas borc, 624.37 USD faiz borcu, 237.52 USD cərimə və kredit müqaviləsi üzrə 13 mart 2017-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 197.85 USD məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1501.01 USD məbləğində borcu vardır. İş materallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 13.04.2015-ci il tarixdən başlayaraq hər ay banka 143.59 USD, sonuncu ay 143.60 USD, ümumilikdə 3441.07 USD ödəməklə 13.03.2017-ci il tarixədək qaytarmalıdır. İş materallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarına görə sonuncu dəfə 14.04.2016-cı il tarixdə banka ödəniş etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı «xxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.01.2015-ci il tarixli, 4-M-3-0-39-15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 22 faiz ödənilməsi şərti ilə 18 ay müddətində, 3000 USD məbləğində kredit verilmiş, 17.03.2015-ci il tarixli əlavəyə əsasən 13.01.2015-ci il tarixli, 4-M- 3-0-39-15 saylı kredit və zaminlik müqavilələri üzrə müddət 13.03.2017-ci tarixədək uzadılmışdır. İddiaçı hazırkı iddia ərizəsi ilə 16 fevral 2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər X3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 2015-ci il 13 yanvar tarixli kredit müqaviləsi üzrə 12 aprel 2021-ci il tarixli maliyyə arayışına əsasən banka 441.27 USD əsas borc, 624.37 USD faiz borcu, 237.52 USD cərimə və kredit müqaviləsi üzrə 13 mart 2017-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 197.85 USD məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1501.01 USD borcun, 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsini tələb etmiş, iddiasını cavabdehlərin müqavilə üzrə üzərlərinə götürdüyü öhdəlikləri icra etməmələri səbəbindən iddia edilən miqdarda borcunun yaranması ilə əsaslandırmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəməyə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim olunmuşdur. Məhkəmə araşdırması zamanı 17 mart 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasında məhkəmə İddiaçı ASC-nin nümayəndəsi X4 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia müddətinin tətbiq edilməsi barədə vəsatətini təqdim edərək, hesabdan çıxarışın, maliyyə arayışının, əvvəllər məhkəməyə müraciət edib-etməmələri barədə əlavə sübutların məhkəməyə təqdim edilməsi üçün məhkəmə baxış iclasını təxirə salmış, lakin iddiaçının nümayəndəsi növbəti məhkəmə iclaslarında iştirak etməyərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 373.3-cü maddələrinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər. Həmçinin, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2. və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, tərəflər arasındakı kredit müqaviləsi 13 yanvar 2015-ci il tarixdə 18 ay müddətinə bağlanmış, sonradan uzadılaraq 26 ay müddətinə bağlanmış, həmin müqavilənin icra müddəti 13 mart 2017-ci il tarixdə bitmiş, müqavilə müddəti bitdikdən sonra cavabdeh tərəfindən banka həmin müqavilə üzrə heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, müqavilə üzrə üç illik iddia müddəti 13 mart 2020-ci il tarixdə başa çatmışdır. İddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə 16 fevral 2021-ci il tarixdə iddia müddətini keçirdikdən sonra müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə, işin tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçı hazırkı tələblə müraciət edənədək, cavabdehin vaxtaşırı icra etməli olduğu qeyd edilən öhdəlikləri üzrə iddia müddəti keçirildiyindən və cavabdeh iddia müddətinin tətbiq edilməsini xahiş etdiyindən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2788/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2788/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver