Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2788/2024 03.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ilə 1 sentyabr 2004-cü il tarixdə rəsmi nikaha daxil olmadan ailə qurmuşlar. Birgə yaşadıqları dövrdə 4 noyabr 2007-ci il tarixdə qızları X12 anadan olmuş və 4 noyabr 2007-ci il tarixdə anadan olmuş qızları X9 Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinin atalığın müəyyən edilməsi barədə şəhadətnamə verilmişdir. Cavabdeh ilə bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətlərində narazılıqlar yaranmış və ayrılmışlar. Birgə yaşadıqları dövrdə anadan olmuş 4 noyabr 2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə şəhəri, Kəpəz Rayon Məhkəməsinə aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 15 iyul 2014-cü il tarixli 2(043)-2088/2014 nömrəli qətnaməsi ilə xx.xx.2007-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 90 (doxsan) manat sabit pul məbləğində alimentin tutulub, o, İddiaçı ödənilməsi qət edilmişdir. Sonuncu dəfə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin (hakim Cavid Tağıyev) xx.xx.2019-cu il tarixli, 2(043)- 2900/2019 nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 15 iyul 2014-cü il tarixli, 2(043)-2088/2014 nömrəli qətnaməsi ilə xx.xx.2007-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş 90 (doxsan) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq 100 (bir yüz) manat sabit pul məbləğində müəyyən edilmiş və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Uşağın saxlanması üçün hazırda cavabdehin ödədiyi aliment həddən artıq azdır. Yaşayış minimumu haqqında qanunun qoyduğu tələblərə tamamilə uyğun gəlmir. O, övladının saxlanılması üçün hər ay uşağa 400 (dörd yüz) manatdan çox xərc çəkir. Başqa bir tərəfdən isə uşaq üçün çəkilən bütün əlavə xərcləri də o çəkir. Uşağın məktəb xərcini, geyimlərini, xəstəlik xərclərini və digər əlavə xərcləri də o, təkbaşına çəkməli olur. Cavabdeh heç bir əlavə xərcdə ona köməklik etmir. Heç bir maddi köməklik göstərmir. Cavabdeh əmək qabiliyyətlidir. Aliment ödəmək iqtidarındadır. Ara işləri ilə və fərdi əməklə məşğul olur. Cavabdeh 1000 manatdan çox hər ay gəlirə və qazanca malikdir. Lakin, “alimentin miqdarının artırılması” barədə mübahisəyə məhkəməyə iddia ərizəsi verməmişdən əvvəl, o, İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinə əlavə olunmuş 7-1-ci maddəsinə əsasən 2024-cü ilin yanvar ayının 07-də Gəncə 1-saylı Mediasiya Təşkilatına müraciət etməli olmuş və o, İddiaçı “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat məbləğində xərci ödəmişdir. Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 reyestrində qeydiyyat nömrəsi M-00202, ilkin mediasiya sessiyasından sonra prosessin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00359 nömrəli (Mediasiya şurası № 0028928) arayış da ona verilmişdir. Buna görə də iddiaçı “aliment miqdarının artırılması barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2900/2021 saylı, 6 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh tutulan 100 (yüz) manat sabit pul məbləğində tutulan alimentin yetkinlik yaşına çatmayan qızlarının tələbatını tam ödəmədiyini nəzərə alıb, həmin aliment miqdarının artırılaraq birgə yaşadıqları dövrdə anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin, həmçinin ödədiyi ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 (altmış) manat məbləğində mediasiya xərcinin də Cavabdeh tutularaq o, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2900/2021 saylı, 6 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh tutulan 100 (yüz) manat sabit pul məbləğində tutulan alimentin yetkinlik yaşına çatmayan qızlarının tələbatını tam ödəmədiyini nəzərə alıb, həmin aliment miqdarının artırılaraq birgə yaşadıqları dövrdə anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin, həmçinin ödədiyi ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 (altmış) manat məbləğində mediasiya xərcinin də Cavabdeh tutularaq o, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, qarşı tərəf özü məhkəmə iclasında iştirak etmir. Neçə illərdir ki, 100 manat miqdarında aliment ödəyir. Uşağın həkim xərcləri və hazırlıq xərcləri ilə bağlı alimentin miqdarının artırılmasını xahiş etmişdir. Digər ailəsinə yaxşı baxır. Hər gün 50 manat pul qazanır. Qızı ilə əlaqəsi də vardır. 230 manat miqdarında aliment tələb edilməsini xahiş edir. Qarşı tərəfin yoldaşı da, özü də işləyir. Cavabdeh bir və yaxud iki ay müddətinə qanuni işə çıxacaqdır. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. 26 aprel 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. 2019-cu il tarixdə 100 manat məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilmişdir. Hal-hazırda övladının xərclərini qarşılaya bilmir. Hazırlıq dərslərinə ayrılan vəsaiti ödəyə bilir. Övladı böyümüş, tələbatları artmışdır. 2024-cü il yaşayış minimumuna görə bir uşağa görə 235 manat məbləğində aliment müəyyən edilmişdir. Məhkəmədən aliment məbləğinin artırılmasını xahiş edir. O, ***-**** manat məbləğində aylıq əmək haqqı alır. Hər ikisi ailəlidirlər. Övladlarının təvəllüdü 2007-ci il təvəllüddür. İddia ərizəsində mexaniki səhv olmuşdur. Gələn dəfəki məhkəmə iclasına qədər iddia ərizəsinə dəqiqləşməni məhkəməyə təqdim edəcəkdir. On ildir ki, cavabdehlə ayrı yaşayırlar. Bu yaxınlarda övladı özü atasını axtarmışdır. Cavabdeh özü heç vaxt onları axtarmamışdır. Hər ay qızının hazırlıq dərslərinə 500 manat məbləğində pul verir. Bu müddət ərzində bir dəfə də olsun alimentin məbləğini artırmaq üçün məhkəməyə müraciət etməmişdir. Qızı onuncu sinifdə təhsil alır. O, ona təhsil vermək istəyir. Cavabdehin maddi imkanı yoxdur. Bəs mənəvi? Qızına bir dəfə də olsun zəng edib, axtarmır. Qızının tələblatlarını ödəməyə maddi imkanı çatmır. Ona görə də iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. 26 aprel 2024-cü il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, ikinci dəfə ailə həyatı qurmuşdur. İki övladı vardır. Səhhəti ilə bağlı heç bir yerdə işləmir. Yoldaşı işləyir. Əvvəllər gündəlik fəhlə olaraq işləmişdir. Valideynləri aliment ödəməyə köməklik edir. O, heç 100 manat məbləğində alimenti də ödəyə bilmir. Övladı ilə əlaqəsi vardır. Onunla danışır. Cavabdeh məhkəmə bildirişi və SMS bildiriş vasitəsi ilə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Gəncə şəhəri Kəpəz rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 097476 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh X2 doğulmuş 04 noyabr 2007-ci il təvəllüdlü X8 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2007-ci ilin noyabr ayının 26-cı günündə 463 nömrə ilə qeyd edilmişdir. Gəncə şəhəri Kəpəz rayonu VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 025839 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 xx.xx.2007-ci il tarixdə Gəncı şəhərində anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə X4r. 07 mart 2023-cü il tarixli MŞS/MT030/2024-00359 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh mediasiyada iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərcini ödəmişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2900/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin olunması, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 15 iyul 2014-cü il tarixli, 2(043)-2088/2014 nömrəli qətnaməsi ilə xx.xx.2007-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş 90 (doxsan) manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq 100 (bir yüz) manat sabit pul məbləğində müəyyən edilməsi və qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən ölkə üzrə uşaqlar üçün 2024-cü ildə yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, hazırda İddiaçı uşağa görə ödənilən 100 manat məbləğində aliment uşağın saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Uşağın əsaslı mənafeyi baxımından tərəflərin maddi vəziyyəti ədalətli şəkildə balanslaşdırılmaqla iddia tələbinin qismən təmin edilməsi yetkinlik yaşına çatmayan uşağın əsaslı mənafeyinə xidmət edir. Bundan əlavə cavabdeh olaraq Cavabdeh valideynlik vəzifəsini yerinə yetirmək baxımından da onun əsas öhdəliyidir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması baxımından cavabdehin tələb olunan məbləği ödəmək iqtidarında olmasına dair sübutlar MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən sübut olunmamış, həmçinin onun təqzibi ilə bağlı dəlillər isə məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağın mənafeyinin müdafiəsi baxımından, müəyyən olunmuş aliment məbləğinin artırılmasından xeyli müddət keçməsi ilə bağlı halları, iddiaçının bildirdiklərinə əsasən tərəflərin maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2900/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1-ci və 108.1.1-ci maddəsinə əsasən iddia ərizəsi verildikdə dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi baradə iddia ərizəsi üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə iddianın qiyməti müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddia tələbi qismən təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Beləliklə, məhkəmə hesab edir ki, 60 (altmış) manat məbləğində mediasiya xərci (50 manat mediasiya xərci + 10 manat kargüzarlıq xərci) Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2900/2019 saylı, 06 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2007-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 60 (altmış) manat mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2788/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2788/2024
03.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver