Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2810/2024 16.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti Cavabdeh qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6G1-1 -0-83-15 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" İKB-nin 5 saylı filialı tərəfindən xx.xx.2015-ci il tarixli 6G1-1-0-83-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 36 ay müddətinə verilmiş 50000 ABŞ dolları kreditin təminatı kimi Cavabdeh mülkiyyətində olmuş Sumqayıt şəhəri, Sarıqaya bağlar massivi, B-237 saylı bağ evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2015-ci il tarixli, 2(060)-10099/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 48462 ABŞ dolları əsas, 7627 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə, ümumilikdə cəmi 56139 ABŞ dolları borcun tutulması, tutmanın Cavabdeh məxsus Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 saylı bağ evinə yönəldilməsi, Cavabdeh Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 saylı bağ evinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və Cavabdeh həmin bağ evindən çıxarılması, həmin bağ evinin boşaldılması və banka təhvil verilməsi qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamənin icrası ilə əlaqədar olaraq Cavabdeh mülkiyyətində olmuş Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evi açıq hərraca çıxarılmış və xx.xx.2016-ci il tarixdə İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir. Cavabdeh İddiaçı ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evini xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək boşaltmamış və bu səbəbdən bankın həmin əmlakı kirayə verməklə gəlir əldə etməsinə maneçilik törətmişdir. xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. Həmin dövr üçün bir aylıq icarə haqqı 153 manat olmasını nəzərə alaraq Banka 13050 manat məbləğində ziyan vurulmuşdur. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən tərtib edilmiş 001-14/0 l-YR/24 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evinin xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək kirayə haqqı 13050 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2016-cı il tarixindən xx.xx.2024-cü tarixinədək Bankın mülkiyyətində olan Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evini istifadə etdiyi üçün hər ay 150 manat olmaqla, cəmi 13050 manat hesablanmaqla dəymiş ziyanın və 129,15 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin nümayəndəsi X3 izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunan müddət ərzində o evdə yaşayış olmamışdır. Belə ki, iddiaçı tərəfindən verilmiş iddia tələbi əsassız olduğundan rədd edilməlidir.
5. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 10099/2015 saylı, 20 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, Cavabdeh 48462 ABŞ dolları əsas, 7627 ABŞ dolları faiz, 50 ABŞ dolları dəbbə pulu, cəmi 56139 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla "xxxx" X1 xeyrinə borcun tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Sarı- Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinə yönəldilməsi, Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinin ilkin satış qiymətinin 102000 manat müəyyən edilməsi, bağ evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, evin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 56139 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə manatla "xxxx" X1 xeyrinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, ipoteka predmeti olan Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 ünvanında yerləşən bağ evinə tutma yönəldikdə və o satıldıqdan ən geci 1 ay müddətində evin boşaldılması və Cavabdeh həmin evdən çıxarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində pulun Cavabdeh "xxxx" X1 xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
7. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, ev B-237 "xxxx" İKB ASC-nin adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2016-cı il tarixdə 17 saylı reyestr kitabının 83 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır.
8. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş İddiaçı ASC-yə (əvvəlki çıxarış üzrə "xxxx" İKB ASC) məxsus Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 ünvanında yerləşən ümumi sahəsi 183,3 kv.m olan fərdi yaşayış evinin və 0,0803 ha torpaq sahəsindən ibarət daşınmaz əmlakın icarə dəyərinin qiymətləndirilməsi barədə rəydən görünür ki, «Barat Consultancy” MMC, İddiaçı ASC-yə (əvvəlki çıxarış üzrə Nikoly” İKB ASC) məxsus Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 ünvanında yerləşən ümumi sahəsi 183,3 kv.m olan fərdi yaşayış evinin və 0,0803 ha torpaq sahəsindən ibarət daşınmaz əmlakın icarə dəyərini qiymətləndirmişdir. Qiymətləndirmə üçün əmlakın xx.xx.2016-cı tarixindən xx.xx.2024-cü tarixinə kimi əmlakın icarə dəyəri araşdırılmış və hazırki hesabatı hazırlamışdır. Qiymətləndirmə üçün təqdim olunmuş əmlak və müvafiq sənədlər şirkətin mütəxəssisləri tərəfindən yerində öyrənilmiş, əmlakın icarə dəyəri müəyyən edilmişdir. Bazar araşdırması metodundan istifadə etməklə aparılmış qiymətləndirmə əsasında, “Yelo Bank" ASC-yə (əvvəlki çıxarış üzrə "xxxx" İKB ASC) məxsus Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 ünvanında yerləşən ümumi sahəsi 183,3 kv.m olan fərdi yaşayış evinin və 0,0803 ha torpaq sahəsindən ibarət daşınmaz əmlakın icarə dəyəri araşdırmışdır. Qeyd olunan dövr üçün orta qiymət 150 manatdan ümumilikdə 13050 manat müəyyən edilmişdir.
9. İş materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, 13050 manat könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəflərindən həmin vəsaitin tutulması üşün tədbirlər görülərək digər daşınar və daşınmaz əmlaklara yönəldilərək həmin əmlaklar satılacaq və notariusun icra qeydi əsasında notariat kontoruna və ya məhkəməyə müraciət olunacaqdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evi xx.xx.2016-cı il tarixli çıxarışla İddiaçı ASC-nin ("xxxx" İKB ASC) adına qeydiyyatdan keçmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2016-cı il tarixindən xx.xx.2024-cü tarixinədək Bankın mülkiyyətində olan Sumqayıt şəhəri, Sarıqaya bağlar massivi, B-237 saylı bağ evini istifadə etdiyini və nəticədə 13050 manat kirayə haqqını ödənilməsini tələb edir, cavabdeh iddia tələbinə etiraz edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. İddiaçı iddia ərizəsində Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 21-ci maddəsinə də istinad etmişdir.
12. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
13. Qeyd edilən maddələr üzrə dəymiş zərərin ödənilməsi üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: 1) zərər mövcud olmalıdır; 2) zərər qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulmalıdır; 3) zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqə olmalıdır; 4) zərər vuran şəxs təqsirli olmalıdır.
14. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanları qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.
15. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır.
16. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
17. Hazırda iddiaçı 13050 manat kirayə haqqının hesablanaraq cavabdehdən tutulmasını tələb etsə də, tərəflər arasında bağlanılmış kirayə müqaviləsini məhkəməyə təqdim etməmişdir.
18. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin xx.xx.2016cı il tarixindən xx.xx.2024-cü tarixinədək Bankın mülkiyyətində olan Sumqayıt şəhəri, Sarıqaya bağlar massivi, B-237 saylı bağ evini istifadə etdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir.
19. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
20. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
21. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
22. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
23. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
24. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
25. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
26. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi tələbi"nə dair iddia tələbi rədd edilməlidir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
30. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
31. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
Nəticə hissəsi:
34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi tələbi"nə dair iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Şəbnəm Həxiyeva