Məhkəmə qərarları › İş №2(060)-2815/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2815/2023

05.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2815/2023 05.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Dəryaqulu qızına qarşı pul və dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Dəryaqulu qızına qarşı pul və dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Dəryaqulu qızından ona - İddiaçı1 olan 70000 manat məbləğində borcun və həmin pula görə köçürdüyü 355 manat dövlət rüsumunun, Cavabdeh Dəryaqulu qızından ona - İddiaçı1 olan 6000 manat məbləğində borcun və həmin pula görə köçürdüyü 80 manat dövlət rüsumunun alınaraq qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 eyni cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etsələr də, onların iddia tələbləri bir-biri ilə əlaqəsi olmayan müstəqil tələblərdir, bu səbəbdən iddiaçıların hər biri ayrı-ayrılıqda iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Beləliklə məhkəmə hesab edir ki, bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinəəsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Dəryaqulu qızına qarşı pul və dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçılara, ərizənin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar