Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2829/2022 01.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlu, İddiaçı Bajutova Ulyana Vladimirovnanın cavabdeh Məmmədov Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Bajutova Ulyana Vladimirovna cavabdeh Məmmədov Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsi barədə sənəd iş materiallarına əlavə edilməmişdir. İddiaçı iddia ərizəsində Cavabdehbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 182-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş mülki iddia üzrə dövlət rüsumu alınmadığından rüsumdan azad olunduğunu qeyd etmişdir. İddiaçının nəzərinə çatdırılır ki, hazırki iddia cinayət mühakimə icraatı zamanı verilmiş mülki iddia deyil və hazırki iddianın verilməsi Cavabdehbaycan Respublikasının Prosessual Mülki Məcəlləsinin müddəaları ilə tənzimlənir. Bununla yanaşı qeyd edilməlidir ki, 30 aprel 2004-cü il tarixli 643-İİQD nömrəli “Dövlət rüsumu haqqında” Cavabdehbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Cavabdehbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Cavabdehbaycan Respublikasının Qanunu ilə 182-ci maddə Cinayət Prosessual Məcəlləsindən çıxarılmışdır. Cavabdehbaycan Respublikasının Prosessual Mülki Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. “Dövlət Rüsumu haqqında” Cavabdehbaycan Respublikası Qanununun 8.1.3-cü bəndinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, rüsumun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində olmalıdır. Cavabdehbaycan Respublikasının Prosessual Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan, həmin məcəllənin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Cavabdehbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-152.4, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bajutova Ulyana Vladimirovnanın cavabdeh Məmmədov Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2829/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2829/2022
01.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver