Məhkəmə qərarları › İş №2(060)-2833/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2833/2021

17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2833/2021 17.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi ilə İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 24.05.2016-cı il tarixli, 7502 PBS saylı kredit müqaviləsi üzrə 12413,14 manat əsas, 4311,51 manat hesablanmış faiz, 14878,94 manat hesablanmış dəbbə, cəmi 31603,59 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, kredit müqaviləsi üzrə tələbin Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən, 29.2 m2 yaşayış, 12.6 m2 yardımçı, 41.8 m2 ümumi sahədən ibarət, 2 otaqlı mənzilə (RX seriyalı, ******* nömrəli, **********92-05101-093027 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 27.10.2012-ci il qeydiyyat tarixli çıxarışa əsasən) yönəldilməsi, əmlakın hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, mənzildə yaşayanların – Cavabdeh2 və Cavabdeh1 yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılmaları, mənzilin məcburi boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatına 17.02.2021-ci il tarixdə daxil olmuş mülki iş üzrə ekspert rəyinin alınması ilə bağlı 16.06.2021-ci il tarixli qərardadla mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. 10.09.2021ci il tarixində mülki iş məhkəməyə geri qaytarılmış və məhkəmə baxış iclası 17.09.2021-ci il tarixə, saat 16:30-a təyin olunmuşdur. Lakin tərəflər 17.09.2021-ci il tarixində keçirilən məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, həmin tarixdə məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259-260-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar