Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2834/2022 12.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nətijəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi tələbinə» dair mülki işin materiallarını nəzərdən kecirib, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz hərəkətləri nətijəsində ona vurulmuş 200.000 manat məbləğində maddi ziyanın və 100.000 mənəvi ziyanın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi Nəsimi rayonunda yerləşdiyi üçün işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdı. Tərəflərə məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyatı olmamasını aşkara cıxara bilər. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiacı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyatı qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə öz icraatına qəbul etdiyi işi aidiyyatı üzrə məhkəməyə göndərməlidir. Göründüyü kimi hazırki iş üzrə iddia ərizəsi aidiyyat qaydaları pozulmaqla icraata qəbul edildiyindən, 2(060)-2834/2022 saylı mülki iş aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 44-45-ci və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR VERDİ: İddiacı İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi tələbinə» dair 2(060)-2834/2022 saylı mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardadın surəti tərəflərə göndərilsin. Qərardaddan 10 gün müddətinə şikayət verilə bilər. HAKİM: RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №2(060)-2834/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2834/2022
12.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver