Məhkəmə qərarları › İş №2(060)-2837/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2837/2022

24.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2837/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, qeyri-rəsmi nikahlarından anadan olmuş 03 aprel 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş hər ay 95 manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 2003-cü ildən qeyrirəsmi nikahda olmuşdur. Qeyri-rəsmi nikahdan 03 aprel 2004-cü il təvəllüdlü X4 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, qeyrirəsmi nikahdan andan olmuş 03 aprel 2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 95 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Övladının tələbatları günü-gündən artır. Belə ki, oğlu Mehman ali məktəb tələbəsidir. Təyin olunmuş aliment övladının təlabatını ödəmir. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 193 manat müəyyən edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, cavabdeh uşağın təhsil almasında maddi cəhətdən köməklik edəcəyini bildirsə də, köməklik etməmişdir. Alimentin artırılmasını yalnız təhsil xərci üçün istəyir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyildir. O, övladına hər zaman maddi yardım etmişdir. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1964-cü ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1948-ci ildə, Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatdadır. 6 saylı Mənzil-Kommunal Sahəsinin 07.01.2022-ci il tarixli, 17 saylı arayışına əsasən iddiaçı ünvan 1 ünvanında yaşayır. 088474 saylı notarial qaydada təsdiq edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03.04.2004-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Qeyd edilən normaların məzmunundan da göründüyü kimi valideynlər uşaq yetkinlik yaşına çatanadək uşağı saxlamaq vəzifəsi daşıyırlar. İş materiallarından görünür ki, X4 yetkinlik yaşına çatmışdır. Bu səbəbdən valideynlər 03 aprel 2004-cü il təvəllüdlü X1 vəzifəsindən azaddırlar. Eyni zamanda iddiaçı cavabdehdən onun xeyrinə aliment tutulması barədə qətnaməni iddia ərizəsinə əalvə etməmiş və məhkəmə iclasında təqdim etməmişdir. Qeyd edilməlidir ki, iddiaçı həmin qətnaməni məhkəməyə təqdim etmiş olsaydı belə 03 aprel 2004-cü il təvəllüdlü X4 artıq yetkinlik yaşına çatdığı üçün bu mübahisənin mahiyyətinə hər hansı təsir göstərməyəcəkdi. Məhkəmə hesab edir ki, iddia əsaslı saylı və təmin edilə bilməz Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 03.04.2004-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş hər ay 95 manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar