Məhkəmə qərarları › İş №2(060)-2883/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2883/2021

26.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2883/2021 26.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, 26 oktyabr 2020-ci il tarixdə Sumqayıt şəhərində yerləşən “xxxx” MMC-dən işdən çıxarkən özünə məxsus olan “Orlyenok” markalı velosiped ilə evə qayıdan zaman, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində saat 18:45 radələrində, Cavabdeh idarə etdiyi “Cangan” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Yol hərəkətləri haqqında” Azərbaycan Respublikası qanunun tələblərini pozaraq onu vurub yerə yıxmışdır. Bundan sonra cavabdeh onu huşsuz vəziyyətdə hadisə yerində qoyub qaçmış və idarə etdiyi maşını aparıb Sumqayıt şəhərində öz Nahid adlı tanışının yaşadığı Katej sayılan ərazidə yerləşən həyətində gizlətmişdir. Hadisə yerində olan, tanımadığı taksi sürücüsü Xəyal Mahmudov isə onu öz maşınına otuzdurmuş və ona tibbi yardım göstərilməsindən ötrü Sumqayıt şəhər X10 Xəstəxanasına aparmışdır. Məhkəmə-tibbi Ekspertizasının 21.11.2020-ci il tarixli, 1364 saylı rəyinə əsasən cavabdeh tərəfindən ona boyun nahiyyəsinin əziyi, alın nahiyyəsinin sıyrıqları təpə-ənsə nahiyyəsinin əzilmiş yarası, sağ əlin, sol əlin ll-lll-İV barmaqlarının sıyrıqları, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Cavabdeh əməlində “İnzibatı Xətalar haqqında” Azərbaycan Respublikası Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulan inzibatı xətanın törədilməsi müəyyən edilmişdir. Bu barədə onun təqsirli bilinməsini təsdiq edən Sumqayıt şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 noyabr 2020-ci il tarixli qərar qəbul edilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X12 tərəfindən İnzibatı Xəta haqqında 22.12.2020-ci il tarixli, AR №0188099 saylı protokol tərtib olunmuş və İnzibati tənbeh vermə haqqında 22.12.2020-ci il tarixli, TP-4113487 № qərar qəbul edilmişdir. Törədilmiş hadisə ilə bağlı 07.11.2020-ci il tarixdən 13.11.2020-ci il tarixədək Sumqayıt şəhər X9 Xəstəxanasında stasionar qaydada müalicədə olunmuşdur. Bundan əvvəl, 05.11.2020-ci il tarixdə “xxxx” MMC klinikasında və “Komed” Diaqnostika Mərkəzində özəl ödəmə ilə müayinələrdən keçmiş, müainə-müalicəsi ilə bağlı zərurət yarandığına görə, 10.11.2020-ci il tarixdə Bakı şəhərində “X11” klinikasında da, özəl ödəmələr etməklə tibbi müayinələrdən keçmişdir. Bundan başqa, müalicə zamanı tərəfindən dava-dərman, sistem və digər tibbi preparatların əldə edilməsi üçün zəruri olan maddi vəsaitlər xərcləmişdir. Onlardan ümumi məbləği hesablanan 350 manat dəyərində Sumqayıt şəhərində xəstəxanada olan müddətdə və 180 manat məbləğində müayinələrdən keçən zaman ödəmələr etmişdir. Bundan əlavə, zərurət yarandığı görə, həkimi göstərişi ilə müalicəsi üçün 37 manat dəyərində “belcik” və 22 manat dəyərində “boyunluq” adlanan tibb preparatları da, almağa məcbur olmuşdur. Onun təzəcə aldığı 250 manat dəyərində velosipedi də, yarasız vəziyyətə düşmüşdür. Beləliklə, cavabdehin törətdiyi xəta nəticəsində ona cəmi (350+180+250+37+22) 839 manat dəyərində ziyan vurulmuşdur. İnzibati xəta törədilməsində təqsirləndirilən şəxs bilinmiş Cavabdeh, vurduğu bu zərəri ödəcəyini əvvəlcədən ona bildirdiyinə və bu barədə üzərinə öhdəlik götürdüyünə baxmayaraq, sonra bundan yayınmış və zərərin əvəzini ödəməkdən əsassız olaraq imtina etmişdir. Bu səbəbdən, onun törətdiyi inzibati xətanın nəticəsində ona vurulmuş maddi zərərinin əvəzinin ödənilməsindən ötrü, o məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İşin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada “İnzibati Xətalar haqqında” qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində ona maddi ziyan vurulmuş və onlar arasında mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ oladuğundan ona ödənməlidir. Qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, müəyyən olunmuş faktiki hallara, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Qeyd olunanlara əsasən, Cavabdeh inzibatı xəta törədilməsi hərəkətləri nəticəsində ona vurulmuş ümumi məbləği 839 (səkkiz yüz otuz doqquz) manat təşkil edən maddi ziyanın əvəzinin ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında göstərdi ki, cavabdeh onun qızıdır, hadisə 26 oktyabr 2020-ci il tarixdə saat 18:45 radələrində baş vermiş, qızı Jalə hadisə yerindən qaçmamış, köməklik lazım olduğunu soruşmuş, sonra ürəyi getmişdir. İddiaçı aparan taksinin xərcini o çəkmiş, göstərilən tibbi yardım zamanı müayinələrin və dərmanların pulunu o ödəmişdir. O iddiaçıya vurulmuş maddi ziyana görə 500 manat aylara bölünməklə hissə-hissə ödəyə bilər. Onun bir dəfəyə ödəmə imkanı yoxdur, 450 manat əmək haqüqı alır. Ona görə də məhkəmədə iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak etmiş şahid X1 bildirdi ki, İddiaçı ilə qonşudurlar, hadisə 26 oktyabr 2020-ci il tarixdə olmuşdur. Ona iddiaçının anası demişdir ki, 3 gündür oğlu qəza keçirib. O, iddiaçının anası iddiaçını həkimə aparmış, sonra cavabdehin anası gəlmiş, orda cavabdeh MRT olunmuş, cavabdehin anası 25 manat ödəniş etmişdir. Cavabdehin atasıda bildirdi ki, nə lazımdısa edəcək. Sonra iddiaçının vəziyyəti pisləşmiş, həkimə aparmışlar, nə resept yazılmış hamısını iddiaçı almışdır. Dərmanlara 120 manatdan çox pul vermişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X3 bildirdi ki, İddiaçı xəstəxanada yanında olmuş, vəziyyəti pis olmuş, xəstəxanada rentgen etmişlər, reseptlər üzrə dərmanları iddiaçının anası ilə Nuridə xala almışdır. Bir həftə xəstəxanada yatmışdır. Məhkəmə iclasında iştirak etmiş şahid X2 bildirdi ki, Cavabdeh onun qızıdır. Hadisə olan gün o işdə olmuş, işdən gələndə qızının vəziyyətinin pis olduğunu görmüş, təcili yardıma aparmışlar. Həmin gün qızının vəziyyəti pis olduğuna görə başı qarışmışdır. Səhəri gün yoldaşı ilə gedib iddiaçının bütün xərclərini çəkiblər, 40 manat həkimə, 100 manat MRT-ə veriblər, aptekdən bütün dərmanları alıblar. İddiaçı bir həftə xəstəxanada yatdığını bilməmişdir. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 27 noyabr 2020-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, Cavabdeh idarə etdiyi “Changan” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhəri, S.Vurğun küçəsi istiqamətində hərəkətdə olduğu vaxt həmin küçə ilə hərəkətdə olan velosipedçi İddiaçı vurmuş və nəticədə iddiaçı “yüngül” dərəcəli bədən xəsarəti almışdır. Cavabdeh əməlində inzibati qayda pozuntusu olduğundan aparılmış yoxlamanın nəticəsi üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmış, qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə Sumqayıt şəhər Pİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarına əlavə edilmiş AP № ******* saylı inzibati xəta haqqında protokolun surətindən müəyyən olunur ki, Cavabdeh idarə etdiyi avtomaşınla Sumqayıt şəhəri, S.Vurğun küçəsi istiqamətində hərəkətdə olarkən həmin küçədə hərəkətdə olan velosipedçi İddiaçı vurub xəsarət yetirərək Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh idarə etdiyi avtomaşınla velosipedçi İddiaçı vurub yüngül bədən xəsarət yetirərək Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, İddiaçı 07.11.2020-ci il tarixdən 14.11.2020-ci il tarxədək işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xəstəlik tarixindən çıxarışdan müəyyən olunur ki, İddiaçı 07.11.2020-ci il tarixdən 13.11.2020-ci il tarxədək ambulator müalicə olunmuşdur. İş materiallarına əlavə edilmiş 09.11.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı beyin MRT-si üçün 145 manat xidmət haqqı ödəmişdir. İş materiallarına əlavə edilmiş 10.11.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddaçı İddiaçı beyin MRT-si və MR Angioqrofiya üçün 165 manat xidmət haqqı ödəmişdir. İş materiallarına əlavə edilmiş 27.10.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı kəllənin və boyun fəqərələrinin müayinəsi üçün 60 manat xidmət haqqı ödəmişdir. İddiaçı tərəfindən təqdim edilmiş foto şəkildən görünür ki, iddiaçıya məxsus velosiped yararsız vəziyyətdədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddiaçının və cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi izahatından, şahid ifadələrindən və iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh idarə etdiyi avtomaşınla İddiaçı velosipedlə hərəkətdə olan zaman vurub yüngül bədən xəsarəti yetirmiş, bununla əlaqədar Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cavabdeh barəsində 200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İddiaçı hadisə zamanı aldığı xəsarətlərlə bağlı ambulataor müalicə olunmuş, dərmanlar almış, müayinələrdən keçmiş, bununla əlaqədar xidmət haqqları ödəmişdir. Həmin xidmət haqqlarının bir qismi cavadehin valideynləri tərəfindən ödənilmişdir. Məhkəmə iclasında iş materialları tədqiq olunarkən Cavabdeh nümayəndəsi Nümayəndə 500 manat ödənilməsinə razı olduqlarını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla yanaşı, İddiaçı Cavabdeh dəymiş maddi ziyana görə 839 manat pulun tutulmasını tələb etmiş, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla dəymiş ziyanın məbləği 600 manat müəyyən edilmiş, lakin 239 manat məbləğində dəymiş ziyanın əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh 600 manat maddi ziyan və 30 manat dövlət rüsumu, cəmi 630 manat məbləğində pul alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat maddi ziyan və 30 (otuz) manat dövlət rüsumu, cəmi 630 (altı yüz otuz) manat məbləğində pul alınıb İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar