Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2887/2024 11.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh vurduğu maddi ziyana görə 400 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və iddianın verilməsi üçün 50 manat, cəmi 480 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2024-cü ildə DİN-nin 102 qaynar xəttinə zəng edilərək bildirmişdir ki, Sumqayıt şəhəri, 32-ci məhəllə ərazisində yerləşən İddiaçı məxsus “FOOD STREET” dönər evinin reklam lövhələrinin naməlum şəxs tərəfindən yararsız hala salındığını və ona 400 manat maddi ziyanın dəydiyini bildirmişdir. Həmçinin müraciətdə ona maddi ziyan vuran şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Müraciəti əsasında Sumqayıt şəhər Pİ-nin 4-cü PB-də araşdırma aparılmışdır. Araşdırma zamanı qeyd olunan əməli törədən şəxsin xx.xx.1971-ci ildə anadan olmuş Cavabdeh olduğu müəyyən edilmişdir. Cavabdeh izahatı alınarkən törətdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Lakin cavabdeh barəsində dəymiş ziyanın xeyli miqdar təşkil etmədiyini nəzərə alaraq barəsində xx.xx.2024-cü ildə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul olunmuşdur. xx.xx.2024-cü ildə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarla Cavabdeh iddiaçıya 400 manat miqdarında ziyan vurması öz təsdiqini tapmışdır. O, hesab edir ki, cavabdehdən vurduğu maddi ziyana görə 400 (dörd yüz) manatın, ödənilmiş 30 (otuz.) manat dövlət rüsumunun və iddianın verilməsi üçün 50 (əlli) manatın, cəmi 480 (dörd yüz səksən) manatın cavabdehdən alınaraq ona verilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2887/2024 saylı inzibati işinin materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı əməli törədən şəxsin xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh olduğu müəyyən olunmuş və həmin şəxs izahatında törətdiyi əməli səmimi etiraf etmişdir. Beləliklə, İddiaçı Sumqayıt ŞPİ-nin 4-cü PB-nə müraciəti əsasında toplanmış materialla ona Cavabdeh tərəfindən 400 manat maddi ziyan vurulması öz təsdiqini tapmışdır. Toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh məxsus “FOOD STREET” dönər evinin reklam lövhələrinin yararsız hala salındığını və ona 400 manat cavabdeh tərəfindən zərər dəydiyini iddia etmişdir. Cavabdeh Sumqayıt ŞPİnin 4-cü bölməsində verdiyi izahatında törətdiyi əməli səmimi etiraf etmişdir. İddiaçı ona dəymiş zərərin 400 manat olduğunu bildirir ki, həmin vəsait də cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə tələbin hüquqi xərc qismində 50 manat tələb edilməsinə dair hissəsinə münasibətdə bildirir ki, bu barədə iddiaçı tərəfindən sübut təqdim edilmədiyinə görə bu hissədə iddia tələbi əsassızdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasım verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneaəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikası MM-nin 21-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən: “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan vuran və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 400 manat dəymiş ziyanın əvəzi alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun əvəzinin alınmasına dair hissəsinə münasibətdə bildirir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun həcmi 30 manat olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 400 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən tələbi təmin edilsin. Cavabdeh 400 manat dəymiş ziyanın və 30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2887/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2887/2024
11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver