Məhkəmə qərarları › İş №2(060)-2907/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2907/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2907/2023 28.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılması, borcun əmlakın satışından əldə olunan vəsait hesabına ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 İddiaçı ASC-in xeyrinə 29 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə 3401,63 manat əsas, 14,99 manat faiz borcu və 15,96 manat cərimə borcu olmaqla cəmi 3432,58 manat məbləğində borcun, 54,33 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən, 40.9 kv.m sahədən ibarət 14 nömrəli evin 26 saylı mənzilinə yönəldilməsi, nəmin əmlakın açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən, 40.9 kv.m sahədən ibarət 14 nömrəli evin 26 saylı mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən. 40.9 kv.m sahədən ibarət 14 nömrəli evin 26 saylı mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə yerləşən, 40.9 kv.m sahədən ibarət 14 nömrəli evin 26 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin mənzildən çıxarılması, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə görə iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. İddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, ərizəyə 54,33 manat dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılması, borcun əmlakın satışından əldə olunan vəsait hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, həmçinin iddianın məhkəməyə verilməsinə görə xx.xx.2023-cü il tarixdə ödənilmiş 54,33 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılması, borcun əmlakın satışından əldə olunan vəsait hesabına ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixdə Hökümət ödəniş portalı vasitəsi ilə ********** nömrəli qəbzlə ödəmiş olduğu 54,33 manat dövlət rüsumu Dövlət Büdcəsindən ona geri qaytarılsın. Qərardadın icrası, dövlət rüsumunun qaytarılmasına dair hissədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar