Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-292/2022 02.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanma Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanma Fondu Cavabdeh qarşı «kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək ərizənin baxılmamış saxlanılmasını və sənədlərin ona geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərin qaytarılması barəsində ərizə verdiyindən, cavabdeh isə işə mahiyyəti üzrə baxılması ilə bağlı məhkəməyə müraciət etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Mülki iş materiallarından görünür ki, məhkəmə araşdırması zaman ipoteka predmetinin yenidən qiymətləndirilməsi məqsədə ilə məhkəmə–əmtəəşünaslıq ekspertizası təyin edilmiş, tədqiqatın dəyəri 200 manat təşkil etmişdir. Məhəmə hesab edir ki, ekspertipza tədqiqatının əvəzi olaraq 200 (iki yüz) manat LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanma Fondundan tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanma Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə «kredit borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası baxılmamış saxlanılsın. Mülki iş üzrə aparılmış məhkəmə–əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 200 (iki yüz) manat LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanma Fondundan tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-292/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-292/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver