Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2968/2024 20.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X11 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 235 manat sabit pul məbləğində alimentin və mediasiyaya ödənilmiş 50 manat rüsumun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh o, İddiaçı qarşı "nikahın pozulması, uşaqların alınıb verilməsi, aliment və əmlak bölgüsü" tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında olan 06 avqust 2007-ci il tarixli nikahın pozulması, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü Vəlizadə "Şəhla Kənan qızının onun yanında saxlanılmaqla cavabdehdən alınıb ona verilməsi, həmin uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin onun xeyrinə cavabdehdən tutulması və ünvan 1 ünvanda yerləşən mənzilin, "Mersedes Benz E200 minik" markalı 90-SV 250 dövlət nömrə nişanlı avtomaşının paylarının 1/2 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-1267/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında 06 avqust 2007-ci il tarixdə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində 1162 nömrə ilə qeydiyyata alınmış nikah aktı qeydinin pozulması, tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış uşaqları analarının yanında saxlanılması və həmin uşaqların cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi, Nihad və Şəhla adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, alimentin tutulmasının Nihad və Şəhlanın cavabdehdən alınaraq iddiaçının himayəsinə verildiyi vaxtdan başlanılması, tərəflərin birgə nikah dövründə, ümumi vəsaitləri hesabına əldə edilmiş ünvan 2 ünvanda yerləşən mənzilə və "Mersedes Benz E200 minik" markalı **-SV-*** dövlət nömrə nişanlı avtomobilə dair iddiaçının payının 1/2 (ikidə bir) hissə ilə müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamə il razı olmadığına görə, qətnamədən apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-482/2023 nömrəli, 06 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi "tərəflərin birgə nikahdan olan, yetkinlik yaşına çatmamış Nihadın iddiaçının yanında saxlanılması və həmin uşağın cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi, Nihadın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi və "Mersedes Benz E200" minik markalı 90-SV- 250 dövlət nömrə nişanlı avtomobilə dair iddiaçının payının 1/2 (ikidə bir) hissə ilə müəyyən edilməsi" hissələrində ləğv edilmiş, iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, həmin hissələrdə iddia rədd edilmiş, tərəflərin birgə nikahından 05 may 2008-ci il tarixdə doğulmuş Nihadın cavabdehin yanında saxlanılması qət edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə razı olmayan o, və Cavabdeh kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-4066/2023 saylı qərarı ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməsi və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-482/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət olunmuşdur. İşə baxan Gəncə Apellyasiya Məhkəməsi birgə nikahdan doğulmuş X6 onun yanında saxlasada uşağın saxlanılması üçün həmin vaxta aliment müəyyən etməmişdir. xx.xx.2008-ci il təvəllüdlü X1 üçün alimentin tutulması üçün mediasiya şurasına müraciət etsədə cavabdeh ilkin mediasiya prosessində iştirak etmədiyinə görə mediasiya prosessi baş tutmamışdır. Ona görə də cavabdehdən məhkəmə qaydasında alimentin alınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə iştirak edən zaman eyni məzmunlu izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, onun aliment ödəməyə imkanı yoxdur. Cavabdeh tərəfinə ödənilən 150 manatın qarşılıqlı olaraq dayandırılmasına razıdır. İddiaçı hazırda 150 manat aliment ödəmir. O, iki il müddətinə cavabdehin də aliment ödəməməsinə razıdır. Əks halda onda aliment məbləğinin artırılmasını tələb edir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan AZ-İİ № 109275 saylı, xx.xx.2008-ci il tarixli “Doğum haqqında şəhadətnaməsi”nin surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə Sumqayıt şəhərində dogulmuşdur. İşdə olan Ağdam Rayon Məhkəməsinin 2(013)-1267/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 06 avqust 2007-ci il tarixdə Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində 1162 nömrə ilə qeydiyyata alınmış nikah akt qeydinin pozulması, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış uşaqları-05 may2008-ci il təvəllüdlü X8 və 29 avqust 2013-cü il təvəllüdlü X9 anaları, iddiaçı Cavabdeh yanında saxlanılması və həmin uşaqlar cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh himayəsinə verilməsi, 05 may2008-ci il təvəllüdlü X8 və 29 avqust 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay, hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cavabdeh ödənilməsi, alimentin tutulmasına 05 may 2008-ci il təvəllüdlü X3 və 29 avqust 2013-cü il təvəllüdlü X4 cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh himayəsinə verildiyi vaxtdan başlanılması, tərəflərin birgə nikah dövründə ümumi vəsaitləri hesabına əldə edilmiş ünvan 2 ünvanda yerləşən mənzilə və “Mercedes Benz E200 minik” markalı, ** SV *** dövlət nömrə nişanlı avtomobilə dair iddiaçı Cavabdeh payı ½ (ikidə bir) hissə ilə müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-482/2023 saylı, qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək, Ağdam Rayon Məhkəməsinin 2(013)-1267/2022 saylı mülki iş üzrə 27 oktyabr 2022-ci il tarixli qətnaməsi “tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmamış 05 may 2008-ci il təvəllüdlü X3 anası iddiaçı Cavabdeh yanında saxlanılması və həmin uşağın cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh himayəsinə verilməsi, 05 may 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay 150 (bir yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi və “Mersedes Benz E200 minik” markalı, ** SV *** dövlət nömrə nişanlı avtomobilə dair iddiaçı Cavabdeh payının ½ (ikidə bir) hissə ilə müəyyən edilməsi hissələrində ləğv edilməsi və həmin hissələrdə yeni qətnamə qəbul edələrək həmin hissələrdə iddia təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4066/2023 saylı qərarının surətindən görünür ki, iddiaçı Cavabdeh və cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X2 xx.xx.2024-cü il tarixində saat 15:30-da təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. X10 üçün 50 (əlli) manat məbləğində mediasiya xərcini birinci tərəf İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı cavabdehdən uşağın saxlanılması üçün hər ay 235 manat alimentin tutulub ona verilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasətinin bir hissəsi də, hər bir uşağın zəruri maddi şəraitinin təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikası "Uşaq hüquqları haqqında" Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında" Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qeyd olunan qərarında məhkəmə sonda belə nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasında 2024-cü il üçün “X7” Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Hazırki halda xx.xx.2008-ci il təvəllüdlü X3 yaşını, qida və digər zəruri xərclərə tələbatını, tərəflərin maddi və ailə vəziyyətlərini, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, aliment barədə iddiaçının aliment tələbi qismən təmin edilməli və bu məbləğ 150 manat olmaqla müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə 01 aprel 2024-cü il tarixdə müraciət etdiyindən, aliment həmin tarixdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, tərəflərin faktiki nikahdan olan uşaq hazırda atasının himayəsindədir və cavabdeh bir ana kimi üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Odur ki, iddiaçının aliment hissəsində iddia tələbini məhkəmə qismən əsaslı hesab edir və qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 84-cü maddələrini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin xx.xx.2024-cü il tarixdən başlayaraq tutulub İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat mediasiya xərci Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-2968/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2968/2024
20.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver