Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2981/2023 11.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “X11 Şirkəti” MMC-yə qarşı vurulmuş maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “X11 Şirkəti” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «X11 Şirkəti» MMC-dən onun xeyrinə vurulmuş real maddi ziyan olaraq 8200 (səkkiz min iki yüz) manat pulun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi 100 (yüz) manatın, cəmi 8.300 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il təvəllüdlü və Sumqayıt şəhər sakini olmaqla yuxarıda qeyd etdiyi ünvanda qeydiyyatda olmaqla yaşayır. O və həyat yoldaşı təqaüdçüdürlər. O, 300 manat, həyat yoldaşı 328 manat pensiya alır. X2 ailəlidir, iki övladı vardır. O, İİİ qrup gözdən əlil olmaqla günəmuzd işlərdə işləyərək ailəni çox çətinliklə dolandırır. 3 qız övladı ailə qurmasına baxmayaraq işsiz olduğundan o, da bir valideyn kimi ailə büdcəsindən onlara maddi yardım etmək məcburiyyətində qalır. Onların ailə və maddi vəziyyətləri çox ağır olduğundan, o və həyat yoldaşı təqaüdçü olduqlarından X2 İİİ qrup gözdən əlil olduğundan 2011-ci ilin yay aylarında belə qərara gəlmişlər ki, «Karvan» Ticarət Mərkəzində piştaxta götürüb qadın geyimlərinin satışını təşkil edib işlətsinlər və gəlir əldə etsinlər. Çünki ailənin ehtiyacları tək yeməkdən ibarət deyildir, ailənin xeyri, şəri vardır. Bundan başqa kommunal borclar ödənilməlidir, geyinməlidirlər və sağlamlığın reabilitasiyası istiqamətində mütamadi olaraq müalicə və müayinə olunurdular. Çünki o və həyat yoldaşı yaşlı və müalicəyə ehtiyacı olan adamlardır. Oğlu isə qeyd etdiyi kimi İİİ qrup gözdən əlildir. Təqaüdə çıxana qədər o, «Kimya» İstehsalat Birliyində xüsusi zərərli sexlərdə fəhlə işləmiş, ailəsini və öz övladlarını öz halal zəhməti ilə saxlamışdır. Uşaqların hamısına ali təhsil alıb. Bundan başqa 3 qız övladını el adəti ilə toy edib köçürtmüşdür. Hal-hazırda maddi imkanları olmadığından X2 İİİ qrup gözdən əlil olmasına baxmayaraq işləməyə və ailəsinin ehtiyaclarını təmin etməyə məcburdur. Ona görə də 2011-ci ildə «Karvan» Ticarət Mərkəzinin 2-ci mərtəbəsində 81 saylı piştaxtada X2, qonşusu Bəsti adlı qadınla yer götürüb işləmişdir. Cavabdeh fəaliyyətlərini bir kassa aparatında birləşdirib. İki nəfərə bir kassa aparatı olduğundan VÖEN və kassa aparatı qonşunun adına olub. O, fəaliyyət göstərdiyi sahədə həm satıcı, həm də şərik olmuşdur. Bir sözlə birlikdə qadın geyimlərinin satışı ilə məşğul olmuşdurlar. Hər ay işlədikləri piştaxtaya görə ayrı-ayrılıqda həm yer haqqı, həm vergi, həm də malların qorunması və saxlanması üçün aylıq pul ödəmişdirlər. Şəxsən o, Karvan Ticarət Mərkəzində nəzarət-rüsumçu vəzifəsində işləyən İsməli Bayramova hər ay yer, vergi və malların saxlanması və qorunması haqqı olaraq 258 manat pul ödəmişdir. Bunu təsdiq edən şahidləri və sübutları vardır. Karvan Ticarət Mərkəzində piştaxtada satışda olan mallar şəxsən onun şəxsi vəsaiti hesabına, yəni Kimya istehsalat birliyindən işdən azad olunarkən ona ödənilmiş 5 aylıq əmək haqqı hesabına, təxminən 1250 manat, köhnə sovet banklarında qalan 22.000 rubl əvəzi olaraq alığı 1043 manat hesabına, X2nun 03 iyun 2013-cü ildə Bank of Bakudan götürdüyü 1000 manat kredit hesabına, Binə Ticarət Mərkəzindən götürdükləri nisyə mallar hesabına ümumi dəyəri 8000 manat məbləğində olmuşdur. Aylıq gəlirləri hər ay 2000- 2500 manat təşkil etmişdir. 19 oktyabr 2013-cü ildə baş vermiş yanğın nəticəsində min əziyyətlə qazandığı və artırdığı malları bir anda yanmış, təmamilə müflis vəziyyətə düşmüşdür. Baş vermiş hadisədən sonra düşdüyü vəziyyətlə bağlı əsəb, stress keçirtmişdir. Bundan başqa heç bir yerdə işləməsə də, 700 manat kredit ödənişi onun və həyat yoldaşının aldığı pensiya hesabına ödənilmiş, ailə və maddi vəziyyətləri ağırlaşmışdır. Qeyd edir ki, Binə Ticarət Mərkəzinə də, Karvan Ticarət Mərkəzinə də borcu yaranmışdır. Bir sözlə baş vermiş hadisə nəticəsində ona həm maddi, həm də mənəvi ziyan dəymişdir. Hal-hazırda təzyiq, şəkər xəstəsidir, mütəmadi olaraq müalicə olunur və dərman pereparatlarının alınmasına pul xərcləyir. Baş vermiş yanğın hadisəsi ilə bağlı ibtidai istintaq zamanı araşdırma aparılmış və baş vermiş hadisədə «X11 Şirkəti» MMC-yə məxsus Ticarət Mərkəzində nəzarətçi-rüsumçu vəzifəsində işləyən Bayramov İsməli Həmid oğlu Azərbaycan Respublikasının CM-nin 225.2.-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmiş və o, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Məhkəmə araşdırması zamanı o, həmçinin mülki iddiaçı olaraq tanınmışdır və ona vurulmuş ziyanın ödənilməsini həm zərərçəkmiş şəxs, həm də mülki iddiaçı olaraq iş üzrə təqsirləndirilən şəxs Bayramov İsməli Həmid oğlundan, həmçinin cavabdehdən tələb etmişdir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs Bayramov İsməli Həmid oğlu dəymiş ziyanı ödəyəcəsinə söz versə də məhkəmə tərəfindən hökm çıxan ana və bu günə qədər ona vurulmuş ziyan Bayramov İsməli Həmid oğlu və cavabdeh tərəfindən ödənilməmişdir. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs İ.Bayramov bildirmişdir ki, «mən kiməm, əsas Ticarət Mərkəzinin rəhbərliyidir, hər şey onlardan asılıdır, onlar ödəyərsə Sizə vurulmuş ziyan da mənim tərəfimdən Sizə ödənillmiş hesab ediləcəkdir». Baş vermiş yanğın nəticəsində ona 8000 manat məbləğində maddi ziyan dəysə də, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə Əmtəəşünaslıq ekspertizasının xx.xx.2014-cü il tarixli, 18338 saylı rəyinə əsasən ona 7000 manat məbləğində maddi ziyan vurulduğu qeyd edilmişdir. Ona görə də işə baxılarkən ona vurulmuş real zərəri 8200 manat məbləğində qiymətləndirərək tələb etmişdir. Belə ki, o hüquqi yardım almaq və şikayət ərizələri yazdırmaq üçün əlavə olaraq pul vəsaiti ödəmişdir. Bundan başqa hesab edir ki, 2013-cü ilin oktyabr ayının 19-da baş vermiş yanğın nəticəsində ona vurulmuş maddi ziyan ona vaxtında ödənilsəydi, o, həmin məbləğdən faydalanıb, biznesini daha da genişləndirib, ailəsinin maddi vəziyyətini yaxşılaşdırardı. Göründüyü kimi baş vermiş yanğın hadisəsindən 114 ay keçir. Nəzərə alınsa ki, bu 114 ayda cavabdeh onun aylıq 2000-2500 manat civarında əldə edəcəyi gəlirlərindən məhrum etmişdir, Bu məbləğ isə 285.000 manat təşkil edir. Lakirı göründüyü kimi bu günə qədər ona vurulmuş real zərər 8200 manat belə nə təqsirləndirilən X14, nə də cavabdeh tərəfindən ona ödənilməmişdir. Bu gün də ailə və maddi vəziyyətləri çox ağırdır. Belə ki, o, özünün, ailəsinin qazandığı və əldə etdiyi gəlirləri, işlədiyi piştaxtada malların alınmasına və artırılmasına sərf etmişdir ki, bu yolla ailəsinin ehtiyaclarını təmin etsin. Lakin cavabdeh X11 Şirkətinin məsuliyyətsizliyi nəticəsində bütün arzuları məhv olmuş, əldə etdiyi və edəcəyi gəlirlərindən məhrum olmuş və ən əsas düşdüyü vəziyyət onu həm maddi, həm də mənəvi cəhətdən sarsıtmış və ona külli miqdarda maddi ziyan dəymişdir. Baş vermiş yanğın hadisəsi nəticəsində «X11 Şirkəti» MMC-nin işçisi Bayramov İsməli Həmid oğlu təqsirli bilinsə də, əslində "xxxx" MMC təqsirkardır. Belə ki, məhkəmə araşdırması zamanı ifadə vermiş şahid ifadələri ilə müəyyən olunmuşdur ki, baş vermiş hadisə zamanı cavabdeh bazarın rəhbərliyi tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməmiş, hətta yanğının söndürülməsi üçün Ticarət Mərkəzində ventilyasiya, yanğın söndürülməsi üçün, yəni ilkin yardım üçün su hovuzu və sair su ləvazimatları olmamışdır. Yanğının söndürülməsi üçün su Ticarət Mərkəzindən xeyli aralı, Sumqayıt şəhəri 1 saylı tam orta məktəbdən götürülmüş və yanğının söndürülməsində istifadə olunmuşdur. Bundan başqa şahid ifadələri ilə təsdiq olunmuşdur ki, yanğın ilkin ayaqqabı piştaxtasından tüstü halında başlamış, nədənsə bazar rəhbərliyi həmin yanğının söndürülməsi üçün heç bir tədbir görməmişlər. Bunu təsdiq edən şahidləri kifayət qədərdir. Ona görə də hesab edir ki, əgər baş vermiş yanğın hadisəsində İ Bayramov təqsirləndirilsə də, cavabdeh «X11 Şirkəti» MMC-də eyni qaydada təqsirkardır. Sumqayıt Şəhər Məhkəməsinin iş N° 1(060)-9/2015, 27 aprel 2015-ci il tarixli hökmünə əsasən Bayramov İsməli Həmid oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2.-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, iş üzrə verilmiş mülki iddialar baxılmamış saxlanılmış, zərərçəkmiş və mülki iddiaçılara həmin iddia ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin iş N 1(060)-9/2015, 27 aprel 2015-ci il tarixli hökmü ilə razı olmadıqlarından təqsirləndirilən şəxs tərəfindən, eyni zamanda o və digər zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti təqdim edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş N° 1(105)-117/2016, 20 may 2016-cı il tarixli qərarına əsasən təqsirləndirilən şəxs Bayramov İsməli Həmid oğlunun apellyasiya şikayəti təmin edilməmiş, zərərçəkmiş şəxslər X6, X9, X7, İddiaçı qızının apellyasiya şikayəti qismən təmin edilmiş, dövlət ittihamçısı X15 apellyasiya protesti təmin edilmiş, Bayramov İsməli Həmid oğlunun Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Sumqayıt şəhər məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmü dəyişdirilmiş, Bayramov İsməli Həmid oğluna hökmlə təyin edilmiş 4 il 6 ay azadlıqdan məhrumetmə cəzası 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. X25 Həmid oğlunun barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının iş N 1(105)-117/2016, 20 may 2016-cı il tarixli qərarı ilə razı olmadığından məhkum İ.H.Bayramovun və müdafiəçisi Vəkil tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının iş N 1(102)-171/2017, 16 fevral 2017-ci il tarixli qərarına əsasən məhkumun və müdafiəçisinin kassasiya şikayətləri qismən təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2.-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Bayramov İsməli Həmid oğlunun barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2016-cı il tarixli qərarı dəyişdirilmiş və məhkum İ.H.Bayramova təyin edilmiş 05 (beş) il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 04 (dörd) il 07 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, məhkum X10 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi nə Bayramov İsməli Həmid oğlu, nə də «X11 Şirkəti» MMC tərəfindən ona vurulmuş real və külli miqdarda maddi ziyan bu günədək ödənilməmişdir. Xüsusi olaraq qeyd edir ki, X2 Azərbaycan Respublikasının Birinci X18 Əliyevaya müraciət edərək ailələrinə vurulmuş maddi ziyanın onlara ödənilməsinə köməklik edilməsini xahiş etsə də, müraciəti baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatına, oradan isə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli, KOL-7687 saylı məktubu ilə ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Göründüyü kimi yaranmış mübahisənin məhkəmədən kənar həlli qeyri-mümkündür. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə muraciət etməyə məcburdur. Göründüyü kimi 8200 manat məbləğində ona vurulmuş real maddi ziyan cavabdehin və onun səlahiyyətli işçisi Bayramov İsməli tərəfindən vurulmuşdur. Vurulmuş ziyan bu günədək ödənilməmişdir. Eyni zamanda o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100.40 manat ödəniş etmişdir. Yuxarıda sadalananlara əsasən hesab edir ki, məhkəmə tərəfindən «X11 Şirkəti» MMC-dən onun xeyrinə vurulmuş real maddi ziyan olaraq 8200 (səkkiz min iki yüz) manat pul, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi 100 (yüz) manat, cəmi 8.300 manat pulun tutulması barədə qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" MMC məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək 8200 manat pulun və 100 manat dövlət rüsumun ona verilməsini xahiş etmişdir. İş Sumqayıt şəhər məhkəməsinin icraatındadır. İddianı əsassız hesab edirlər. Belə ki, iddiaçı öz iddia ərizəsində göstərir ki, guya onların Ticarət Mərkəzində ticarətlə məşğul olmuş, TM-də baş vermiş yanğın nəticəsində ona 8200 manat maddi ziyan dəymişdir. Öz iddia ərizəsində göstərmişdir ki, guya həmin piştaxtada X2 və qonşusu Bəsti adlı qadınla birlikdə bir kassa aparatı ilə bir VÖEN-lə işləmişlər. İddia ərizəsinin surətini aldıqdan sonra bu barədə araşdırma aparmışlar və məlum olmuşdur ki, nə iddiaçı, nə onun oğlu, nə də ərizədə adı çəkilən Bəsti adlı qadınla MMC-nin hər hansı bir müqaviləsi olmamış, belə bir icarəçi TMdə qeydiyyatdan keçməmişdir. Vergi İdarəsinə vermiş olduqları sorğu nəticəsində məlum olmuşdur ki, İddiaçı adına hər hansı bir VÖEN qeydiyyatdan keçməmişdir və bu şəxs sahibkar kimi fəaliyyət göstərməmişdir. Belə olan halda onların iddiaçı qarşısında hər hansı bir öhdəlikləri olmamışdır və ona vurulduğunu iddia etdiyi zərərə görə hər hansı bir məsuliyyətləri də yaranmamışdır. Ona görə də belə hesab edirlər ki, onlara qarşı olan bu iddia əsassızdır və onların MMC bu iddiaya qarşı cavabdeh ola bilməz. Bundan əlavə, o, bildirdiyi kimi kiçik piştaxtada qiyməti 8200 manat olan mallar sata bilməzdi və bu həcmdə mallar sahəsi 4 kv.metr olan bir sahəyə (iki nəfərlə birlikdə alver etməsini nəzərə alsalar) yerləşə bilməzdi və iddiaçı həqiqətən də bu həcmdə və bu qiymətdə mallarının həqiqətən də olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Göstərilən hallar iddianın əsassız olmasını və onlara qarşı əsassız qaldırılmasını təsdiq edir. Ona görə də belə hesab edirlər ki, məhkəmə bu halları nəzərə almalı və iddianın rədd edilməsi barədə qətnamə qəbul etməlidir. Daha sonra İddiaçı məhkəməyə mülahizə ünvalayaraq bildirmişdir ki, o, cavabdeh "xxxx" MMC-yə qarşı «vurulmuş maddi ziyan tələbinə dair» iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh «X11 Şirkəti» MMC-dən onun xeyrinə vurulmuş real maddi ziyan olaraq 8200 (səkkiz min iki yüz) manat pulun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi 100 (yüz) manatın, cəmi 8.300 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Onun cavabdeh "xxxx" MMCyə qarşı «vurulmuş maddi ziyan tələbinə dair» iddia ərizəsinə dair iş hakim Günel Tanrıverdiyevanın icraatına verilmiş və məhkəmə hazırlıq iclası 16 iyun 2023-cü il tarixə, saat 12.15-ə təyin edilmişdir. 1-ci məhkəmə hazırlıq iclasında cavabdeh "xxxx" MMC İddiaçı «maddi ziyan tələbinə dair» iddia ərizəsinə etiraz təqdim etmişdir. Cavabdeh "xxxx" MMC-nin İddiaçı «maddi ziyan tələbinə dair» iddia ərizəsinə etirazı ilə razı deyil və bu barədə öz mülahizəsini məhkəməyə təqlim etmək istəyir. Belə ki, cavabdeh "xxxx" MMC öz etirazında onun, X2nun, nə də Bəsti adlı qadının adına həmin dövr üzrə "xxxx" MMCdə hər hansı bir VÖEN-nin qeydiyyatdan keçmədiyini, bu şəxslərin sahibkar kimi fəaliyyət göstərmədiyini qeyd etmişdir. O, bununla razılaşmır. Belə ki, şəxsən X2 "xxxx" MMC-nin onlayn müraciəti əsasında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, onun adına mağaza və müqavilə olmuş, işlətdiyi mağazanı şəxsi vəsaiti hesabına, 1000 manat xərcləyərək təmir etdirmiş (döşəməsi vurulmuş, tavanı və divarları tam təmir olunmuşdur) və o, həmin mağazanı 2012-ci ilin dekabr ayından 2013-cü ilin mart ayına kimi istifadə etmişdir. Daha sonra cavabdehin ekskalator quraşdırması səbəbindən həmin mağazanın fəaliyyəti dayandırılmış və mağazada olan qadın geyimləri onun işlətdiyi, təxminən 9 kv.metr piştaxtaya əlavə edilmişdir. O və oğlu Fərhad yanğın baş verən ana qədər həmin piştaxtada mal satmışdırlar. Anbarları və hesab kitab dəftərləri, aldıqları malların qaimələri həmin piştaxtanın arxa tərəfində yerləşmiş və yanğın nəticəsində yanmışdır. Bunu sağ və sol piştaxtaların satıcıları və sahibkarlar şahid qismində təsdiq edə bilər. Bundan başqa X2 yanğından 4 ay əvvəl «Bank of Baku»-dan bankdan 500 manat kredit çəkmiş və alınan vəsait malların artırılmasına sərf olunmuşdur. Oğlu Fərhad 4 ay şöbənin gəlirindən həmin kredit ödənişlərini həyata keçirtsə də, yanğın baş verdiyindən kredit ödənişləri ailənin öz vəsaiti hesabına, yəni onun, atasının və Fərhadın öz pensiyası hesabına cəmi faizi 650 manat ödəmişdir. Onun birgə işlədiyi adını iddia ərizəsində Bəsti olaraq qeyd etdiyi qadın və o baş vermiş yanğınla bağlı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İstər istintaq zamanı, istər məhkəmə istintaqı zamanı cavabdeh və cavabdehin əməkdaşı, təqsirləndirilən şəxs Bayramov İsməli Həmid oğlu onların zərərçəkmiş şəxs kimi tanınmaqlarına, ekspert rəyinə əsasən hesablanmış və tələb olunan real zərərlə bağlı heç bir etiraz təqdim etməmişlər. X30 Həmid oğlu bazar zərəri ödəyəcəyi təqdirdə, ona vurulmuş ziyanın ödəniləcəyini bildirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin hökmündə, o X8 və X5 adında qadınlar zərərçəkmiş şəxs qismində tanınmışdırlar. O, məhkəmə iclasında iştirak etmişdir, ona vurulmuş real maddi ziyanın ona ödənilməsi üçün mülki iddiaçı kimi tanınmışdır və mülki iddia qaldırmışdır. Lakin Sumqayıt Şəhər Məhkəməsi mülki iddianı baxılmamış saxlayaraq məhkəməyə müraciət etməyi bildirmişlər və bu Sumqayıt Şəhər Məhkəməsinin hökmündə öz əksini tapmışdır. Sonradan şəxsi araşdırmalarından sonra Bəsti kimi tanıdığı qadının X5 və X8 olmasını dəqiq xatırlamışdır. Sumqayıt şəhər Məhkəməsinin hökmündən görünür ki, X5 və digər X8 adlı qadın da cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. Ona məlum olduğuna görə birgə işlədiyi X5 və ya X8 hələ də "xxxx" MMC-də çalışır. Hökmdə də ekspert rəyinə əsasən həmin qadınlara, X1 50.000 manat, X3 7000 manat maddi ziyan vurulması öz əksini tapmışdır. Göstərdiklərini təsdiq edən şahidi, X20 vardır. Həmin şəxs piştaxtaların quraşdırılmasında, malların boşaldılmasında və piştaxtaya yığılmasında ona şəxsən kömək etmişdir. Onun sağ və sol qonşuları ilə ünsiyyətdə olmuşdur. Həmin şəxslər onu yaxından tanımışlar. Bundan başqa cavabdeh "xxxx" MMC onun işlətdiyi piştaxtanı kiçik piştaxta adlandırmışdır ki, o, bununla razılaşmır. Yuxarıda da qeyd etmişdir ki, onun işlətdiyi piştaxta 9 kv.metr sahəyə malik idi, o, bütün əldə etdiyi gəlirləri işini genişləndirməyə sərf etmişdi. Hətta oğlu kredit çəkmişdi və nisyə mallar almışdır ki, yanğından sonra uzun müddət, hətta bu günədək borc ödəyirlər. Bundan başqa cavabdeh "xxxx" MMC-nin nəzərinə çatdırır ki, yanğın 2013-cü ildə baş vermişdir. Lakin ona vurulmuş maddi ziyan istər Bayramov isməli Həmid oğlu və istərsə də cavabdeh "xxxx" MMC tərəfindən ödənilməmişdir. Qeyd edir ki, həmin dövrdə çörək 20 qəpik idisə, hazırda 55 qəpikdir, ABŞ dolları 78 manat idisə, hazırda 170 manatdır. Ona vurulmuş ziyan, yəni pul məbləği inflasiyaya uğramışdır. Cavabdeh "xxxx" MMC həqiqətən tələb etdiyi məbləğdə malların olmasını təsdiq edən sübutlarının olmamasını göstərir. Bayramov İsməli Həmid oğlunun Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirləndirilməsi barədə cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin iş N° 1(060)- 9/2015, 27 aprel 2015-ci il tarixli hökmündə bildirilir ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2014-cü il tarixli 18338 saylı rəyinə əsasən aparılmış tədqiqat nəticəsində Bakı şəhərində yerləşən Ticarət Mərkəzlərinin mağazalarında modelinə, texniki göstəricilərinə görə mövcud olan analoji malların qiymətlərinə əsasən Sumqayıt şəhəri 32-ci məhəllədə fəaliyyət göstərən X11 Şirkəti MMC-yə məxsus ticarət mərkəzində yanğın baş verməsi nəticəsində təqdim olunan siyahılara əsasən faktiki ortada olmayan müxtəlif adlı məhv olmuş malların texniki göstəricilərinə uyğun olaraq istintaq tərəfindən onların mövcudluğu qəbul edildikdə, respublika daxili orta bazar pərakəndə satış qiymətləri nəzərə hesablama yolu ilə şərti olaraq müəyyənolunmuşdur ki, ona 7000 manat məbləğində maddi ziyan hesablanmışdır. Sübutların təqdim edilməməsinə gəlincə onun yeganə sübutu Bayramov İsməli Həmid oğlunun Azərbaycan Respublikası CM-nin 225.2.-ci maddəsi ilə təqsirləndirilməsi barədə cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin iş N° 1(060)- 9/2015, 27 aprel 2015-ci il tarixli hökmü və Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2014-cü il tarixli 18338 saylı rəyi, «Bank of Baku»nun Ödəniş cədvəli, Azərbaycan Respublikasının Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər İdarəsinin fiziki şəxsin onlayn qeydiyyat ərizəsinin məlumatlarıdir. Eyni zamanda şahidi vardır. Bundan başqa bu illər ərzində məhkəmə çəkişmələrinə xərclər çəkilmiş, hüquqi yardım almış, vəkil tutmuş, hal-hazırda iddia ərizəsi ilə müraciət etmiş, iddia ərizəsinə görə dövlət rüsumu ödəmişdir. Göstərilənlərə əsasən cavabdehin etirazını, əsassız, qərəzli, cavabdehin məsuliyyətdən yayınması kimi qiymətləndirir. Sadalananlara əsasən hesab edir ki, məhkəmə tərəfindən cavabdeh "xxxx" MMC-nin İddiaçı «maddi ziyan tələbinə dair» iddia ərizəsinə etirazının əsassız sayılması, iddiasının təmin edilərək, cavabdeh «X11 Şirkəti» MMC-dən onun xeyrinə vurulmuş real maddi ziyan olaraq 8200 (səkkiz min iki yüz) manat pulun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi 100 (yüz) manatın, cəmi 8.300 manat pulun tutulması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, İsməli Bayramovla şifahi razılıq əsasında işləmişdirlər. Belə ki, iki adam bir VÖEN altında birləşmişdir. Bəsti adlı şəxs indi də orada işləyir, lakin məhkəməyə dəvət edildiyi halda gəlib-gəlməyəcəyini bilmir. Cavabdeh tərəf izahatında gah onların orada işləmədiyini, gah da orada olan əmlakın dəyərinin 7000 manat məbləğində olmadığını bildirirlər. Göründüyü kimi cavabdehin bu məsələdə heç qəti fikirləri yoxdur. Əlavə olaraq onu da qeyd edir ki, onların bütün qaimələri, aldığı malların miqdarı, dəyəri barədə sənədlər, onlarına əsas kitabları da həmin yanğın nəticəsində yanmışdır. Belə ki, onlar kitablarını hər gün özləri ilə aparıb-gətirməmiş, daimi olaraq mağazada saxlamışlar. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, Karvan Ticarət Mərkəzində yanğın zamanı həqiqətən də onun məhv olmuş əmlaklarının siyahısını qeyd etmiş, əlavə heç bir mal göstəməmişdir. Bundan başqa o, həmin geyim əşyalarının satış qiymətini deyil, məhz özünün aldığı qiyməti qeyd etmişdir. Bildirir ki, o neçə il işləmişdir, 35 il isə zavodda işləmişdir. Cavabdeh tərəfin onu tanımaması mümkün deyil. Hər zaman o, icarə haqqını ödəmişdir. Hətta bir dəfə icarə haqqını gecikdirində ona işdən çıxmasını da bildirmişdirlər. Yanğın baş verən günü onun qardaşı oğlunun toyu olduğu üçün o, işlədiyi yeri tez bağlayıb yoldaşı ilə Bakıya getmişdir. Hazırda o, şəkər xəstəsidir. Onun aptekə də borcu var, maddi vəziyyəti yaxşı deyil. O, pulunun verilməsini istəyir. Göstərilənlərə əsaəsn iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 bildirmişdir ki, iddiaçı ilə Karvan Ticarət Mərkəzində bir yerdə işləmişdirlər. 2013-cü ildə Karvanda yanğın hadisəsi baş vermişdir. Bildirir ki, o yanğın hadisəsindən 1 ay əvvəl orada işə başlamışdır. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X26 iddia tələbinə dair izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddia tələbinin heç bir əsası yoxdur. İddiaçı “X11 Şirkəti” MMCyə qarşı iddia qaldırmaq üçün subyektiv hüquqlara malik deyil. Belə ki, onunla cavabdeh arasında əmək müqaviləsi bağlanılmayıb, “X11 Şirkəti” MMC rəsmi olaraq iddiaçını tanımır. İddiaçının nümayəndəsi özü də bildirmişdir ki, VÖEN-i və əmək müqaviləsi yoxdur. İddiaçı qeyri-rəsmi kiminsə yanında işləyibsə, “X11 Şirkəti” MMC bu halda heç nə edə bilməz. Həmçinin sözügedən piştaxtada qadın xalatları satılır, həmin malların dəyəri isə 7.000 manat mal ola bilməz. Ekspert rəyində malların dəyəri 7000 manat olduğu qeyd edilsə də, həmin məbləğin hansı qaydada hesablandığı barədə məlumatları yoxdur. Bundan başqa sözügedən cinayət işi üzrə Bəsti adında iki zərərçəkmiş şəxs var, O, hər ikisi ilə danışmış, hər ikisi də iddiaçını tanımadığını bildirmişdir. Həmin şəxslərin şahid qismində məhkəmə iclasında iştirakını da təmin edəcəklər. Cavabdehin nümayəndəsi qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2014-cü il tarixli, 18338 saylı rəyinə əsasən 19 oktyabr 2013-cü il tarixdə Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən «X11 Şirkəti» MMC-yə məxsus ticarət mərkəzində baş vermiş yanğın hadisəsi zamanı istintaq tərəfindən təqdim edilmiş siyahılarda göstərilən əmlakın yararsız hala düşməsi nəticəsində zərərçəkmişlərə dəymiş maddi ziyanın məbləği, təhqiqat tərəfindən həmin məhv olmuş əmlakın mövcudluğu təsdiqləndiyi halda təqdim edilmiş siyahılara əsasən nəzəri hesablama yolu ilə riyazi hesabı yoxlama nəticəsində şərti olaraq təxminən 7657892,0 manat, o cümlədən İddiaçı dəymiş ziyan 7000 manat təşkil edir. Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmü ilə Bayramov İsməli Həmid oğlu Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, iş üzrə verilmiş mülki iddia baxılmamış saxlanılmış, zərərçəkmiş və mülki iddiaçılara həmin iddia ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli qərarı ilə Bayramov İsməli Həmid oğluna Sumqayıt şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 fevral 2017-ci il tarixli 1(102)- 171/2017 saylı qərarı ilə Bayramov İsməli Həmid oğlu barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin 20 may 2016-cı il tarixli qərarı dəyişdirilmiş, məhkum İ.Bayramova təyin edilmiş 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 04 (dörd) il 07 (yeddi) ay azadlıqdan məhrumetmə cəzasına endirilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Bayramov İsməli Həmid oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2015-ci il tarixli 1 (060)-9/2015 saylı hökmündən "xxxx" MMC-nin direktoru X16 tərəfindən verilmiş apellyasiya şikayətinin məhkəmənin icraatına qəbul edilməkdən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 27 aprel 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan uçot baza məlumatlarmda Cavabdeh (VÖEN: **********) ilə İddiaçı arasında bağlanmış icarə müqaviləsi və uçota alınmış təsərrüfat subyekti (obyekti) mövcud deyildir. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-9/2015 saylı, 27 aprel 2015-ci il tarixli hökmündən görünür ki, Bayramov İsməli Həmid oğlu Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən “X11 Şirkəti” MMC-nin direktoru X17 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 03 saylı əmrlə nəzarətçi-rüsumçu vəzifəsində işləyən zaman üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulan şəxs kimi «Azərbaycan Respublikası Yanğın Təhlükəsizliyi Qaydaları»nın 6.1, 6.5, «Ticarət və ictimai iaşə müəssisələri, yarmarkaları, baza və anbarları üçün yanğın təhlükəsizliyi qaydaları»nın 3.19.1, 3.19.15, 3.19.18 və «Elektrik enerjisindən istifadə qaydaları»nın 9.3.7-ci bəndlərinin tələblərini kobud surətdə pozaraq, “X11 Şirkəti” MMC-nin direktoru X17 tərəfindən verilmiş 02.03. 2010-cu il tarixli 05 saylı əmrə əsasən ticarət mərkəzində yanğın təhlükəsizliyinə cavabdeh şəxs olduğu halda ticarət mərkəzinin cavabdehlik daşıdığı 3-cü mərtəbəsində, ayaqqabı sahəsində yanğın təhlükəsizliyinə riayət etməmiş, ticarət mərkəzində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin yanğın təhlükəsizliyinə görə təlimatlandırılmasına və istifadə edilən elektrik şəbəkələri və elektrik avadanlıqlarının qüvvədə olan qanunvericiliyin tələblərinə cavab verməsini təmin etməmiş, eləcə də ticarət obyektlərində elektrik qızdırıcılarından, cihazlardan və elektrik uzadıcılarından istifadə olunmasının qarşısını almamışdır. Bu səbəbdən də xx.xx.2013-cü il tarixdə saat 19.26 radələrində ticarət mərkəzinin 2-ci binasının 3-cü mərtəbəsində pilləkən qəfəsinə yaxın olan 121 saylı ticarət obyektinin içərisində elektrik şəbəkəyə nəzarətsiz qoşulu qalmış elektrik xəttində (elektrik uzadıcısında) əmələ gəlmiş elektrik təyinatlı qəza halının nəticəsində yaxınlıqda yerləşən yanar materialların alışmasından yanğın baş vermişdir. Nəticədə 19615 kv.metr sahədə yerləşən 360 sahibkarın ticarətlə məşğul olduğu mağaza və piştaxtalar içərisindəki əmlakla birlikdə yanaraq məhv olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin ,onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 1099.1-ci maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. - 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı onun vurduğu zərərin əvəzini ödəməlidir. İşçi dedikdə isə əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinin məzmununa əsasən işəgötürənin sözügedən maddə ilə nəzərdə tutulmuş məsuliyyətinin yaranması üçün aşağıdakı şərtlər məcmu şəkildə mövcud olmalıdır: mülki hüquq pozuntusu törədən şəxs hüquqi şəxsin işçisi olmalıdır; hüquqi şəxsin işçisi mülki hüquq pozuntusunu əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı törətməlidir. Nəzərə alınmalıdır ki, cinayət qanunda nəzərdə tutulmuş əməlin törədilməsi ilə bağlı vurulmuş zərər mülki qanunvericiliyin tələbləri baxımından qanundan irəli gələn öhdəliyin yaranma əsaslardan biridir. Bu halda vurulmuş zərər görə məsuliyyətin müəyyən olunması üçün və zərərvuran müəyyən şəxslə əmək münasibətlərində olmuşdursa və ya xidmət müqaviləsi ilə birgə fəaliyyət göstərilmişdirsə bunların müəyyən olunması vacibdir. Bundan sonra vurulmuş zərərə görə kimin məsuliyyət daşmasının müəyyən olunması mümkün ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qanuni qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılakən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə zərərin vurulmasına əsas olan hadisəni törətməkdə təqsirli hesab edilmiş Bayramov İsməli Həmid oğlunun “X11 Şirkəti” MMC-nin direktoru X17 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 03 saylı əmr ilə nəzarətçi-rüsumçu vəzifəsində işlədiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı “X11 Şirkəti” MMC-yə qarşı iddia qaldırmaqda haqlı olmuşdur. Vurulmuş ziyanın məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, sözügedən cinayət işi üzrə keçirilmiş Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2014-cü il tarixli, 18338 saylı rəyinə əsasən aparılmış tədqiqat nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarında modelinə, texniki göstəricilərinə görə mövcud olan analoji malların qiymətlərinə əsasən Sumqayıt şəhəri, 32-ci məhəllədə fəaliyyət göstərən “X11 Şirkəti” MMC-yə məxsus ticarət mərkəzində yanğın baş verməsi nəticəsində təqdim olunan siyahılara əsasən faktiki ortada olmayan müxtəlif adlı məhv olmuş malların texniki göstəricilərinə uyğun olaraq, istintaq tərəfindən onların mövcudluğu qəbul edildikdə respublikadaxili orta bazar pərakəndə satış qiymətləri, nəzəri hesablama yolu ilə şərti olaraq İddiaçı məxsus müxtəlif qiymətlərdə təzə əmlakın dəyəri cəmi 7000 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyanın məbləği iddiaçının zərərçəkmiş kimi iştirak etdiyi cinayət işi üzrə müəyyən edilmiş və hər bir zərərçəkmiş şəxsə dəymiş zərər məbləği təqsirləndirilən şəxs İ.Bayramova qarşı irəli sürülmüş ittihamın əsasını təşkil etmişdir. Başqa sözlə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə iddiaçıya İ.Bayramov tərəfindən məhz 7000 manat ziyan vurulduğu müəyyən edilmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, hökm həmin hissədə də hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb edir. Bu səbəbdən məhkəmə cavabdehin iddiaçıya vurulmuş zərərin məbləğinin 7000 manat məbləğində olmaması barədə etirazının dəlilləri ilə razılaşmır. Eyni zamanda İddiaçı sözügedən cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanındığından məhkəmə cavabdehin “X11 Şirkəti” MMC-yə məxsus ticarət mərkəzində belə bir şəxsin işləməməsi barədə etirazının dəlilləri ilə də razılaşmır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırda ona 8200 manat məbləğində ziyan dəydiyini bildirərək cavabdehdən həmin məbləğin tutulmasını tələb etsə də, 1200 (8200- 7000) manat hissəsində iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh «X11 Şirkəti» MMC-dən 7000 (yeddi min) manat pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia qismən təmin edildiyindən (təxminən 85%) iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 100 manat dövlət rüsumunun 85 manat hissəsi cavadehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh «X11 Şirkəti» MMC-dən 7000 (yeddi min) manat pul və ödənilmiş dövlət rüsumunun 85 (səksən beş) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-2981/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2981/2023
11.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver