Məhkəmə qərarları › İş №2(060)-2985/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2985/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2985/2020 15.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakıilə, İddiaçı X2 Cavabdeh Heybət qızına qarşı “borcun tutulması” tələbinə dair iddiasıüzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X3 Cavabdeh Heybət qızına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Sumqayıt filialıilə Cavabdeh Heybət qızı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, № 856/İK-18 saylı kredit müqaviləsi üzrə Cavabdeh Heybət qızının İddiaçı ASC-yəolan 717,84 manat əsas borcun, 175,12 manat faiz borcu olmaqla, cəmi 892,96 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnaməqəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı X2 Sumqayıt filialı ilə Cavabdeh Heybət qızı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, № 856/İK-18 saylı kredit müqaviləsinə əsasən illik 24 % olmaqla, 24 ay müddətinə 950 manat məbləğində kredit verilmişdir. Borcalan tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, № 856/İK-18 saylı kredit müqaviləsinin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlışəkildə pozmuşdur. Cavabdeh xx xxxxxx 2019-cu il tarixinə qədər müqaviləüzrə cəmi 652.99 manat ödəməli olduğu halda, 232.16 manat əsas borcdan, 144.84 manat faiz borcundan ödəniş etmişdir. Hazırda Cavabdeh Heybət qızının İddiaçı ASC-yə 717.84 manat əsas borc, 175.12 manat faiz borcu olmaqla, cəmi borcu 892.96 manat təşkil edir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı vəşifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticəəldə edilməmişdir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, № 856/İK-18 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə uyğun olaraq “borcalan”ödəniş qrafikinəəsasən kreditin və ona hesablanmış faizlərin qaytarma müddətini pozduğu hallarda illik 48 faiz ödəyir. 3.1.2-ci bəndə görə “Borcalan”ın əmlak və maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, “Bank” borcun dərhal borcun qaytarılmasını tələb edə bilər. 3.1.5-ci bəndəgörə “Bank” müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu kredit müqaviləsi üzrəöhdəliklərin icrasının təminatı (girov, ipoteka, zaminlik və s.) və “borcalan”ın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb edə bilər. 3.1.6-cı bəndəgörə “Bank” kredit müqaviləsində müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin miqdarında “borcalan”ın kredit borcunu artıra bilər. 3.1.7-ci bəndə görə “Bank” “borcalan” tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanan faizləri tələb etmək hüququna malikdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərəəsasən iddia təmin edilməlidir. Mülki materiallarında olan: İddiaçı X2 Sumqayıt filialı ilə Cavabdeh Heybət qızı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, № 856/İK-18 saylı kredit müqaviləsinəəsasən İddiaçı ASC Cavabdeh Heybət qızına illik 24 faiz ödəmək şərti ilə 24 ay müddətinə 950 manat kredit verməyi, borcalan isə müqavilə ilə müəyyən edilmiş müddətdə ödəniş cədvəlinə uyğun olaraq kredit məbləğini və ona hesablanmış faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. xx xxxxxx 2018-ci il tarixli kassa məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Heybət qızı 950 manat pulu bankın xəzinəsindən nağd şəkildə qəbul etmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh Heybət qızının İddiaçı ASC-yə 717,84 manat əsas borcu, 175,12 manat faiz borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçıüzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizləri hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739-cu maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh Heybət qızından 717,84 manat əsas borc, 175,12 manat faiz borcu, cəmi 892,96 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı X2 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Heybət qızından 717,84 manat əsas borc, 175,12 manat faiz borcu, cəmi 892,96 (səkkiz yüz doxsan iki manat, doxsan altı qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı X2 xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar