Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-300/2021 24.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X8, X9, X1 və X5 qarşı “borcun tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y YƏ N E T D İ : İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 13 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2071 (iki min yetmiş bir) ABŞ dolları 79 (yetmiş doqquz) sent əsas borc, 2192 (iki min yüz doxsan iki) ABŞ dolları 58 (əlli səkkiz) sent faiz və 2668 (iki min altı yüz altmış səkkiz) ABŞ dolları 29 (iyirmi doqquz) sent cərimə və kredit müqaviləsi üzrə 13 oktyabr 2016-cı il tarixdən, 29 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 739 (yeddi yüz otuz doqquz) 90 (doxsan) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7662 (yeddi min altı yüz yetmiş iki) ABŞ dolları 56 (əlli altı) sent borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh1 13 mart 2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 22 faizlə 24 ay müddətinə 11000 ABŞ dolları kredit götürmüşdür. 13.03.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq müddəti 13.10.2016-ci il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 13 mart 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 29.06.2020-dək Cavabdeh1 banka 13.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2071,79 ABŞ dolları əsas borc, 2192,58 ABŞ dolları faiz borcu və 2668,29 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 13 oktyabr 2016-cı il tarixdən, 29 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 739 (yeddi yüz otuz doqquz) 90 (doxsan) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7662 (yeddi min altı yüz yetmiş iki) ABŞ dolları 56 (əlli altı) sent borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 13 mart 2014-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımı qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Göstərilənləri nəzərə alaraq, cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 13 mart 2014-cü il tarixli kredit müqaviləsi üzrə 2071 (iki min yetmiş bir) ABŞ dolları 79 (yetmiş doqquz) sent əsas borc, 2192 (iki min yüz doxsan iki) ABŞ dolları 58 (əlli səkkiz) sent faiz və 2668 (iki min altı yüz altmış səkkiz) ABŞ dolları 29 (iyirmi doqquz) sent cərimə və kredit müqaviləsi üzrə 13 oktyabr 2016-cı il tarixdən, 29 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 739 (yeddi yüz otuz doqquz) 90 (doxsan) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 7662 (yeddi min altı yüz yetmiş iki) ABŞ dolları 56 (əlli altı) sent borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmədə iştirak edən zaman iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, onun ilə "xxxx" İKB ASC arasında kredit müqaviləsi bağlanmışdır. Hazırda müqavilədə göstərilən məbləği bank tərəfindən restrukturizasiya olunduğundan sonra ödəyə bilər. Cavabdeh2 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, zamin dursada, onun üzərinə düşən məbləği ödəməyə imkanı yoxdur. Bankdan pulu Vüqar götürüb. İddianı onun hissəsində rədd edilməsini xahiş edir. Cavabdeh3 məhkəmədə iştirak edən zaman iddianı gəbul etməyərək göstərir ki, zaminlik müqaviləsinə imza atsada, zaminlik müqavilələrin əlavəsinə imza etmədiyini, ona görə də zaminlik sırasından çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.03.2014-cü il tarixli, № 4-M-1-0-227-14 saylı “Kredit Müqaviləsin”dən görünür ki, Bank tərəfindən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 22 faizlə 24 ay müddətinə 11000 ABŞ dolları kredit götürmüşdür. İş materiallarında olan 13 mart 2014-cü il tarixdə bağlanmış № 4-M-1-0-227-14 saylı Zaminlik müqaviləsindən görünür ki, 13.03.2014-cü il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdeh (zamin) Cavabdeh2 ilə "xxxx" İKB ASC-nin Sumqayıt filialı arasında 13 mart 2014-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə zamin kreditor qarşısında borcalan tərəfindən 13 mart 2014-cü il tarixdə bağlanmış № 4-M-1-0-227-14 saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. İş materiallarında olan 13 mart 2014-cü il tarixdə bağlanmış № 4-M-1-0-227-14 saylı Zaminlik müqaviləsindən görünür ki, 13.03.2014-cü il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdeh (zamin) Cavabdeh3 ilə "xxxx" İKB ASC-nin Sumqayıt filialı arasında 13 mart 2014-cü il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə zamin kreditor qarşısında borcalan tərəfindən 13 mart 2014-cü il tarixdə bağlanmış № 4-M-1-0-227-14 saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. İş materiallarında olan 13 mart 2015-ci il tarixdə bağlanmış № 4-M- 23-M-2-0-296- 15 saylı -0-227-14 saylı, 13.03.2014 tarixli KREDİT və 4-M-1-0-227-14 saylı 13.03.2014 tarixli ZAMİNLİK MÜQAVİLƏLƏRİNƏ ƏLAVƏsindən görünür ki, 13.03.2014-cü il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdehlər (zaminlər) Cavabdeh2 və Cavabdeh3 ilə "xxxx" İKB ASC-nin Sumqayıt filialı arasında 13 mart 2015ci il tarixli zaminlik müqaviləsi imzalanmışlar. İş materiallarında olan "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 22.10.2015-ci il tarixli, № 4-M-1-0-227-14 saylı, 13.03.2014 tarixli KREDİT MÜQAVİLƏSİNƏ ƏLAVƏ-dən görünür ki, Bank tərəfindən Cavabdeh1 "xxxx" İKB ASCdən illik 22 faizlə 31 ay müddəti müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 18.05.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, MİK- 4, YAT-7, otaq 129, ev 25-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 18.05.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, MİK- 13, ev 1, mənzil 32-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 18.05.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 Sumqayıt şəhəri, MİK- 5, ev 132/16, mənzil 68-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04.03.2021-ci il tarixli, № 4/1186 saylı rəyindən görünür ki, 13.03.2014-cü il tarixli 4-M-1-0-227-14 nömrəli zaminlik müqaviləsində “ZAMİN” qrafasındakı imza – Cavabdeh3 tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18.06.2021-ci il tarixli, № 9/3181 saylı rəyindən görünür ki, 13.03.2014-cü il tarixli 4-M-1-0-227-14 saylı kredit müqaviləsi şərtləri və əlavə “Saziş”-lər əsas götürməklə Cavabdeh1 29.06.2020-ci il və 15.07.2020-ci il tarixlərə banka olan borcu 29.06.2020-ci il tarixə (maliyyə arayışı tarixinə) əsas borc üzrə 2110,71 ABŞ dolları, faiz borcu üzrə 3995,76 ABŞ dolları; 15.07.2020-ci il tarixə (sualda qeyd edilən tarixə) əsas borc üzrə 2110,71 ABŞ dolları, faiz borcu üzrə 4016,40 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03.12.2021-ci il tarixli, № 4/1573 saylı rəyindən görünür ki, 13.03.2015-ci il tarixli 4-M-1-0-227-14 saylı, 13.03.2014-cü il tarixli kredit və 4-m-1-0-227- 14 saylı, 13.03.2014-cü il tarixli zaminlik müqavilələrinə əlavədə “ZAMİN” qrafasındakı imza – Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 13.03.2014-cü il tarixli, № 4-M- 1-0-227-14 saylı “Kredit Müqaviləsin”dən görünür ki, Bank tərəfindən Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 22 faizlə 24 ay müddətinə ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görə də kreditorun borcun əsas hissəsinin, ona hesablanmış cərimə borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci madəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Zaminlik müqaviləsi”nin əlavəsində olan imzaların Cavabdeh3 aid olması ekspertiza rəylərində öz əksini tapmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh3 kreditor qarşısında zaminliklə bağlı öhdəlik götürməmişdir. Bu səbəbdən ilkin iddia tələbi zaminə qarşı olan hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə hesab edir ki, 4-M-1-0-227-14 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı 13.03.2017-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zamin Cavabdeh3 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zamin Cavabdeh3 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-c il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 124 (yüz iyirmi dörd) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 124 (yüz iyirmi dörd) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2071 (iki min yetmiş bir) ABŞ dolları 79 (yetmiş doqquz) sent əsas borc, 2192 (iki min yüz doxsan iki) ABŞ dolları 58 (əlli səkkiz) sent faiz və 50 (əlli) ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 13 oktyabr 2016-cı il tarixdən, 29 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 739 (yeddi yüz otuz doqquz) 90 (doxsan) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5054 (beş min əlli dörd) ABŞ dolları 27 (iyirmi yeddi) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2071 (iki min yetmiş bir) ABŞ dolları 79 (yetmiş doqquz) sent əsas borc, 2192 (iki min yüz doxsan iki) ABŞ dolları 58 (əlli səkkiz) sent faiz və 50 (əlli) ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 13 oktyabr 2016-cı il tarixdən, 29 iyun 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 739 (yeddi yüz otuz doqquz) 90 (doxsan) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 5054 (beş min əlli dörd) ABŞ dolları 27 (iyirmi yeddi) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh3 qarşı hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyərləri 124 (yüz iyirmi dörd) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-300/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-300/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver