Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3000/2020 21.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxx» X1 Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxx» X4 Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********16145 olan Samsung Galaxy A3 telefon üçün 350 manat ödənilməmiş hissə, 105 manat dəbbə pulu, cəmi 445 manat, İMEİ Kodu**********81204 olanSamsung Galaxy S9 markalı telefon üçün 2207 manat ödənilməmiş hissə, 546 manat dəbbə pulu, ümumilikdə 2753 manat borc olmaqla, cəmi 3208 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxxxxxxxxx” X2 ödənməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə bağlasığı xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********16145 və **********81204 olan Samsung Galaxy A3 və Samsung Galaxy S9 markalı telefon almış və nəticədə 3208 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqavilələyə əsasən, alqı-satqı qiyməti 846 (səkkiz yüz qırx altı) manat (12 ay x 70 manat + 6 manat ilkin ödəniş) İMEİ Kodu **********16145 olan Samsung Galaxy A3 markalı telefon üçün ümumilikdə, 455 (dörd yüz əlli beş) manat olmaqla ondan, 350 manat ödənilməmiş hissə, 105 manat dəbbə; xx.xx.2018-ci il tarixiı müqaviləyə əsasən, alqı-satqı qiyməti 2469 manat (18 ay x 130 manat + 129 manat ilkin ödəniş) İMEİ Kodu **********81204 olan Samsung Galaxy S9 markalı telefon üçün ümumilikdə, 2753 (iki min yeddi yüz əlli üç) manat olmaqla ondan, 2207 manat ödənilməmiş hissə, 546 manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 758 manat təşkil edir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, AzərbaycanRespublikasınınMülkiMəcəlləsinin385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materiallarında olan müqavilələrdən görünür ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə bağlasığı xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən, İMEİ Kodu **********16145 və **********81204 olan Samsung Galaxy A3 və Samsung Galaxy S9 markalı telefon almış və nəticədə 3208 manat borc yaranmışdır. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh iddiaçı «xxxxxxxxxxx» X4 tərəfindən borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh iddiaçı «xxxxxxxxxxx» X2 3208 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə,öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materiallarına əsasən, cavabdehə müqavilə şərtlərini pozması barədə xəbərdarlıq olunaraq üç gün müddət verilməklə müqavilə üzrə üzərlərinə götürdüyü öhdəliklərini yerinə yetirmələri tələb olunmuş, əkstəqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi bildirilmiş, lakin cavabdeh ona xəbərdarlıq olunmasına baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməyərək, öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə, Mülki Məcəllənin qeyd edilən maddələrinə əsasən hesab edir ki, Cavabdeh iddiaçı ilə aralarındabağlanmış müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədiyinən, iddiaçı əşyanın ödənilməsini tələb etməkdə haqlıdır. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda İMEİ Kodu **********16145 Samsung Galaxy A3 olan telefona görə 105 manat və İMEİ Kodu **********81204 olan Samsung Galaxy S9 telefona görə 546 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən İMEİ Kodu **********16145 Samsung Galaxy A3 olan telefona görə 10 manat və İMEİ Kodu **********81204 olan Samsung Galaxy S9 telefona görə 20 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İMEİ Kodu **********16145 Samsung Galaxy A3 telefon üçün 350 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, və İMEİ Kodu **********81204 olan Samsung Galaxy S9 markalı telefon üçün 2207 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, ümumilikdə 2587 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı «xxxxxxxxxxx» X1 xeyrinə tutulmalı və qalan hissədə iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İMEİ Kodu **********16145 Samsung Galaxy A3 telefon üçün 350 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, və İMEİ Kodu **********81204 olan Samsung Galaxy S9 markalı telefon üçün 2207 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, ümumilikdə 2587 (iki min beş yüz səksən yeddi) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu iddiaçı «xxxxxxxxxxx» X1 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rəddedilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-3000/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3000/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver