Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3010/2022 19.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-3004/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü Baba-zadə Uğur Kərim oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin mediasiya üçün ödədiyi 50 manat rüsumunun da cavabdehə aid edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-3004/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü Baba-zadə Uğur Kərim oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 193 manat sabit pul məbləğində aliment tutulması, birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü Baba-zadə Uğur Kərim oğlunun xəstəliyi ilə əlaqədar olaraq ödədiyi 2086 manat məbləğində pulun cavabdehdən alınıb ona verilməsi, birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü Baba-zadə Uğur Kərim oğlunun xəstəliyi ilə əlaqədar olaraq hər ay cavabdehdən 200 manat məbləğində maddi yardımın tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin mediasiya üçün ödədiyi 50 manat rüsumun da cavabdehə aid edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 05 avqust 2017-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladı var: xx.xx.2019-cu il təvəllüdlü Baba-zadə Uğur Kərim oğlu. Sumqayıt şəhər məhkəməsinin 2(060)-3004/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü Baba-zadə Uğur Kərim oğlunun onun yanında qalması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 175 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Bildirir ki, cavabdeh Sumqayıt şəhər Polis İdarəsində işləyir. Əmək haqqı yüksəkdir. Ona görə də hesab edir ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)- 3004/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləği dəyişdirilməli və birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü Baba-zadə Uğur Kərim oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehin aylıq qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulub ona verilməlidir. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bidirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh polis orqanlarında işləsə də, məhkəmənin gedişində işdən çıxmışdır. Bu səbəbdən o, hazırda alimentin yaşayış minimumuna uyğun 193 manat məbləğində tutulmasını istəyir. Digər tələbləri ilə bağlı qeyd edir ki, həkim tərəfindən verilən arayışdan uşağın loqepedə ehtiyacı olduğu görünür, uşağın nitq geriliyi var. Bu da əlavə xərclər tələb edir. Cavabdeh qazanca malikdir, gəlir əldə edə biləcək şəxsdir. Maddi yardım faktiki çəkilmiş və gələcəkdə çəkiləcək məbləğlə əlaqədardır. İddiaçı uşağının müalicəsi ilə əlaqədar hər ay 400 manat pul ödəyir. Uşağı saxlamaq hər iki valideynin borcu olduğundan iddiaçı cavabdehdən 200 manat pul tutulmasını istəyir. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişlərə əsasən) iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3004/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 05 avqust 2017-ci il tarixdə bağlanmış və 2016 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü Baba-zadə Uğur Kərim oğlunun anası - İddiaçı himayəsində qalması, Cavabdeh xx.xx.2019-cu il təvəlüdlü Baba-zadə Uğur Kərim oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən ödənilmişdir. İşdə olan X4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, 2019-cü il təvəllüdlü Uğur Babazadədə peribronxit aşkar edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 119608 saylı, xx.xx.2022-ci il tarixli 119609 saylı, xx.xx.2022-ci il tarixli 119603 saylı, xx.xx.2022-ci il tarixli 119607 saylı, xx.xx.2022-ci il tarixli 119606 saylı, xx.xx.2022-ci il tarixli 119611 saylı, xx.xx.2022-ci il tarixli 119610 saylı, xx.xx.2022-ci il tarixli 119625 saylı mədaxil qəbzlərindən və xx.xx.2022-ci il ödəniş çekindən görünür ki, xx.xx.2019-cu il təvəlüdlü Baba-zadə Uğur Kərim oğlunun müayinə və müalicəsi ilə əlaqədar 1220 (95+75+340+150+100+140+125+170+25) manat ödəniş edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli 049602 saylı və xx.xx.2022-ci il tarixli 049601 saylı mədaxil qəbzlərindən və xx.xx.2022-ci il tarixli ödəniş çekindən görünür ki, xx.xx.2019-cu il təvəlüdlü Baba-zadə Uğur Kərim oğlunun müalicəsi üçün daha 866 (400+400+66) manat ödəniş edilmişdir. İşdə olan X8 Ortoped MMC tərəfindən veirlmiş xx.xx.2021-ci il tarixli X1 görünür ki, Uğur Babazadənin tibbi müayinəsi nəticəsində onda ikitərəfli bronxit müəyyən edilmişdir. İşdə olan X9 Mərkəzi tərəfindən verilmiş sənəddən görünür ki, Uğur Babazadəyə psixi–nitq inkişaf ləngiməsi diaqnozu təyin olunmuşdur. Uğur Babazadə bir il loqopedik və psixoloji təlimlərdə iştirak etməlidir. Mərkəzdə göstərilən psixoloji və loqapedik təlimlərin aylıq ödənişi 400 AZN-dir. Həmin sənəd X2 tərəfindən imzalanmışdır. İşdə olan Optimed Mərkəzi, həkim-nevropatoloq Füzuli Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Uğur Babazadəyə psixi nitq inkişaf ləngiməsi diaqnozu qoyulmuşdur. Ona psixopedaqoq və loqoped təlimlər tövsiyyə edilmişdir. İşdə olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2022-ci il tarixli mətubundan görünür ki, Cavabdeh 19 iyul 2022-ci il tarixdən daxili işlər orqanlarında xidmətdən xaric edilmişir. İş materiallarında olan şəxsin gəlir məlumatları barədə elektron sistemdən edilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və 327 manat əmək haqqı alır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında» Qanunun 1-ci bəndinə əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyən edilmişdir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3004/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3004/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 193 manat məbləğində müəyyən edilməlidir. İddia tələbinin cavabdehin xx.xx.2019-cu il təvəllüdlü Baba-zadə Uğur Kərim oğlunun xəstəliyi ilə əlaqədar çəkilmiş və gələcəkdə çəkiləcək xərclərə cəlb olunması hissəsi ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Göründüyü kimi, Ailə Məcəlləsinin 81-ci maddəsində yetkinlik yaşına çatmayan uşaqların yalnız ağır xəstə və ya şikəst olduğu hallarda valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırda iddiaçı xx.xx.2019-cu il təvəllüdlü Baba-zadə Uğur Kərim oğlunun xəstəliyi ilə əlaqədar 2086 manat xərc çəkdiyini sübut edə bilmişdir. Lakin uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, çəkilən xərcin yarısı – yəni 1043 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən xx.xx.2019-cu il təvəllüdlü Babazadə Uğur Kərim oğlunun xəstəliyi ilə əlaqədar hər ay 200 manat məbləğində maddi yardımın tutulub iddiaçıya verilməsi hissəsində isə təmin edilməməlidir. Belə ki, iddiaçı bu tələbini xx.xx.2019-cu il təvəllüdlü Baba-zadə Uğur Kərim oğlunun loqoped müalicəsinə ehtiyacı olması, buna görə isə hər ay 400 manat ödəniş etməli olması ilə əsaslandırmışdır. Lakin məhkəmə X2 tərəfindən imzalanmış, X9 Mərkəzi tərəfindən verilmiş sənədi Baba-zadə Uğur Kərim oğlunun 1 il loqopedik və psixoloji təlimlərdə iştirak etməli olmasını təsdiq edən mötəbər sübut kimi qəbul etmir. Belə ki, sözügedən sənədi imzalayan şəxsin həmin diaqnozu və ya müalicəni təyin etmək üçün xüsusi biliyə, ümumiyyətlə tibb sahəsində ali təhsilə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəməyə təqdim edilən Optimed Mərkəzi, həkim-nevropatoloq Füzuli Məmmədov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda isə Uğur Babazadəyə psixi nitq inkişaf ləngiməsi diaqnozu qoyularaq ona psixopedaqoq və loqoped təlimlər tövsiyyə edilsə də, həmin arayışda müalicənin hansı müddətə davam etməli olması barədə hər hansı qeyd edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il təvəllüdlü Baba-zadə Uğur Kərim oğlunun xəstəliyi ilə əlaqədar olaraq gələcəkdə çəkiləcək xərclərlə bağlı hər ay cavabdehdən 200 manat məbləğində maddi yardımın tutulub iddiaçıya verilməsi hissəsində iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən alimentin məbləğinin artırılaraq 193 manat olmaqla aliment tutulmasını xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 216 ( (193-175) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə və Cavabdeh iştirak etmiş, 50 (əlli) manat məbləğində mediasiya xərci isə İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı – 25 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3004/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2019-cu il təvəllüdlü Baba-zadə Uğur Kərim oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 1043 (bir min qırx üç) manat pul və 25 (iyirmi beş) manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3010/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3010/2022
19.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver