Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3016/2021 29.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, 3 mikrorayon, ev 17/33, mənzil 50-nin mətbəx hissəsinə tavan və divarlarına ciddi ziyan dəydiyindən və mətbəx mebelinin yarasız hala düşdüyündən ona dəymiş ziyanın əvəzi olan 1200 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq idiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclası 29.04.2021-ci il tarixinə təyin olunmuş və məhkəmə iclasında tərəflər iştirak etmişlər. Məhkəmə iclasında tərəflər aralarında bağlanmış barışıq sazişini məhkəməyə təqdim etmiş və həmin sazişin təsdiq olunmasını məhkəmədən xahiş etmişlər. Barışıq sazişinin şərtlərinə əsasən iddiaçı cavabdehə qarşı olan hazırkı iddia tələbindən imtina edir və bildirir ki, gələcəkdə iddiaçıya qarşı bununla bağlı hər hansı tələbi olmayacaqdır. Cavabdeh iddiaçıya 600 manat məbləğində pulu qaytarmağı öhdəsinə götürür və bildirir ki, həmin məbləği barışıq sazişi təsdiq edildikdən 10 gün müddətində iddiaçıya ödəyəcəkdir. Məhkəmə iş materiallarını və barışıq sazişinin şərtlərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər (191.1.). Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir (191.2.). Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə və ya tərəflərin barışıq sazişini təsdiq etmədikdə, bu barədə əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir (191.4.). Məhkəmə hesab edir ki, tərəflər arasındakı barışıq sazişi qanuna müvafiqdir və üçüncü şəxslərin hüquqlarını pozmur. Bu səbəbdən barışıq sazişi təsdiqlənməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 263-264, 266- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ilə Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı Sumqayıt şəhəri, 3 mikrorayon, ev 17/33-də yerləşən 50 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərlə bağlı iddia tələbindən imtina edir. İddiaçının gələcəkdə Cavabdeh qarşı hazırkı tələblə bağlı hər hansı iddiası olmayacaqdır.
2. Cavabdeh İddiaçı dəymiş zərərin əvəzi olaraq 600 (altı yüz) manat ödəməyi qəbul edir. Cavabdeh barışıq sazişi məhkəmə qərardadı ilə təsdiq edildikdən sonra 10 (on) gün müddətində pulu İddiaçı ödəyəcəkdir. İddiaçı Cavabdeh qarşı Sumqayıt şəhəri, 3 mikrorayon, ev 17/33, mənzil 50-nin mətbəx hissəsinə, tavan və divarlarına ciddi ziyan dəydiyindən və mətbəx mebelinin yarasız hala düşdüyündən iddiaçıya dəymiş ziyanın əvəzi olan 1200 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq idiaçıya ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.
Hakim Emin Abdullayev