Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3017/2022 06.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Şakı̇ r qızının cavabdeh Əfəndı̇ yev Cavı̇ d Füzulı̇ oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Əfəndı̇ yev Cavı̇ d Füzulı̇ oğlunun cavabdeh İddiaçı Şakı̇ r qızına qarşı alimentin miqdarının dəyişdirilməsi və ya azaldılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 adlı bir övladları var. Sumqayıt şəhər məhkəməsinin 2(060)- 2447/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X1 onun yanında qalmasının müəyyən olunması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabehdən hər ay 170 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. O, 170 manat məbləğində alimentlə oğlunu saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun tələbatları da günü-gündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2022-ci il Respublikada uşaqlar üçün yaşayış minimumunun 193 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edərək hesab edir ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)- 2447/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay 193 manat sabit pul məbləğində aliment tutulub birgə nikahdan olan xx.xx.2016-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2447/2020 saylı, 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq cavabdeh Əfəndı̇ yev Cavı̇ d Füzulı̇ oğlundan hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi və mediasiyaya ödənilmiş 50 manat rüsumun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı Şakı̇ r qızına qarşı alimentin miqdarının dəyişdirilməsi və ya azaldılmasına dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü ildə İddiaçı ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X4 dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və ondan 170 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı ilə aralarında olan nikah xx.xx.2020-ci də rəsmi şəkildə pozulsa da, iddiaçı və oğlu onunla birlikdə onun valideynlərinin yanında yaşayır. Yaşadıqları evin bütün kommunal xərcləri və digər ehtiyacları onlar tərəfindən qarşılanır. Bundan başqa evdə aşınmaya məruz qalan, xarab olan əşyalar da onlar tərəfindən təmir olunur. Həmçinin oğlu onlarla bir yerdə yaşadığı üçün ata olaraq onun istəklərini də qarşılayır və həyata keçirir. Lakin məhkəmə tərəfindən təyin edilmiş 170 manat məbləğində alimenti ödəməkdə çətinlik çəkir. O, özəl şirkətlərin birində sürücü vəzifəsində işləyir və aylıq aldığı əmək haqqı 234- 274 manat arası olur. Aliment borcunu ödəyə bilmədiyinə görə 3132 manat məbləğində aliment borcu yaranmış və Sumqayıt şəhər 3(060)-3662/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Daha sonra yaranmış borcu ödəmək məqsədilə hər ay 300 manat məbləğində aliment ödəməyə başlamışdır. Əmək haqqı 300 manatı ödəməyə yetmədiyi üçün valideynləri ona dəstək olur, məbləğin çatmayan hissəsini verirdilər. Atası işləmir, anası müəllimə işləyir, aldığı əmək haqqı ilə həm kredit (evi təmir etmək üçün götürülmüş), həm evin kommunal xərclərini ödəyir, həm də digər qida və s. ehtiyaclarını qarşılayır. Lakin mart ayında atası açıq ürək əməliyyatı olduğu üçün ona ömürlük dərmanlar yazılmış və anası həmin dərmanları almalı olduğu üçün ona kömək edə bilməmişdir. Kommunal xərclərə görə hər ay ən az 120 manat pul ödəyirlər. Bunları qeyd etməkdə məqsədi əmək haqqının sadəcə alimentin ödənilməsinə sərf olunduğunu və özünün dolanmağı üçün vəsaitin olmadığını bu səbəbdən də ailənin köməyi ilə dolandığını bildirməsidir. Sumqayıt Şəhər İcra Şöbəsində kredit borcuna görə onunla bağlı başqa icra işi də mövcuddur. Bundan başqa keçən il oğlunun ad gününə hədiyyə olaraq kreditə aldığı planşetə görə kredit borcu var və ödəyə bilmir. Bütün bu borclarının yaranmasına səbəb maddi vəziyyətimin çətin olmasıdır. Bütün bu hallar onun maddi vəziyyətinin nə qədər çətin olduğunu və 170 manat məbləğində alimenti ödəməyə çətinlik çəkdiyini göstərir. Qeyd olunanlara əsasən məhkəmədən ilkin iddianın rədd edilməsi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş 170 manat alimentin məbləğinin dəyişdirilərək aylıq əmək haqqının və ya gəlirlərinin ¼ hissəsi miqdarında və ya azaldılaraq 100 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi əsassızdır və tamamilə rədd edilməlidir. Belə ki, 193 manat məbləğində aliment ödəməyə maddi imkanı yoxdur. O, özəl şirkətlərin birində sürücü vəzifəsində işləyir və aylıq aldığı əmək haqqı 234-274 manat arası olur. Bu əmək haqqı ilə qeyd edilən məbləği ödəyə bilməz. Alimenti ödəyə bilmədiyinə görə 3132 manat məbləğində aliment borcu yaranmış və Sumqayıt şəhər Məhkəməsinin 3(060)-3662/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Daha sonra yaranmış borcunu ödəmək məqsədilə hər ay 300 manat məbləğində (170 manat aylıq aliment və 130 manat borc) aliment ödəməyə başlamışdır. Əmək haqqı 300 manatı ödəməyə yetmədiyi üçün valideynləri ona dəstək olur, məbləğin çatmayan hissəsini verirlər. Atası işləmir, anası müəllimə işləyir, aldığı əmək haqqı ilə həm kredit (evi təmir etmək üçün götürülmüş), həm evin kommunal xərclərini ödəyir, həm də digər qida və s. ehtiyaclarını alır. Bunları qeyd etməkdə məqsədi əmək haqqının sadəcə alimentin ödənilməsinə sərf olunduğunu və özünün dolanmağı üçün vəsaitin qalmadığını bu səbəbdən də ailəsinin köməyi ilə dolandığını bildirməsidir. İddiaçı iddia ərizəsində onun uşağı böyütməyinə heç bir köməklik göstərmədiyini demişdir. İddiaçı ilə aralarında olan nikah xx.xx.2020-ci ildə rəsmi şəkildə pozulsa da, iddiaçı onunla birlikdə valideynlərinin yanında yaşayır. Həmin evin bütün kommunal xərcləri onlar tərəfindən ödənilir. Bundan başqa evdə aşınmaya məruz qalan, xarab olan əşyalar və s. də onlar tərəfindən təmir olunur. Həmçinin oğlu onunla bir yerdə yaşadığı üçün bir ata olaraq onun istəklərini də qarşılayır və həyata keçirir. Sumqayıt Şəhər İcra Şöbəsində kredit borcuna görə onunla bağlı başqa icra işi də mövcuddur. Bundan başqa keçən il oğlunun ad gününə hədiyyə olaraq krediti aldığı planşetə görə kredit borcu var və ödəyə bilmir. Bütün bu borclarının yaranmasına səbəb maddi vəziyyətinin çətin olmasıdır. Ona görə də məhkəmədən ilkin iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini, uşağın müəyyən xərcləri və hüquqlarının müdafiəsi üçün məhkəmədən iddia tələbinin təmin edilməsi üçün qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq birdirdi ki, cavabdehlə bir mənzildə yaşasalar da, uşağın bütün xərclərini özü ödəyir. Kommunal xərclərə gəlincə isə evdən səhər çıxıb axşam gəlir, çox az istifadə edir. Qidanı özü alır, soyuducuları ayrıdır. Uşağa hədiyyə olaraq alınan planşetə isə 5 yaşında uşağın ehtiyacı yoxdur, istifadə olunmur, cavabdeh gəlib apara bilər. Cavabdeh az məbləğdə vergi ödəmək üçün maaşını bilərəkdən gizlədir. Ona görə də məhkəmədən iddia tələbinin təmin ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh izahatında birdirdi ki, alimentin məbləğində azaltma olmasa da, artırılma da olmamasını xahiş edir. Belə ki, işi sezonla bağlı olur. Artıq 2 aydır ki, aliment borcunu ödəyə bilmir. Əmək haqqı araşdırıla bilər. Əgər iddiaçının dediyi kimi alimenti ödəmək iqtidarında olsa idi, 10 gün müddətində inzibati qaydada həbs olunmazdı. Ona görə də məhkəmədən ilkin iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia tələbi isə rədd olunmalıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, o, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi və vəkili ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016-cı il tarixdə anadan olmuşlar. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-2447/2020 saylı qətnaməsindən görünür ki, ilkin iddia təmin, qarşılıqlı iddia qismən təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində 29 iyun 2013-cü il tarixdə bağlanmış, 1111 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan və yetkinlik yaşına çatmamış xx.xx.2016-cı il təvəllüdlü X1 anası- İddiaçı himayəsinə verilməsi, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 170 manat məbləğində alimentin xx.xx.2020-ci il tarixdən tutulub cavabdeh-İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 378 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3662/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi yuxarıda qeyd olunan qərarına əsasən müəyyən edilmişdir ki, ailə vəziyyətinin araşdırılması zamanı, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirilməlidir. Həmin qərarla diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olub-olmamasını və sair məsələlərin nəzərə alması zərurəti göstərilmişdir. Məhkəmə qarşılıqlı iddia tələbinin hüquqi əsası onların ailə olaraq bir yerdə yaşamaları, aylıq aldığı əmək haqqı 234-274 manat olması və s. kimi qarşılıqlı iddia ərizəsində qeyd etdiyi xüsusatlar məhkəmə iclasında öz təsdiqini tapmamış, iddiaçı Cavabdeh öz tələbinin əsasını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Bundan başqa komunal xidmətlərin qarşılqlı iddiaçı tərəfindən ödənilməsinə istinad edərək tələbinin müdafiə etməsini əsassız hesab edir. Məhkəmə qeyd edir ki, işin mübahisə edilməyən halı olaraq hər bir şəxs istifadə etidiyi komunal xidmətlərin haqqını ödənilməsini həyata keçirə bilər. İlkin iddia tələbi üzrə iddiaçı komunal xidmətlərin ödənilməsinə etiraz etmədiyini məhkəmə iclasında cavabdehədiqqətinə çatdırmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 4-cü maddəsinə görə bu Məcəllənin 2-ci maddəsində göstərilən ailə üzvləri arasında ailə qanunvericiliyi ilə tənzimlənməyən əmlak və şəxsi qeyri-əmlak münasibətlərinə mülki qanunvericiliyin ailə münasibətlərinin mahiyyətinə zidd olmayan normaları tətbiq edilir. Ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və (və ya) mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir (Ailə Məcəlləsinin 5-ci maddəsi). Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. “X2” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, hazırda İddiaçı ödənilən 170 manat məbləğində aliment uşağın saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşağların mənafeyini, tərəflərin diqqətəlayiq maraqlarını və maddi vəziyyətlərini nəzərə alaraq hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(060)-2447/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh İddiaçı xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment və mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pul tutulmalı, ilkin iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə hesab edir ki, aliment məbləğinin azaldılması tərəflərin birgə nikahından olan uşağın təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyindən ilkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı Şakı̇ r qızına qarşı alimentin miqdarının dəyişdirilməsi və ya azaldılması tələbinə dair qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, artırılmış məbləğdə aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyndən hansının yanında qalması və uşaqlar üçün valideyndən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin məbləği dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinin tələblərinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(060)-2447/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment və mediasiya xərcinin əvəzi olaraq 50 manat məbləğində pul tutulsun. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin miqdarının dəyişdirilməsi və ya azaldılması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3017/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3017/2022
06.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver