Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3021/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, rəsmi nikahlarından anadan olmuş 03 mart 2012-ci il təvəllüdlü X7 və 07 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şabran Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 2(031)- 263/2020 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment məbləğinin artırılaraq, hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin, 07 sentyabr 2013-cü il təvəllüdlü X4 müalicəsi üçün hər ay 50 (əlli) manat məbləğində əlavə pulun və mediasiya xərcinin əvəzi olaraq 25 (iyirmi beş) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, rəsmi nikahlarından anadan olmuş 03 mart 2012-ci il təvəllüdlü X7 və 07 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şabran Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 2(031)- 263/2020 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment məbləğinin artırılaraq, hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin, 07 sentyabr 2013-cü il təvəllüdlü X4 müalicəsi üçün hər ay 50 (əlli) manat məbləğində əlavə pulun və mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia ərizəsini müdafiə edərək göstərdi ki, o, Cavabdeh ilə 01 dekabr 2011-ci ildə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından 03 mart 2012-ci il təvəllüdlü X11 və 07 sentyabr 2013-cü il təvəllüdlü X9 anadan olmuşdur. Şabran Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 2(031 )-263/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, aralarında bağlanmış nikahlarına xitam verilmiş, rəsmi nikahlarından anadan olmuş 03 mart 2012-ci il təvəllüdlü X7 və 07 sentyabr 2013-cü il təvəllüdlü X4 nikah pozulduqdan sonra onun yanında saxlanması, 03 mart 2012-ci il təvəllüdlü X7 və 07 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment təyin edilmişdir. Hər iki övladının tələbatları günügündən artır. Beləki, qızı 07 sentyabr 2013-cü il təvəllüdlü X4 1 gözü cəmi 6% görür. Hər 2 aydan bir onun gözünü müalicə etdirir. Onların məktəb ləvazimatlarını, yeyib-içmək və digər xərclərini ödəyə bilmir. Səhhəti ilə əlaqədar olaraq işləyə bilmir. Şəxsi mənzilinin olmaması səbəbindən övladları ilə birlikdə kirayədə valideynlərinin himayəsində yaşayır. Hal-hazırda uşaqlar üçün minimum dolanışıq xərci Azərbaycan Respublikasında 193 (yüz doxsan üç) manat müəyyən edilmişdir. Hesab edir ki, rəsmi nikahlarından anadan olmuş 03 mart 2012-ci il təvəllüdlü X7 və 07 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şabran rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 2(031)-263/2020 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin, 07 sentyabr 2013-cü il təvəllüdlü X4 müalicəsi üçün hər ay 50 (əlli) manat məbləğində əlavə pulun və mediasiya xərcinin əvəzi olaraq 50 (iyirini beş) manatın Cavabdeh tutularaq ona ödənilməlidir. Göstərilənləri nəzər alaraq, rəsmi nikahlarından anadan olmuş 03 mart 2012-ci il təvəllüdlü X7 və 07 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün Şabran Rayon Məhkəməsinin 15 may 2020-ci il tarixli, 2(031)- 263/2020 saylı qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 120 (yüz iyirmi) manat, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment məbləğinin artırılaraq, hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin, 07 sentyabr 2013-cü il təvəllüdlü X4 müalicəsi üçün hər ay 50 (əlli) manat məbləğində əlavə pulun və mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manatın Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, o, alimentin artırılmasına etiraz edir. Belə ki, hazırda kəsilən alimenti çox çətinliklə ödəyir. Belə ki, Şabran rayon Təhsil Şöbəsində işləyir və aylıq maaşı 312 manatdır. Onun aylıq maaşı tələb olunan alimentdən azdır. O, hazırda kəsilən alimentdən yəni 240 manatdan artıq aliment ödəyə bilmir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin olunmalıdır. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2(031)-263/2020 saylı, 15.05.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında 01.12.2011-ci il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 348 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra 03 mart 2012-ci il təvəllüdlü X11 və 07 sentyabr 2013-cü il təvəllüdlü X2 Cəmilə Azər qızının yanında qalması, Cavabdeh 04 fevral 2020-ci il tarixdən başlayaraq 03 mart 2012-ci il təvəllüdlü X7 və 07 sentyabr 2013cü il təvəllüdlü X1 məqsədi ilə hər uşaq üçün ayda 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ № 365968 saylı, 28.07.2021-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah 28.07.2021-ci il tarixdə Şabran rayon qeydiyyat şöbəsində pozulmuşdur. İş materiallarında olan AZ-İİ №850881 saylı, 03.04.2012-ci il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 03.03.2012-ci il tarixdə Siyəzən rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 191 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİİ №194416 saylı, 25.10.2013-cü il tarixli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X9 07.09.2013-cü il tarixdə Siyəzən rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 699 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan şəxs haqqında məlumatdan görünür ki, Cavabdeh Şabran Rayon Təhsil Şöbəsində mütəxəssis vəzifəsində çalışır və aylıq əmək haqqısı 312 manat təşkil edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 29.03.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı 5 saylı Mediasiya Təşkilatının mediatoru X6 29.03.2022-ci il tarixində təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikası Konstitusiyasına əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Maddə 17, İİ hissə). Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur (Maddə 34). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasında 2022-ci il üçün “X10” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən iddiaçının aliment tələbi ilə bağlı ödəməkdən azad olduğu dövlət rüsumu Mülki-Prosessual Məcəllənin 112.1.3 və 119.2 maddələrinə uyğun olaraq cavabdehdən tutulmalı və dövlət nəfinə keçirilməlidir. Hazırki halda tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan 03 mart 2012-ci il təvəllüdlü X11 və 07 sentyabr 2013-cü il təvəllüdlü X4 yaşlarını, qida və digər zəruri xərclərə tələbatını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşaqları saxlamağa borclu olduqlarını nəzərə alaraq məhkəmə hesab edir ki, azyaşlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi barədə iddiaçının tələbi qismən təmin edilməklə, Şabran Rayon Məhkəməsinin 2(031)-263/2020 saylı iş üzrə qəbul etdiyi 15 may 2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 03 mart 2012-ci il təvəllüdlü X7 və 07 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin 07 sentyabr 2013-cü il təvəllüdlü X4 müalicəsi üçün hər ay 50 (əlli) manat məbləğində əlavə pulun tutulması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad, sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad—uşaq 18 yaşına çatana qədər, 18 yaşından yuxarı İ qrup əlil ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Hər iki normanın məzmunundan göründüyü kimi ərin (arvadın) özünün saxlanılmasına görə alimentin tutulması üçün qarşı tərəfin zəruri vəsaitə malik olması əsas şərt kimi göstərilmişdir. Lakin, İddiaçı Cavabdeh zəruri vəsaitə malik olmasını təsdiq edən hər hansı bir sübutu təqdim etməmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/16 N-li Qərarında göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin 2(031)-263/2020 saylı, 18 may 2020-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 03 mart 2012-ci il təvəllüdlü X7 və 07 sentyabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. İş üzrə mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Dəyişdirilən aliment məbləğinin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3021/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3021/2022
16.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver