Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3028/2022 22.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X6 İddiaçı, nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada avtomobilin alınması üçün ödədiyi 4000 manat və təmiri üçün xərclədiyi 1200 manat pulun alınıb ona verilməsi, həmçinin tərəfindən ödənilmiş 70 manat 40 qəpik məbləğində dövlət rüsumunu da cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, İddiaçı maşın alqısatqısı ilə məşğuldur. 2021-ci ilin fevral ayının 23-də Cavabdeh2 4000 manata VAZ 21099 markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Avtomobil nasaz olduğundan 1200 manat xərc çəkib maşını təmir etdirmişdir. Sonradan həmin avtomobili təcili şəkildə pul lazım olduğundan 5100 manata X2. Bundan sonra xx.xx.2021-ci il tarixdə notariat kontorunda onun adına etibarnamə vermişdir. Sonradan ona məlum olmuşdur ki, maşının mülkiyyətçisi Cavabdeh1 etibarnaməni ləğv etdirib. Etibarnamənin ləğv olunmasından onun xəbəri və təqsiri yoxdur. Daha sonra X16 ona və Cavabdeh1 qarşı alqı-satqı faktının baş tutması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, eyni zamanda Cavabdeh1 də ona qarşı avtomobil tələbinə dair qarşılıqlı iddia tələbi ilə müraciət etmişdir. İlkin iddia təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, avtomobilin X7 alınaraq Cavabdeh1 verilməsi qət edilmişdir. Bundan sonra X16 ona qarşı pul tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ondan 5100 manat məbləğində pul tutularaq X11 verilməsi qət edilmişdir. Hazırda onun X3 avtomobil Cavabdeh1dır və ondan X10 xeyrinə 5100 manat pulun alınıb verilməsi qət olunmuşdur. O, hazırda 5200 manat ziyana düşmüşdür. Belə ki, qeyd etdiyi kimi o, maşını Cavabdeh2 4000 manata almış və maşının təmirinə 1200 manat pul ödəmişdir. Ona görə də hesab edir ki, avtomobilin alınması üçün ödədiyi 4000 manat və təmiri üçün xərclədiyi 1200 manat pul cavabdehdən alınıb ona verilməlidir. Həmçinin tərəfindən dövlət rüsumu kimi ödədiyi 70 manat 40 qəpik məbləğində pul da cavabdehlərə aid olunmalıdır. Göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada avtomobilin alınması üçün ödədiyi 4000 manat və təmiri üçün xərclədiyi 1200 manat pulun alınıb ona verilməsi, həmçinin tərəfindən ödənilmiş 70 manat 40 qəpik məbləğində dövlət rüsumunu da cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərdi ki, avtomobili aldıqdan sonra maddi imkanında yaranmış çətinliyə görə beş gündən sonra satmışdır. O, ümumiyyətlə maşının mülkiyyətçisini tanımır. Həmin maşını maşın bazarından Arzuman adlı şəxsdən almışdır. İddiaçı maşını alanda ustaya yoxlatdırıb almışdır. Həmin zaman maşında heç bir cərimə və həbsi olmamışdır. Maşını iddiaçıya 4000 manata satmışdır. O, maşını Arzuman adlı şəxsdən baş etibarnamə əsasında almış və iddiaçıyada baş etibarnamə ilə satmışdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X12 bildirdi ki, o, ustadır rəngsaz işi ilə məşğul olur. O, Nemanı tanıyır. Belə ki, Nemana məxsus “VAZ 21099” markalı avtomobildə rəngsaz işləri görmüşdür. Avtomobil onun yanına gətiriləndə maşın üzərində dəmirçi işləri görülmüşdür. O, avtomobildə gördüyü işə görə Nemandan 300 manat məbləğində pul almışdır. Nemanın avtomobili kimdən və hansı qiymətə alması barədə məlumatı yoxdur. Məhkəmədə şahid X17 bildirdi ki, O, Orxanı tanıyır. Orxan maşını iddiaçıya satanda orda olmuşdur. Maşın 4000 manata Neman adlı şəxsə satılmışdır. Maşın satılan vaxt maşının dəmirçi və rəngsaz işinə ehtiyac olduğu iddiaçıya deyilmiş və onun bundan məlumatı olmuşdur. İddiaçıda maşını onlardan baş etibarnamə ilə almış və təmir işlərin gördürüb sonradan satmışdır. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2, şahidlər X12 və X13 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3675/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilməsi, cavabdeh İddiaçı Fərzəli oğlundan iddiaçı X10 xeyrinə 5100 (beş min yüz) manat, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 50 (əlli) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh İddiaçı Fərzəli oğlunun apellyasiya şikayəti təmin edilməyərək Sumqayıt Şəhər Məhkəməsinin 14 sentyabr 2021ci il tarixli, 2(060)-5459/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Pretenziyalardan görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 avtomobilin alınması üçün ödədiyi 4000 manat və təmiri üçün xərclədiyi 1200 manat pulun ona ödənilməsini xahiş etmiş, əks halda pul tələbinə dair iddiası ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edəcəyi barədə məlumat vermişdir. İş materiallarında olan “Nəqliyyat vasitələrnə Sərəncam verilməsi haqqında” etibarnamə”nin surətindən görünür ki, X1 Elməddin Əlsəddin oğlunun adından çıxış edərək “Vaz 21099” minik markalı, ** VG *** qeydiyyat nömrəli avtomaşını 11 ay 30 gün müddətinə baş etibarnamə əsasında Cavabdeh2 etibar etmişdir. İş materiallarında olan “Nəqliyyat vasitələrnə Sərəncam verilməsi haqqında” etibarnamə”nin surətindən görünür ki, Cavabdeh2 Cavabdeh1 adından çıxış edərək “Vaz 21099” minik markalı, ** VG *** qeydiyyat nömrəli avtomaşını 11 ay 25 gün müddətinə baş etibarnamə əsasında İddiaçı etibar etmişdir. “İnsan Hüquqları və X9 Haqqında Konvensiya”nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1 və 135.2-ci maddəsinin tələblərinə görə pul da əmlak hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsi nə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan qanunvericilik normalardan çıxış edərək məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə üzrə Cavabdeh2 varlanmış şəxs, İddiaçı isə məhrum olandır. Cavabdeh2 varlanmasına haqqı qazandıran əsas və ya müqavilə olmadığı üçün o, əldə etdiyini İddiaçı qaytarmalıdır. Məhkəmə iddia tələbini Cavabdeh2 Rzivan oğluna qarşı qismən yəni avtomaşının dəyəri kimi ödənilmiş 4000 manat hissəsində təmin, digər təmir bərpa xərcinə görə tələb etdiyi 1200 manat hissəsində rədd edir. Belə ki, iddiaçı cavabdehdən avtomaşını alan zaman təmir-bərpa xərclərindən məlumatlı olmuşdur. Məhkəmə digər Cavabdeh1 qarşı iddia tələbini təmin etmir. Belə ki, işin mübahisəsiz hallarına görə 4000 manat məbləğində pul şəxsən İddiaçı tərəfindən Cavabdeh2 verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı tələb olunan pul məbləğinə dair Cavabdeh1 qarşı hər hansı mübahisə ilə məhkəməyə müraciət etməsi əsassızdır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh2 4000 (dörd min) manat və iş üzrə ödənilmiş 70 (yetmiş) manat 40 (qırx) qəpik məbləğində pulun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 4000 (dörd min) manat və iş üzrə ödənilmiş 70 (yetmiş) manat 40 (qırx) qəpik məbləğində pulun alınaraq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 qarşı hissədə təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3028/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3028/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver