Məhkəmə qərarları › İş №2(060)-306/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-306/2021

06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-306/2021 06.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X5 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 və cavabdeh X8 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X15, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y YƏ N E T D İ : İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər X15, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 20 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 317 (üç yüz on yeddi) ABŞ dolları 31 (otuz bir) sent əsas borc, 1190 (bir min yüz doxsan) ABŞ dolları 90 (doxsan) sent faiz və 37 (otuz yeddi) ABŞ dolları, 03 (üç) sent cərimə və kredit müqaviləsi üzrə 20 avqust 2019-cu il tarixdən, 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz hesablanmış 15 (on beş) ABŞ dolları 85 (səksən beş) sent məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1561 (bir min beş yüz altmış bir) ABŞ dolları 09 (doqquz) sent borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X9 iddianı müdafiə edərək bildirdi ki, X15 20 may 2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASCdən illik 25 faizlə 18 ay müddətinə 3300 ABŞ dolları kredit götürmüşdür. 23.08.2016-cı il tarixli Əlavə Sazişə əsasən kreditin qalıq müddəti 20.08.2019-cu il tarixədək uzadılmışdır. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 20.05.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 14.05.2020-dək X8 banka 20.05.2015-ci il tarixli kredit müqaviləsi üzrə 317,31 ABŞ dolları əsas borc, 1190,9 ABŞ dolları faiz borcu, 37,03 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 20 avqust 2019-cu il tarixdən, 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 15.85 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 1561,09 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənləri nəzərə alaraq, cavabdehlər X15, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 20 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə 317 (üç yüz on yeddi) ABŞ dolları 31 (otuz bir) sent əsas borc, 1190 (bir min yüz doxsan) ABŞ dolları 90 (doxsan) sent faiz və 37 (otuz yeddi) ABŞ dolları, 03 (üç) sent cərimə və kredit müqaviləsi üzrə 20 avqust 2019-cu il tarixdən, 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz hesablanmış 15 (on beş) ABŞ dolları 85 (səksən beş) sent məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1561 (bir min beş yüz altmış bir) ABŞ dolları 09 (doqquz) sent borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh X15 iddia tələbini qəbul etməyərək göstərdi ki, onun ilə "xxxx" İKB ASC arasında 20.05.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən ona illik 25 faiz olmaqla 18 ay müddətinə 3300 ABŞ dolları məbləğində kredit verilmişdir. O, banka olan kredit borcunu tam ödəmişdir. Onun banka heç bir borcu yoxdur. Bu səbəbdən iddia tələbini əsassız hesab edir və təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və cavabdeh X12 dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" İKB ASC ilə cavabdeh X15 arasında bağlanmış 20.05.2015-ci il tarixli, № 4-M-4-0-207-15 saylı “Kredit Müqaviləsin”dən görünür ki, Bank tərəfindən X13 "xxxx" İKB ASC-dən illik 25 faizlə 18 ay müddətinə 3300 ABŞ dolları kredit götürmüşdür. İş materiallarında olan 20 may 2015-ci il tarixdə bağlanmış № 4-M-4-0-207-15 saylı Zaminlik müqaviləsindən görünür ki, 20.05.2015-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdeh (zamin) Cavabdeh3 ilə "xxxx" İKB ASC-nin “Sumqayıt” filialı arasında 20 may 2015-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə zamin kreditor qarşısında borcalan tərəfindən 20 may 2015-ci il tarixli 4-M-4-0-207-15 saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. İş materiallarında olan 20 may 2015-ci il tarixdə bağlanmış № 4-M-4-0-207-15 saylı Zaminlik müqaviləsindən görünür ki, 20.05.2015-ci il tarixli kredit müqaviləsinə əsasən öhdəliyin icrasının əsas təminatı kimi cavabdeh (zamin) Cavabdeh2 ilə "xxxx" İKB ASC-nin “Sumqayıt” filialı arasında 20 may 2015-ci il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə görə zamin kreditor qarşısında borcalan tərəfindən 20 may 2015-ci il tarixli 4-M-4-0-207-15 saylı kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə borcalanla eyni dərəcədə cavabdehlik daşıyır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13.07.2021-ci il tarixli, № 9/3844 saylı rəyindən görünür ki, 20.05.2015-ci il tarixli, 4-M-4-0-207-15 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X10 İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 277,33 ABŞ dolları, faiz üzrə 1275,17 ABŞ dolları təşkil edir. İşdə olan Kreditlərin Bərpası Departamentinin İnformasiya Sistemləri və dəstək şöbəsinin 06.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh X8 İddiaçı ASC-yə 1190,56 ABŞ dolları faiz və 37,03 ABŞ dolları cərimə borcu, 21,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, ümumilikdə cəmi 1248,94ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 25.06.2020-ci il tarixli arayışından görünür ki, X3 rayonu, Çayrud kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 25.06.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 51, mənzil 45-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 25.06.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 Lerik rayonu, Çayrud kəndində qeydiyyatdadır. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən etdi ki, iddiaçı "xxxx" İKB ASC ilə cavabdeh X2 arasında bağlanmış 20.05.2015-ci il tarixli, 4-M-4- 0-207-15 nömrəli “Kredit müqavilə”si üzrə götürülmüş pula dair razılaşma mahiyyət etibarilə borc (kredit) müqaviləsidir. Borclu götürdüyü kredit borcunu, faiz dərəcələri ilə birlikdə 18 ay müddətinə ödənilməyi öhdəsinə götürmüşdür, lakin lazımi qaydada ödəməni həyata keçirməmişdir və nəticədə kreditora borcu yaranmışdır. Buna görə də kreditorun borcun əsas hissəsinin, ona hesablanmış cərimə borclarının tələb edilməsi tam əsaslıdır və buna görədə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci madəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə iddia tələbini qismən təmin edir. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdeh X8 İddiaçı ASC-yə 1190,56 ABŞ dolları faiz və 37,03 ABŞ dolları cərimə borcu, 21,35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla olmaqla, ümumilikdə cəmi 1248,94ABŞ dolları məbləğində borcu vardır. Məhkəmə iddia tələbini həmin hissədə təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 124.1. maddəsinə görə, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərcinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyərləri 145 (bir yüz qırx beş) manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 145 (bir yüz qırx beş) manat cavabdehlər X15, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. “Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24.11.2005-ci il tarixli qərarı”na əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehlər X15, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1190 (bir min yüz doxsan) ABŞ dolları 56 (əlli altı) sent faiz və 37 (otuz yeddi) ABŞ dolları, 03 (üç) sent cərimə və kredit müqaviləsi üzrə 20 avqust 2019-cu il tarixdən, 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz hesablanmış 21 (iyirmi bir) ABŞ dolları 35 (otuz beş) sent məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1248 (bir min iki yüz qırx səkkiz) ABŞ dolları 94 (doxsan dörd) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏ T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər X15, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1190 (bir min yüz doxsan) ABŞ dolları 56 (əlli altı) sent faiz və 37 (otuz yeddi) ABŞ dolları, 03 (üç) sent cərimə və kredit müqaviləsi üzrə 20 avqust 2019-cu il tarixdən, 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz hesablanmış 21 (iyirmi bir) ABŞ dolları 35 (otuz beş) sent məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 1248 (bir min iki yüz qırx səkkiz) ABŞ dolları 94 (doxsan dörd) sent məbləğində borcun ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyərləri 145 (bir yüz qırx beş) manat cavabdehlər X15, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar