Məhkəmə qərarları › İş №2(060)-3073/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3073/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3073/2021 28.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.12.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1526 (bir min beş yüz iyirmi altı) manat 85 (səksən beş) qəpik məbləğində kredit borcu, 16 (on altı) manat 91 (doxsan bir) qəpik məbləğində faiz borcu və 547 (beş yüz qırx yeddi) manat 98 (doxsan səkkiz) qəpik məbləğində cərimə olmaqla ümumilikdə, cəmi 2091 (iki min doxsan bir) manat 74 (yetmiş dörd) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun məcburi tutulması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. Məhkəmədə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 26.12.2019cu il tarixdə bağladığı 003A********** saylı kredit müqaviləsi əsasında illik faiz dərəcəsi 1% olmaqla, 60 ay (altmış) ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı hissə-hissə qaytarmaq şərti ilə 1526,85 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 03.02.2020-ci il tarxdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh borcundan ödəniş etməmiş və onun iddiaçıya 1526,85 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 28.01.2021-ci il tarixə 360 gün üçün hesablanmış faiz borcu 16,91 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 28.01.2021-ci il tarixə 360 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 547,98 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, 26.12.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 1526 (bir min beş yüz iyirmi altı) manat 85 (səksən beş) qəpik məbləğində kredit borcu, 16 (on altı) manat 91 (doxsan bir) qəpik məbləğində faiz borcu və 547 (beş yüz qırx yeddi) manat 98 (doxsan səkkiz) qəpik məbləğində cərimə olmaqla ümumilikdə, cəmi 2091 (iki min doxsan bir) manat 74 (yetmiş dörd) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun məcburi tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə onun arasında 26 dekabr 2019-cu il tarixində kredit müqaviləsinə əsasən, ona 60 ay müddətinə 1526,85 manat məbləğində kredit verilmişdir. Son zamanlar maddi imkanında olan çətinliklər ödəniş etməyində çətinliklər yaratmışdır. Həmçinin tələb olunan borc məbləği həddin artıq çox şişirdilmiş və faiz borcu çox göstərilmişdir. Əlavə olaraq, iddia tələbi üzrə cərimə borcunu qəbul etmir. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh izahatlarını dinləyib, işin materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan 26 dekabr 2019-cu il tarixli 003A********** №li Kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh aylıq 1% olmaqla 60 ay müddətinə 1526,85 manat məbləğində istehlak krediti verilmişdir. Kredit müaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş 16.02.2021-ci il tarixli 01 №li maliyyə arayışından görünür ki, borclu Cavabdeh 26.12.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsi üzrə 28.01.2021-ci il tarixinə 1526 (bir min beş yüz iyirmi altı) manat 85 (səksən beş) qəpik məbləğində kredit borcu, 16 (on altı) manat 91 (doxsan bir) qəpik məbləğində faiz borcu və 547 (beş yüz qırx yeddi) manat 98 (doxsan səkkiz) qəpik məbləğində cərimə olmaqla ümumilikdə, cəmi 2091 (iki min doxsan bir) manat 74 (yetmiş dörd) qəpik məbləğində borc təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 28.01.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 32, mənzil 50-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçının cavabdehlərdən faizlərin tutulması tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Məhkəmədə iddiaçının nümayəndəsi öz iddia tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə qismən sübuta yetirdi. Məhkəmə həmin sübutları qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitələri ilə əldə edilmiş hesab edir və qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 26.12.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsi üzrə 547,98 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 55 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri və cavabdehin əmlak mənafeyini nəzərə alaraq, məhkəmə Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış 26.12.2019-cu il tarixli 003A********** saylı kredit müqaviləsinə xitam verilməli, Cavabdeh 1526 (bir min beş yüz iyirmi altı) manat 85 (səksən beş) qəpik məbləğində kredit borcu, 16 (on altı) manat 91 (doxsan bir) qəpik məbləğində faiz borcu və 55 (əlli beş) manat məbləğində cərimə olmaqla ümumilikdə, cəmi 1598 (bir min beş yüz doxsan səkkiz) manat 76 (yetmiş altı) qəpik məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 467,470, 472 739–cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış 26.12.2019cu il tarixli 003A********** saylı kredit müqaviləsinə xitam verilsin. Cavabdeh 1526 (bir min beş yüz iyirmi altı) manat 85 (səksən beş) qəpik məbləğində kredit borcu, 16 (on altı) manat 91 (doxsan bir) qəpik məbləğində faiz borcu və 55 (əlli beş) manat məbləğində cərimə olmaqla ümumilikdə, cəmi 1598 (bir min beş yüz doxsan səkkiz) manat 76 (yetmiş altı) qəpik məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar