Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3077/2021 01.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli, 003L**********50 saylı uzunmüddətli kredit müqaviləsinə və xx.xx.2019-cu il tarixli, 003R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlərdən müştərək qaydada 1443,96 manat əsas borc, 19,68 manat faiz borcu və 664,32 manat cərimə olmaqla, cəmi 2127,96 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Müəyyən olunmuşdur ki, iddia ərizəsi iddiaçının nümayəndəsi Mirağa Ağamirov tərəfindən imzalanmışdır. Həmin şəxsə iddiaçının İdarə Heyətinin sədrinin 1-ci müavini Evgenia Gashikulina tərəfindən etibarnamə verilmişdir. Lakin həmin səlahiyyətlərin hüquqi şəxsin rəhbəri tərəfindən Evgenia Gashikulinaya verilməsi barədə iş materiallarında hər hansı bir sənəd mövcud deyildir. Yəni, iddia ərizəsi məhkəməyə verilərkən onu imzalayan şəxsin iddia ərizəsini imzalamaq səlahiyyəti olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (149.1.). İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.2.). Məhkəmə hesab edir ki, iddia ərizəsi onu imzalamaq səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı üçün ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-3077/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3077/2021
01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver