Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3081/2021 12.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin artırılması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin artırılması tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1425/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancının ¼ hissəsi miqdarında aliment məbləğini və 50 manat məbləğində maddi yardımın miqdarını dəyişdirərək Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanıması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşı tamam olana kimi 100 manat məbləğində maddi yardımın tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı Cavabdeh ilə xx.xx.2017-cil tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X7 adli bir övladları olmuşdur. Nikahlarının ilk vaxtlarında tərəflərin münasibətləri normal olsa da, sonradan aralarında yaranan mübahisələrdən sonra münasibətləri pisləşmiş və cavabdeh iddiaçını 2019-cu ilin may ayından onu 4 aylıq hamilə vəziyyətdə atasıgilə qoyaraq çıxıb getmişdir. Uzun müddət ayrı yaşadıqdan sonra iddiaçı nikahın pozulması iddiası ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt şəhət Məhkəməsinin 2(060)-1425/2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, xx.xx.2019-cu il təvəllüdlü X3 iddiaçının himayəsinə verilməsi və qızlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının ¼ hissəsi miqdarında alimentin və uşağın 3 yaşı tamam olana qədər hər ay 50 manat məbləğində maddi yardımın tutulması qət edilmişdir. Qətnamə qət edilən gündən aliment cavabdehin əmək haqqısına yönləndirilmiş, cavabdeh iddiaçıya ay ərzində stabil olaraq aliment ödəmir. Hər ay dəyişkən miqdarda 80-130 manat arası aliment ödəyir. Uşaqları azyaşlıdır, günü-gündən böyüyür, ehtiyac və tələbatları artır. İddiaçı təkbaşına bunu qarşılaya bilmir. Qeyd edir ki, məhkəmə qətnamələri ilə müəyyən olmuş aliment miqdarı da bu günki iqtisadi münasibətlərlə uyğun gəlmir. Ödənilən alimenti məbləği uşağın saxlanılması üçün bəs etmir. İddiaçı heç bir yerdə işləmir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsəsən bir uşağın minimum yaşayış məbləği 175 manat təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək göstərdi ki, o, alimenti həmişə vaxtı-vaxtında ödəmişdir. Hal-hazırda o, əvvəlki işlədiyi yerdə işləyir və onun qazancında dəyişiklik olmamışdır. Hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1425/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə X6 arasında olan Sumqayıt “ASAN xidmət“ mərkəzi qeydiyyat şöbəsində xx xxxxxxxx 2017-ci il tarixdə bağlanmış və 2493 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmamış xx.xx.2019-cu il təvəllüdlü X3 anası X2 himayəsində qalması, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanıması üçün hər ay aylıq qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin və xx.xx.2019-cu il təvəllüdlü X3 3 yaşı tamam olana qədər hər ay 50 (əlli) manat məbləğində maddi yardımın xx.xx.2020-ci il tarixdən başlayaraq tutulub ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İşin araşdırılan halları və iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1425/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra cavabdehin maddi vəziyyətində dəyişiklik olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş İR-74/21 saylı, xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən xx.xx.2017-ci il tarixdən “xxxx” MMC-nin X4 qəssab vəzifəsində çalışır və aylıq əmək haqqı 315 manat təşkil edir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-1425/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə aliment tutularkən də, Cavabdeh “xxxx” MMC-nin X4 qəssab vəzifəsində çalışmış və aylıq əmək haqqı 315 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin artırılması tələbinə” dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin artırılması tələbinə” dair iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-3081/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3081/2021
12.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver