Məhkəmə qərarları › İş №2(060)-31/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-31/2025

08.09.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-31/2025 08.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X30 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi) «torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi məqsədilə yol verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi məqsədilə yol verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xüsusi mülkiyət hüququ əsasında ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahədən və evə daxil olmaq üçün istifadə olunan yoldan istifadəsinə,həmçinin yarımçəkilmiş hasarın dəmir qapıyadək uzadılaraq ayrıca qapı qoyulmasına yaradılmış bütün maneələrin cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya xüsusi mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahədən evə daxil olmaq üçün istifadə olunan yoldan istifadəsini qanunsuz olaraq məhdudlaşdırmışdır. Belə ki, iddiaçı 2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamış və həmin alqı-satqı müqaviləsinə əsasən 30.000 manat ödəməklə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır.Alqı-satqı müqaviləsi notariat ofisində rəsmiləşdirilmişdir.Bundan sonra iddiaçı həmin müqaviləyə əsasən ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsinə müraciət etmiş və 15.08.202-ci il tarixdə xsusi mülkiyyət hüququnu təsdiq edən çıxarışı və texniki pasportu əldə etmişdir. İddiaçının aldığı fərdi yaşayış evinin yerləşdiyi həyətdə daha iki fərdi yaşayış evi vardır.Lakin yaşadığı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur.Qonşuluqa yerləşən evlər isə qanunsuz tikililərdir və torpaq sahəsi qanunsuz zəbt olunmuşdur.Həyətə giriş üçün eyni dəmir qapıdan istifadə olunur.Həyətə daxil olduqdan sonra düz istiqamətdə irəlilədikdə iddiaçıya məxsus fərdi yaşayış evi, sağ tərəfdə isə qonşuluqda yerləşən yaşayış evləri yerləşmişdir.İddiaçı fərdi yaşayış evini aldıqdan sonra hər kəsin istifadə etdiyi yoldan və giriş qapısından istifadə edərək evinə daxil olmuşdur.Təqribən 1 ilə yaxın maneəsiz və mübahisəsiz bu yoldan istifadə etmişdir.Lakin son altı ay olar ki,eyni həyətdə qonşuluqda yaşayan Cavabdeh iddiaçıya və ailə üzvlərinə həmin yoldan istifadə etməməyi barədə xəbərdarlıq etmişdir.İddiaçı isə ona evinə getmək üçün başqa yol olmadığını,həyətyanı sahənin həmin hissəsindən istifadə nəticəsində ona hər hanı bir zərər dəymədiyini və cavabdehin iddiaçıya mane olması üçün hər hansı bir hüquqi əsas olmadığını (yəni həmin həyətyanı sahənin və fərdi yaşayış evinin cavabdehə məxsus olması barədə hüquqmüəyyənedici sənədlərin olmaması) bildirmişdir.Bütün bunlara baxmayaraq Cavabdeh artıq dəfələrlə iddiaçıya və yoldaşına mübahisələr yaratmış, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinə bununla bağlı müraciət etmişdir və aralarındakı mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir.Hal-hazırda Cavabdeh həyətə giriş qapısından və yoldan istifadə etməyi üçün süni maneələr yaratmışdır.Xüsusi mülkyyət hüququnu təsdiq edən çıxarış hal-hazırda da qüvvədədir,xüsusi mülkiyyətindən istifadəsinə hər hansı müdaxilə qanunsuz hesab edilməklə cavabdehlərə və digər üçüncü şəxslərə qadağan edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Çünki, dəfələrlə cavabdehə bu qanunsuz hərəkətlərini dayandırması üçün müraciət etmələrinə baxmayaraq, həmin yoldan maneəsiz istifadə edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki,münasibətləri yaxşıdır. Salamlar var. Darvaza qoymağa icazə vermir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, qonşu ilə münasibətləri yaxşıdır. Başqa iş yoxdur. Lakin etiraz edir.Arxada qapısı var. 1972-ci ildən gediş-gəlişləri arxadan olmuşdur. Çıxarışı pilləkənə qədərdir. Onun həmin yerə çıxarışı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi lazımi qaydada məlumat verilmişdir.Lakin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələbinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İddiaçı payı xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış və payı torpaq sahəsi ümumi birgə, fərdi yaşayış evinin 102.2 kv.m hissəsidir. X18 payı xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış və payı topraq sahəsi ümumi birgə, fərdi yaşayış evinin 149.4 kv.m hissəsidir.Daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublkasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********86-10301 reyestr nömrəli Texniki pasportundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı torpaq sahəsi ümumi birgə və fərdi yaşayış evinin ümumi sahəsi 102.2 kv.m hissəsi və X22 torpaq sahəsi üzrə ümumi birgə və fərdi yaşayış evinin ümumi sahəsi 149.4.kv.m hissəsi məxsusdur. Daşınmaz Əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/23640 nömrəli arayışdan görünür ki, İddiaçı məxsus 102.2 kv.m hissənin 29 iyul 2022-ci il tarixinə bazar dəyəri 30000 (otuz min) manat təşkil edir. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 313 nömrəli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Corat qəsəbəsi, 406A ünvanında yaşayır. 22 iyun 1992-ci il tarixdən hal-hazırki vaxta kimi yaşayır və qeydiyyatda deyil. Corat Bələdiyyəsi tərəfindən verilən arayışdan görünür ki, Cavabdeh Corat qəsəbəsi, 406 №-li evdə 1992-ci ildən yaşayır və həmin ünvanda yerləşən torpaq sahəsi uzun müddət onun istifadəsindədir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh 22 iyun 1992-ci il tarixindən ünvan 4 ünvanından xx.xx.2022- ci il tarixdən Sumqayıt şəhər Məhkəməsinin qətnaməsinə əsasən qeydiyyatdan çıxarılsada 2 övladı ilə birgə həmin ünvanda qeydiyyatsız yaşayır. xx.xx.2007-ci il tarixli,1252 nömrəli arxiv çıxarışından görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən ümum sahəsi 109.6 kv.m, yaşayış sahəsi 41.4 kv.m olan 406A saylı fərdi yaşayış evi X2 adına qeydiyyata alınmışdır. Qeydiyyat vəsiqəsindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 6 otaqlı yaşayış sahəsi 144.92 kv.m, köməkçi sahəsi 179.39 kv.m-dən ibarət olan 406A nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında 2A-315 nömrəli, xx.xx.1982-ci il tarixli bağışlama əsasında X1 adına qeydə alınmışdır. xx.xx.2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində mülkiyətində olan 0.02385 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 104.62 kv.m yaşayış, 146.96 kv.m kğməkçi sahədən ibarət 406A nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx.xx.2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ünvan 6 ünvanında qeydiyatda olan xx.xx.1991-ci ildə vəfat etmiş X1 vərəsəsi oğlu xx.xx.2005-ci ildə vəfat etmiş X8 ünvan 6 ünvanında yaşayan nəvəsi X23 və X19 miras əmlakdan bərabər hissələrdə irs almışdırlar. xx.xx.2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində mülkiyətində olan 0.02385 ha torpaq sahəsində yerləşən 2-(1) mərtəbəli, 4 otaqlı, 104.62 kv.m yaşayış, 0 kv.m qeyri-yaşayış, 146.96 kv.m köməkçi sahədən ibarət 406A nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə X13 (1/2 hissə), X9 (1/2 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-İ seriyalı ******* nömrəli,xx.xx.2009-cu il tarixli,daşınmaz əmlakın alqı-satqı mqaviləsindən görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan X9 adından çıxış edən ünvan 6 ünvanında qeydiyyatda olan satıcı tərəf kimi X23 və ünvan 7 ünvanında qeydiyyatda olan Qaçaylı Hicran Məzahir qızı alıcı tərəf kimi alqı-satqı müqaviləsi bağlamışdırlar.Satıcılar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş 14/2588 nömrəli arayışa əsasən Sumqayıt şəhəri,Corat qəsəbəsində mülkiyyətində olan 0.02385 ha torpaq sahəsində yerləşən iki mərtəbəli,dörd otaqlı ümumi sahəso-251.58 kv.m,yaşayış sahəsi-104.62 kv.m, köməkçi sahəsi-146.96 kv.m olan 406A saylı fərdi yaşayış evindən köməkçi sahəsi 74.70 kv.m, yaşayış sahələri 35.70 kv.m, 22.62 kv.m olan iki otağını və sahəsi 16.38 kv.m olan mətbəxi alıcının mülkiyyətinə vermişdir. xx.xx.2009-cu il tarixli, MH seriyalı,0034248 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki,Sumqayıt şəhəri, Corat qəsəbəsində mülkiyyətdə olan 0.02385 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı,104.62 kv.m yaşayış, 146.96 kv.m köməkçi sahədən ibarət 406A nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Qaçaylı Hicran Məzahir qızının (yaşayış sahəsi 58.32 kv.m, köməkçi sahəsi 91.08 kv.m olan 2 yaşayış otağı),X13 (0.02385 ha torpaq sahəsinin və yaşayış sahəsi 46.3 kv.m, köməkçi sahəsi 55.88 kv.m olan 2 yaşayış otağının 1/2 hissəsi), X9 (0.02385 ha torpaq sahəsinin və yaşayış sahəsi 46.3 kv.m, köməkçi sahəsi 55.88 kv.m olan 2 yaşayış otağının 1/2 hissəsi) adlarına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə X15 məxsusdur. xx.xx.2010-cu il tarixində qeydə alınaraq X13 payına yaşayış sahəsi 46.3 kv.m, köməkçi sahəsi 55.88 kv.m olan 2 yaşayış otağının ½ hissəsi, xx.xx.2009-cu il tarixdə qeydə alınaraq X9 payına yaşayış sahəsi 46.3 kv.m, köməkçi sahəsi 55.88 kv.m olan 2 yaşayış otağının ½ hissəsi, xx.xx.2009-cu il tarixdə qeydiyyata alınaraq Qaçaylı Hicran Məzahir qızının payına yaşayış sahəsi 58.32 kv.m, köməkçi sahəsi 91.08 kv.m olan 2 yaşayış otağı məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 115 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-İ seriyalı, ******* nömrəli,xx.xx.2011-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan satıcı tərəf kimi X23 və X19, alıcı tərəf X25 arasında müqavilə bağlanmışdır. Satıcılar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş 14/6492 nömrəli arayışa əsasən Sumqayıt şəhəri,Corat qəsəbəsində mülkiyyətində olan 0.02385 ha torpaq sahəsində yerləşən ümumi sahəsi-102.18 kv.m,yaşayış sahəsi-46.3 kv.m, köməkçi sahəsi- 55.88 kv.m olan 406A nömrəli fərdi yaşayış evini və 0.01192 ha torpaq sahəsini alıcının X16 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə X20 məxsusdur. xx.xx.2011-ci il tarixdə qeydiyyata alınaraq X17 payına yaşayış sahəsi 46.3 kv.m, köməkçi sahəsi 55.9 kv.m olan 2 yaşayış otağı, xx.xx.2009-cu il tarixdə qeydiyyata alınaraq Qaçaylı Hicran Məzahir qızının adına yaşayış sahəsi 58.3 kv.m, köməkçi sahəsi 91.1 kv.m olan 2 yaşayış otağı məxusdur. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 6 ünvanında qeydiyyatda olan satıcı tərəf kimi X25 oğlu, alıcı tərəf X14 arasında müqavilə bağlanmışdır. Satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt şəhər Ərazi İdarəsinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 14/3899 nömrəli arayışa əsasən Sumqayıt şəhəri,Corat qəsəbəsi 406A ünvanında yerləşən iki mərtəbəli,iki otaqlı yaşayış sahəsi-46.3 kv.m, köməkçi sahəsi-55.88 kv.m olan fərdi yaşayış evini alıcının X5 mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə X10 məxsusdur.Qaçaylı Hicran Məzahir qızının payına xx.xx.2009-cu il tarixdə qeydiyyata alınmış yaşayış sahəsi 58.32 kv.m, köməkçi sahəsi 91.08 kv.m olan 2 yaşayış otağı, X6 payına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmış yaşayış sahəsi 46.3 kv.m, köməkçi sahəsi 55.9 kv.m olan 2 yaşayış otağı məxsusudur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə Əlili Hicran Məzahir qızına məxsusdur. xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq Əlilli Hicran Məzahir qızının payına yaşayış sahəsi 58.32 kv.m, köməkçi sahəsi 91.08 kv.m olan 2 yaşayış otağı, xx.xx.2012-ci il tarixdə qeydiyyata alınaraq X5 payına yaşayış ahəsi 46.3 kv.m, köməkçi sahəsi 55.9 kv.m olan 2 yaşayış otağı məxsusdur. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 251.6 kv.m fərdi yaşayış evinin paylı mülkiyyət hüququ və ümumi sahəsi 0.0238 ha olan torpaq sahəsinin mülkiyyət hüququnu İddiaçı verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. xx.xx.2022-ci il tarixdə qeydiyyata alınaraq İddiaçı payına torpaq sahəsi ümumi birgə, fərdi yaşayış evinin 102.2 kv.m hissəsi, xx.xx.2021-ci il tarixdə qeydiyyata alınaraq X18 payına torpaq sahəsi ümumi birgə, fərdi yaşayış evinin 149.4 kv.m hissəsi məxsusdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/9174 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3- 31/2-3658/2024 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, torpaq sahəsi 4 tərəfdən mişar daşı ilə hasarlı 2 tərəfi qonşu, 2 tərəfi yoldur.Torpaq sahəsinə baxış keçirilmişdir.Torpaq sahəsində 1 ədəd sənədli fərdi yaşayış evi, 1 ədəd sənədsiz yaşayış evi və tikinti altı sahəsi 30.0 kv.m olan qeyri yaşayış obyekti mövcuddur. Kadastr məlumat bazasına əsasən torpaq sahəsi və fərdi yaşayaış evi xx.xx.2022-ci il tarixində İddiaçı adına **********86-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.Torpaq sahəsi faktiki olaraq 0.06 ha təşkil edir.Sənədli hissə 0.0238 ha, zəbt olunmuş hissə 0.0362 ha-dır. Mübahisəsi gedən ev və yol hissələri ümumilikdə İddiaçı aid zəbt torpaq sahəsində yerləşmişdir. xx.xx.2024-cü il tarixli Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə ( baxış) aktından görünür ki, torpa sahəsinə baxış keçirilmişdir. Torpaq sahəsində 1 ədəd sənədli fərdi yaşayış evi, 1 ədəd sənədsiz yaşayış evi və tikinti altı sahəsi 30.0 kv.m olan qeyri-yaşayış obyekti mövcuddur. Kadastr məlumat bazasına əsasən torpaq sahəsi və fərdi yaşayış evi xx.xx.2022-ci il tarixində İddiaçı adına **********86-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi faktiki olaraq 0.06 ha təşkil edir. Sənədli hissə 0.0238 ha, zəbt olunmuş hissə isə 0.0362 ha-dır. Mübahisəsi gedən yol və ev hissələri ümumilikdə İddiaçı aid torpaq sahəsində yerləşir. 07 iyul 2025-ci il tarixli aktdan görünür ki, ünvan 9 ünvanında yaşayan X11, ünvan 10nda yaşayan X26, ünvan 11aşayan X31, ünvan 12ayan Nəbi Nurbala oğlu, Sumqayıt şəhəri Corat qəsəbəsi ev 406 ünvanında yaşayan X27 təsdiq etmişdirlər ki,həqiqətən Cavabdeh 1992-ci ilin iyun ayında xx.xx.1972-ci il təvəllüdlü həmən ünvanda anadan olmuş X19 (xx.xx.2017-ci il tarixdə vəfat edib, vəfatına kimiailəsi ilə birgə həmən ünvanda yaşayıb) ilə ailə qurduğu üçün ünvan 14əlin gəlmişdir. 1992-ci ilin iyun ayından hal-hazırki vaxta kimi Cavabdeh iki uşağı ilə birgə Corat qəsəbəsi ev 406 a ünvanında sözügedən evdə yaşayır və faktiki torpaq sahəsindən də istifadə edirlər. Az-İ 852185 nömrəli Sumqayıt Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Az-İ 142994 nömrəli Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.2005-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Az-İ 302363 nömrəli Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Az-İİ 361553 nömrəli Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin əsaslı olması məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmışdır. Məhkəmə tərəfindən İddiaçı, Cavabdeh iştirakı ilə keçirilən baxış zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 406 A ünvanında yerləşən torpaq sahəsi 4 tərəfdən mişar daşı ilə hasara alınmışdır. 2 tərəf qonşu, 2 tərəfi yoldur. Torpaq sahəsində 1 ədəd sənədli fərdi yaşayış evi, 1 ədəd sənədsiz yaşayış evi və tikinti altı sahəsi 30.0 kv.m olan qeyri-yaşayış obyekti mövcuddur. Kadastr məlumat bazasına əsasən torpaq sahəsi və fərdi yaşayış evi xx.xx.2022-ci il tarixində İddiaçı adına **********86-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi faktiki olaraq 0.06 ha təşkil edir. Sənədli hissə 0.0238 ha, zəbt olunmuş hissə isə 0.0362 ha-dır. Mübahisəsi gedən yol və ev hissələri ümumilikdə İddiaçı aid torpaq sahəsində yerləşir.Torpaq sahəsinə giriş üçün hal- hazırda maneə aşkar edilmişdir. Belə ki, zəbt olunmuş torpaq sahəsinə giriş-çıxışın təmin edilməsi tələbinə dair iddia irəli sürməklə İddiaçı hüquqlarının pozulmasını, ümumilikdə iddia tələbinin hüquqi əsasının nədən ibarət olmasını əsaslandıra bilmiş, mötəbər sübutları məhkəməyə təqdim etmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirmişdir. Buna görə də, məhkəmə iclasında təqdim olunmuş sübutlar qiymətləndirilərkən məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi əsaslı olmaqla öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 170.1 və 170.2-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2-ci maddəsinə əsasən daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 257.1-ci maddəsinə əsasən servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. 257.2-ci maddəsinə əsasən servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir. Məhkəmə hesab edir ki, İddiaçı ərizəsində qeyd etdiyi hallarla, təqdim etdiyi sübutlar arasında zidiyyət təşkil etmədiyindən iddia tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmışdır. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 4.1-ci və 14.1-ci maddələri). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Məhkəmə qeyd olunanlara əsasən bu nəticəyə gəlir ki, İddiaçı torpaq sahəsinə girişçıxışın təmin edilməsi tələbinə dair iddiası təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır (MPM 217.4, 218.3-cü maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 337, 339-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Xüsusi mülkiyət hüququ əsasında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahədən və evə daxil olmaq üçün istifadə olunan yoldan istifadəsinə,həmçinin yarımçəkilmiş hasarın dəmir qapıyadək uzadılaraq ayrıca qapı qoyulmasına yaradılmış bütün maneələr Cavabdeh qadağan edilsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X12, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar