Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3114/2021 19.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11.03.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********02754 olan HOFFMANN X MAX markalı telefon, Braun markalı ütü və ütü masası almış və nəticədə 171 manat ödənilməmiş hissə, 0 manat cərimə, ümumilikdə 171 manat borc, 20 manat ödənilmiş dövlət rüsumu, cəmi 191 manat Cavabdeh alınaraq «xxxx» MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması üçün 19.05.2021-ci il tarixə təxirə salınmış, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin həmin tarixdə işdə iştirak edən şəxslər üzürsüz səbəbdən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı «xxxx» MMC tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun iddiaçı «xxxx» MMC-nə qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3114/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3114/2021
19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver