Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3119/2024 30.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 18813/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdehdən hər uşaq üçün 117 manat olmaqla, cəmi 351 manat sabit pul məbləğində təyin edilmiş alimentin məbləğinin dəyişdirilərək Cavabdeh 15 iyul 2009-cu il təvəllüdlü X10 və 25 noyabr 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi və çəkilmiş mediasiya xərcinin yarısı olaraq 25 manat məbləğində pulun tutularaq ona verilməsi, həmçinin 3 illik müddət həddində alimentdən boyun qaçırdığına görə, 13000 manat pul məbləğində aliment tutaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 27 dekabr 2002-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan üç övladları - 17 noyabr 2003-cü il tarixli X12, 15 iyul 2009-cu il təvəllüdlü X10 və 25 noyabr 2011-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-18813/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsi ilə aliment tələbi təmin edilərək Cavabdeh hər növ gəlirindən, qazancından ayda hər uşaq üçün 114 manat olmaqla, cəmi 351 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrimə qət etmişdir. 24 noyabr 2016-cı il tarixli icra vərəqəsinə əsasən alimentin əvvəli 31 oktyabr 2016-cı il tarixdən hesablanması qeyd edilmişdir. Lakin cavabdeh qərəzli şəkildə məhkəmə qətnaməsini icra etməmişdir. Heç bir köməklik etmədən, aliment ödəməli olduğu halda ödəməmiş, cavabdeh heç bir məsuliyyətə də cəlb edilməmişdir. Faktiki ailə münasibətləri 2016-cı ildən bitmiş, lakin rəsmi nikah Sumqayıt Şəhər Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Alimenti ona ancaq 2023-cü il oktyabr ayı tarixindən ödənilməyə başlamışdır. O da ki cəmi 170 manat məbləğində ödəniş edirdi. Uzun müddətdir ki, yəni 7 il ərzində bir qəpik də aliment ödənilməyib, heç uşaqlar ilə də maraqlanmamış, heç bir maddi və ya mənəvi köməklik göstərməmişdir. Ancaq o, öz gücünə, aldığı informatika müəllimi maaşı ilə üç uşaq böyütmüşdür. Hal-hazırda isə cavabdeh X3 Dubay şəhərində işləyir və onda olan məlumata görə çox yaxşı gəliri vardır. Həmçinin bildiyinə görə öz ailə üzvlərinə maddi yardım göstərir, lakin təzə alimenti ödəməyə başlayan cavabdeh cəmi 170 manat pul göndərir. O, öz gücü ilə böyük qızını böyüdüb başa çatdırmış və halhazırda onun 21 yaşı vardır. Lakin böyük qızı oxumaq yerinə çalışır ki, balaca uşaqları oxutdursun və onlara normal həyat tərzi yaşatdırsın. Belə ki, iki övladı isə hələ təhsil alır, onların yol xərcləri, hazırlıq kurslarının ödənişləri, geyim və sair xərcləri bu pulla təkbaşına ödəyə bilmir. İstəyir ki, qızı və oğlu yaxşı bal toplayıb universitetə qəbul olunsun və bunun üçün hər ay müəllim yanına hazırlıq kursuna gedirlər və onun maddi imkanı onu istədiyi təhsili verməyə çatmır. Cavabdehin imkanı olduğu halda onlara köməklik etmir. Halbuki övladları qarşısında ikisi də eyni məsuliyyət daşıyırlar. Dövlət də bunu nəzərə alaraq uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumunu dəyişmiş, alimentin məbləğini 2024cü il üçün 235 manat məbləğində müəyyən etmişdir. Atasının isə maddi imkanı olduğu halda heç bir köməklik və ya qayğı göstərmədiyindən məcbur qalıb alimentin məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət edir. Eyni zamanda ona izah edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli və eyni tarixli icra vərəqəsindən görünür ki, 31 oktyabr 2016-cı il tarixindən aliment ödənilməli idi. Lakin faktiki ödənişİər 2023-cü ilin axırında başlamışdır. Ona görə də hesab edir ki, cavabdehin qərəzli şəkildə boyun qaçırması məhkəmə tərəfindən müəyyən edilərək, təkbaşına çəkdiyi əziyyətin ən azı bir qismi qarşılanacaqdır. Qeyd olunan məsələlərin məhkəmədənkar qaydada mediasiya sesiyasında nizama salınması üçün tərəfindən cavabdehə mediasiyaya dəvət məktub göndərilmişdir. 27 mart 2024-cü il tarixdə MŞS/MT030/2024- 00556 saylı arayışa əsasən o və cavabdehin etibarnamə üzrə nümayəndəsi Cavabdeh iştirak etmişdir, lakin razılıq əldə edilməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərc onun tərəfindən ödənilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, bir uşaq üçün 112 manat məbləğində aliment çox azdır. 3 uşağı saxlaya bilmir, xərclərini çatdırmır. Hal-hazırda iki məktəbdə işləyir. Ata-anası da yoxdur, köməyi yoxdur. Alimenti 2023-cü ildən sonra ödəmişdirlər. 20 il müddətinə susmuş, artıq aliment ödənilməsini istəyir. 18 yaşlı qızı işləyir. Xocasəndə oxuyur, gündəlik 5 manata taksi ilə gedib-gəlir. Buna görə də xərcləri çatdırmaq olmur. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi X8 izahatında bildirdi ki, 2023-cü ilin may ayının 1-nə kimi aralarındakı münasibət yaxşı olmuşdur. O zamana kimi bir ailə idilər. Gediş-gəlişləri var idi. İmkan daxilində kömək də etmişdirlər. Həmçinin yaşamaq üçün onlara ev də vermişdir. 2023-cü ilin may ayından 170 manat məbləğində ödəniş etmişdirlər. Yanvar ayında 500 manat məbləğində ödənilmişdir. Oğlu daimi işləmir, Rusiyadadır. Alimentin məbləğinin artırılmalı olduğunu bilir, amma maddi vəziyyət nəzərə alınmalıdır. Oğlu ailə qurmamışdır. Başqa övladı yoxdur. Sonda məhkəmədən iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tədqiq olunan sübutlar:
5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-18813/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsindən görünür ki, Cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X5, 15 iyul 2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər növ gəlirindən, qazancından ayda hər uşaq üçün 117 manat olmaqla, cəmi 351 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 verilməsi, alimentin tutulmasının əvvəlinin 31 oktyabr 2016-cı il tarixdən hesablanması qət edilmişdir.
6. AZE seriyalı, 18350495 saylı və AZE seriyalı 18350496 saylı Azərbaycan Respublikası vətəndaşının şəxiyyət vəsiqələrinin surətlərindən görünür ki, X10 15 iyul 2009-cu il tarixdə, X9 isə 25 noyabr 2011-ci il tarixdə anadan olmuşlar. Uşaqların anası Sevda Osmanova, atası isə Cavabdehdur.
7. AZ-İ 451493 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X11 arasında bağlanmış nikaha 31 oktyabr 2022-ci il tarixində xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 16 mart 2023-cü il tarixdə 174 nömrə ilə qeyd edilmişdir.
8. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. X11 ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.
Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :
78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
12. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
13. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
14. “Uşaq hüquqları haqqında” Konvensiya: 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
15. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2024-cü il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 manat məbləğində müəyyən edilmişdir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
17. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-18813/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdeh xx.xx.2003-cü il təvəllüdlü X5, 15 iyul 2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər növ gəlirindən, qazancından ayda hər uşaq üçün 117 manat olmaqla, cəmi 351 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X6 verilməsi, alimentin tutulmasının əvvəlinin 31 oktyabr 2016-cı il tarixdən hesablanması qət edilmişdir. İddiaçı və cavabdehin övladları X12 yetkinlik yaşına çatmışdır. Digər iki övladları isə yetkinlik yaşına çatmamışdırlar. İddiaçı hazırda həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmasına dair tələblə məhkəməyə müraciət etmişdir.
18. Yuxarıda istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.
19. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir.
20. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. İddiaçının alimentin sabit pul məbləğində tutulmasını nəzərə alaraq məhkəmə alimentin cavabdehin gəlirlərinin müəyyən hissəsi kimi tutulması imkanını araşdırmır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
21. Yuxarıda şərh olunanlara əsaslanaraq məhkəmə iddia tələbini qismən əsaslı hesab edir. Belə ki, o, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş aliment məbləğlərinin uşaqların tələbatlarının çoxalması və ölkədə uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minimumunun artırılmasına əsaslanmaqla tələb etmişdir. Hansı ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-18813/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsi ilə uşaqlara görə tutulan alimentin məbləği müəyyən olunan zaman müvafiq dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür - hazırda isə bu vəziyyət dəyişməklə yaşayış minimumu 2024-cü il üçün artırılaraq 235 manat nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış istehlak qiymətləri, yaşayış minmumunun məbləği tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.
22. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının uşaqların saxlanılması üçün tutulan aliment məbləğinin artırılmasına dair iddiasını qanuni və əsaslı hesab edir. Artırılan alimentin məbləğinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir:
23. Məhkəmə iclasında cavabdehin nümayəndəsi cavabdehin işləmədiyini, maddi vəziyyətinin nəzərə alınmalı olduğunu bildirmişdir.
24. Elektron məhkəmə informasiya sistemində cavabdehin vergi məlumatlarından əldə edilmiş məlumata əsasən cavabdehin fərdi sahibkarlıq fəaliyyətini həyata keçirdiyi müəyyən edilmiş və fəaliyyətinin əsas istiqaməti kimi “Avtomatlar tərəfindən satış” göstərilmişdir.
25. Bundan başqa məhkəmə qeyd edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir.
26. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar.
27. Beləliklə, məhkəmə hər iki tərəfin mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, X4 və X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
28. Məhkəmə həmçinin iddiaçının 3 illik müddət həddində alimentdən boyun qaçırdığına görə, 13000 manat pul məbləğində alimentin tutularaq ona ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, iddiaçı həmin məbləğin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 18813/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icra edilməməsi səbəbindən yarandığını iddia edir. Məhkəmə qeyd edir ki, hər hansı məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədinin borclu tərəfindən icra edilməməsi həmin icra sənədi üzrə yaranmış borcun onun tərəfindən ödənilməsi üçün yeni bir iddia ilə məhkəməyə müraciət edilməsi üçün əsas deyildir. Çünki artıq alimentin ödənilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə icraya yönəldilmişdir. Belə olan halda icra mərhələsində aliment borcu borclu tərəfindən ödənilmirsə, tələbkar həmin borcun ödənilməsi ilə bağlı icra tədbirlərinin həyata keçirilməsi istiqamətində icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət etmək hüququna malikdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir.
29. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
30. İş materiallarında olan “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. X11 ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində kargüzarlıq xərci ödəmişdir.
31. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci cavabdehdən alınaraq ona ödənilməlidir.
32. Bundan əlavə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, aliment tələbi üzrə iddiaçıları dövlət rüsumu ödəməkdən azad edilsə də, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
33. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumu qismində bir il ərzində ödənilməli olan alimentin məbləği nəzərə alınmaqla 70 (yetmiş) manat, 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutulmalıdır.
Nəticə:
34. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-18813/2016 saylı, 24 noyabr 2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 210 manat olmaqla, ümumilikdə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci alınaraq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu qismində 70 (yetmiş) manat, 40 (qırx) qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva