Məhkəmə qərarları › İş №2(060)-313/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-313/2021

11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-313/2021 11.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı “İddiaçı” İB-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : “İddiaçı” İB məhkəməyə müraciət edərək, Cavabdeh 2897,47 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2927,47 manat pulun tutularaq “İddiaçı” İB-nin bank hesabına ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli, 1148 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilir. Həmin ünvana “İddiaçı” İB-nin Sumqayıt QİS-i tərəfindən **********00680 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1202AQ**********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh qazın alqı-satqısı barədə müqavilənin 2.3.2-ci bəndinin tələblərini pozaraq, qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. Beləliklə, cavabdeh müqavilənin şərtlərini pozaraq özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. «İddiaçı» İB-nin işçiləri tərəfindən küçə qaz xətlərinə, cavabehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və çəkilişlər aparılmışdır. Belə ki, xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixinə qədər tərtib edilmiş aktlara əsasən iddiaçıya 2897,47 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan ümumi borc məbləği 2897,47 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, sayğaca onun tərəfindən müdaxilə edilmişdir. Lakin cərimə məbləği ilə razı deyildir. Ona görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Qaz paylayıcısı (paylayıcı) ilə məişət qaz qurğusu istifadəçisi (istehlakçı) Cavabdeh arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli, 1148 saylı müqavilənin surətindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşlər. -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2017-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli ******* saylı və xx.xx.2020-ci il tarixli, ******* saylı aktlardan müəyyən edilir ki, Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 1, mənzil 68 (abonent kodu: **********00680) yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, Cavabdeh həmin aktı imzalamaqdan imtina etmişdir. - Abonentin saldosundan görünür ki, xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il tarixinə qədər tərtib edilmiş aktlara əsasən iddiaçıya 2897,47 manat ziyan dəymişdir. - “İddiaçı” İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, ******* saylı qaz sayğacının çıxarılması, quraşdırılması və ististmara qəbulu haqqında aktdan görünür ki, “G-4” markalı, 1202AQ**********2 nömrəli sayğac Natek tipli “G-4” markalı, 40025181 nömrəli sayğacla əvəzlənmişdir. - İşin materiallarında olan cavabdeh barəsində qeyd edilən ünvana dair tərtib edilən 17.10. 2017-ci il tarixli akta əsasən 495,40 manat məbləğində ziyan vurulduğu, sonuncu xx.xx.2020-ci il tarixli akta əsasən isə 192,10 manat məbləğində ziyan dəydiyi müəyyən edilir. - xx xxxxx 2020-ci il tarixli aktdan görünür ki, sözügedən mənzilə baxış keçirilən zaman sayğacdan kənar rezin boru aşkarlanmış və abonentin qaz təchizatı qaynaq vasitəsilə dayandırılmışdır. - Qaz paylayıcısı (paylayıcı) ilə məişət qaz qurğusu istifadəçisi (istehlakçı) Cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilənin 2.2-ci və 2.2.2-2.2.4-cü bəndlərinə əsasən paylayıcının istehlakçı tərəfindən bu müqavilənin “qazdan istifadə qaydaları”nın tələbləri pozulduğu hallarda həmin halların aradan qaldırımasını ondan tələb etmək, aşkar olunan nöqsanları və digər qanun pozuntuları hallarınımüvafiq qaydada rəsmiləşdirmək və baxılmasıüçün aidiyyəti dövlət orqanlarına göndərmək və istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqları vardır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2020-ci il tarixli, 1148 saylı qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında cavabdehin yaşadığı fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “İddiaçı” İB-nin Sumqayıt QİS-i tərəfindən **********00680 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1202AQ**********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacında kənar xətt qoşulduğuna görə 2897,47 manat məbləğində dəymiş ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2927,47 manat məbləğində pul abonentdən tələb edilir. Cavabdeh iddianı qismən qəbul edir. xx xxxxx 2020-ci il tarixli akta əsasən cavabdehin yaşadığı mənzilə qazın verilməsi dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096.1-ci maddəsin əəsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında" Qanununun 13-cü maddəsinin 8-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli Qərarının 3.1.5 və 3.1.7-ci bəndlərinə əsasən istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli, istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə əsasən qaz paylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki,zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə aktlar üzrə hesablanmış borclara münasibətdə qeyd edir ki, xx.xx.2017-ci il tarixdə tərtib olunmuş ******* saylı akt və ona əsasən 495,40 manat hesablanmış borc əsaslı deyildir. Belə ki, akt tərtib olunmazdan əvvəl hansı tarixdə axırıncı baxışın keçirilməsi və ya sayğacın göstəricilərinə əsasən hesabın verilməsi barədə iddiaçı məhkəməyə sübut təqdim etməmiş, eyni zamanda pozuntu aşkar olunduqdan sonra qaz dayandırılmamışdır. Belə olduqda həmin akta əsasən borc hesablanarkən hesabat müddətinin 90 gün hesablanması əsaslı sayıla bilməz. Çünki, qanunvericiliyə əsasən iddiaçı verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən hesablamalı və hər ay cavabdehə məlumat təqdim etməlidir. Buradan belə nəticə çıxır ki, “İddiaçı” İB akt tərtib etməzdən bir ay əvvəl sayğaca baxış keçirərkən sayğacdan kənar xətt olmamış, yaxud da hərəkətsizlik göstərilərək borcun artmasına şərait yaradılmışdır. Məhkəmə hesab edir ki, hər bir halda iddiaçı akt üzrə borcu hesablayarkən götürdüyü hesabat müddəti və nəticədə borc məbləği əsaslı deyildir və qanunvericiliyin tələblərinə cavab vermir. Məhkəmə xx.xx.2017-ci il tarixli, ******* saylı aktı və ona əsasən hesablanmış 268,40 manat borcu göstərilən qanunvericilik normalarına əsasən əsaslı hesab edir. Belə ki, həmin vaxtlarda kənar xəttin aşkar olunması ilə əlaqədar qazın verilişi dayandırılmış, eləcə də aktların tarixindən aydın olur ki, əvvəlki ayda sayğaca baxış keçirilmiş, habelə borcun hesablanması üçün hesabat dövrü 29 gün götürülmüşdür. Məhkəmə bundan sonra xx.xx.2018-ci il tarixli ******* saylı akta və ona əsasən hesablanmış 540 manat borc məbləğinə, xx.xx.2019-cu il tarixli ******* saylı akta və ona əsasən hesablanmış 139,50 manat borc məbləğinə, xx.xx.2019-cu il tarixli, ******* saylı akta və ona əsasən hesablanmış 96 manat borc məbləğinə, xx.xx.2019-cu il tarixli, ******* saylı akta və ona əsasən hesablanmış 117 manat borc məbləğinə, xx.xx.2019-cu il tarixli ******* saylı akta və ona əsasən hesablanmış 116,70 manat borc məbləğinə, xx.xx.2019cu il tarixli ******* saylı akta və ona əsasən hesablanmış 151,20 manat borc məbləğinə, xx.xx.2019-cu il tarixli ******* saylı akta və ona əsasən hesablanmış 156 manat borc məbləğinə, xx.xx.2020-ci il tarixli, ******* saylı akta və ona əsasən hesablanmış 320,40 manat borc məbləğinə, xx.xx.2020-ci il tarixli ******* saylı akta və ona əsasən hesablanmış 373,40 manat borc məbləğinə və xx.xx.2020-ci il tarixli, ******* saylı akta və ona əsasən hesablanmış 192,10 manat borc məbləğinə eyni mövqedən yanaşır və sadalanan qanunvecilik normalarına əsasən onları əsassız hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 268,40 manat məbləğində dəymiş ziyan tutularaq iddiaçı “İddiaçı” İB-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindənvə tutulmalı məbləğ 500 manatdan aşağı olduğundan ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 268,40 manat məbləğində dəymiş ziyan və ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı “İddiaçı” İB-nin xeyrinə tutularaq “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar