Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-313/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki 19 may 2023-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 10100 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ondan Sədərək ticarət mərkəzində olan mağazasından aldığı qaz sobalarına görə ümumilikdə 10100 (on min yüz manat) manat borcu qalmışdır. Dəfələrlə borcun verilməsi ilə bağlı xəbərdarlıq etsə də, hec bir nəticə olmamış, əksinə ondan Qaradağ rayon prokurorluğuna şikayət edərək guya ki, onun cavabdehi “özünü öldürmə dərəcəsinə çatdırma” tərkibini yaradan hədələr etmişdir. Qaradağ rayon prokurorluğunda şikayət təsdiqini tapmadığından cinayət işinin başlanılmasının rədd olunması qərarı çıxarılmışdır. Onu da qeyd edir ki, cavabdeh şikayət ərizəsi üzrə verdiyi izahatda ona hazırki tələb olunan məbləği borclu olduğunu etiraf edib. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SS815154022AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnamə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişlərə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməldə cinayət tərkibi olmadığından 75-C-22 saylı yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli 75-C-22 saylı məktubundan görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 11 saylı yataqxanada qeydiyyatda olan, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Üns küçəsi, ev 23-də yaşayan Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 13:30-14:00 radələrində “Sədərək” Ticarət Mərkəzinin qarşısında bıçaqla bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirməsi ilə bağlı daxil olmuş məlumata əsasən Qaradağ rayon prokurorluğunda yoxlama aparılmışdır. Müəyyən edilmişdir ki, “Sədərək” Ticarət Mərkəzində topdansatış mağazalar işlədən İddiaçı və Mehdi-zadə Ərəstun Şəmil oğlu tərəfindən Cavabdeh qarşı maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürməyə cəhd həddinə çatdırma kimi hərəkətlər edilməmiş və Cavabdeh yuxarıda adları çəkilən şəxslərə aralarındakı ticarət əlaqələrindən yaranmış pul borcunu ödəməkdə çətinlik çəkdiyi üçün heç bir təzyiq və ya heç bir ciddi əsas və səbəb olmadan daxilən narahatlıq keçirib əsəbləşərək 06.08,2022-ci il tarixdə, saat 13:30-14:00 radələrində Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzinin qarşısındakı "Akna Bella” mağazasının qabağında olarkən xırda bıçaqla qarın nahiyəsinə, sol qolunun bilək və sağ qolunun yuxarı nahiyələrinə zəif kəsiklərdən ibarət, daxilə nüfuz etməyən xəsarətlər yetirmişdir. Ona görə də həmin xüsusatlarla əlaqədar İddiaçı və Mehdi-zadə Ərəstun Şəmil oğlunun əməllərində Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin və ya hər hansı digər maddəsinin tərkib əlamətləri olmadığından 12 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən toplanmış yoxlama materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İşdə olan Cavabdeh Qaradağ Rayon Prokurorluğuna verdiyi xx.xx.2022-ci il tarixli izahatında bildirmişdir ki, “Sədərək” Ticarət Mərkəzində topdansatış mağazası işlədən Rauf adlı şəxsdən təxminən 3 ay ərzində bir neçə dəfə nisyə qaydada “İran qaz sobası” alıb rayonlarda satmışdır, bu ticarətdən aralarında təxminən 30000-40000 manatlıq pul dövriyyəsi olubdu və hazırkı vaxta qədər ona cəmisi 10100 (on min yüz) manat pul borcu qalıbdı və bir neçə dəfə Raufa borcunu qaytaracağına dair söz versə də, qaytara bilməmişdir. Bundan başqa, həmin ticarət mərkəzində topdansatış mağazası işlədən Ərəstun adlı şəxsdən də təxminən 45 gün ərzində nisyə qaydada təxminən 50000 manatlıq mal alıb satmışdır və Ərəstuna hazırda 24500 (iyirmi dörd min beş yüz) manat pul borcu yaranıbdı. Raufla Ərəstun bir neçə dəfə sakit qaydada ondan pullarını istəyiblər. Ticarəti zəif olduğundan bu şəxslərin pulunu qatara bilmədiyinə görə isə çox narahat olur..... O, yalnız həmin şəxslərdən ona vaxt vermələrini istəyir ki, ticarətlə məşğul olub onlara olan borcunu qaytara bilsin. Odur ki, borcunu qaytarmaq üçün Ərəstunla Raufdan ona müəyyən qədər, hec olmazsa 3 ay vaxt vermələri məsələsində köməklik edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya 10100 (on min yüz) manat məbləğində borcu vardır. Bu hal Cavabdeh Qaradağ Rayon Prokurorluğuna verdiyi xx.xx.2022-ci il tarixli izahatı ilə təsdiq olunur. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilmişdir. Belə ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 10100 (on min yüz) manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən maddəyə istinad edərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 120 manat dövlət rüsumu da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 10100 (on min yüz) manat məbləğində borc və 120 (bir yüz iyirmi) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-313/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-313/2023
19.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver