Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3137/2024 20.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)- 197/2024 qətnaməsinin 49-cu bəndinə istinad edərək xx.xx.2017-ci il tarixli 126GTKR********** saylı birinci və xx.xx.2019-cu il tarixli RGTK0263205A126 saylı ikinci kredit müqaviləsinə əsasən yaranmış borca görə yekun olaraq ödədiyi 7229.47 (yeddi min iki yüz iyirmi doqquz manat, qırx yeddi qəpik) manat ona dəymiş zərərin təmin olunmamış hissəsinin yəni, pulun qalan 2479.47 manatın (iki min dörd yüz yetmiş doqquz manat, qırx yeddi qəpik) və məhkəməyə iddianın verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Gülolan oğlu (hazırda N nömrəli hərbi hissədə xidmət edir) xx.xx.2017-ci il tarixli 126GTKR********** saylı kredit müqaviləsinə əsasən "xxxx"ın Sumqayıtdakı Qubadlı filialından onun zaminliyi ilə 12000 (on iki min) manat kredit götürmüşdür. Cavabdeh kredit ödənişlərini vaxtında etmədiyi üçün məvacibinin köçürüldüyü 5103 0714 4477 3960 nömrəli kartdan müxtəlif məbləğdə tutulmalar olmuşdur. Bu məqsədlə "xxxx" vasitəsi ilə etdiyi çıxarışdan görünür ki, xx.xx.2017-ci il tarixli 126GTKR********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh borcuna görə onun maaş kartından xx.xx.2017-ci tarixdə 4,99 manat, xx.xx.2017-ci il tarixdə 414,39 manat, xx.xx.2017-ci il tarixdə 3,38 manat, xx.xx.2018-ci ci tarixdə 13,41 manat, xx.xx.2018-ci il tarixdə 496,19 manat, xx.xx.2018-ci il tarixdə 76,77 manat, xx.xx.2018-ci il tarixdə 2,65 manat, xx.xx.2019-cu il tarixdə 1,54 manat, 31.01,2019-cu il tarixdə 2,76 manat, xx.xx.2019- cu ii tarixdə 0,67 manat, xx.xx.2019-cu il tarixdə 0,50 manat məbləğdə, cəmi 1017,25 (bir min on yeddi manat, 25 qəpik) vəsait tutularaq onun kredit borcunun ödənilməsinə sərf olunub. "xxxx"ın Problemli kredit bölməsinin Pərviz adlı əməkdaşı (tel: *** *** ** **) telefonla ona zəng edərək xəbərdarlıq edirdi ki, Cavabdeh hər ay ödənişləri gecikdirdiyi üçün kreditin ödənişində çətinlik yaranır. Növbəti dəfə 2019-cu ilın iyun ayında yenə Pərviz ona zəng edib bildirmişdir ki, Cavabdeh 2019-cu il may ayına kredit borcu üzrə 575,00 manat ödəniş edilmədıyi üçün maaş kartı bloklanıb, bu gün yəni xx.xx.2019-cu ii tarixə saat 17:00-dək həmin borc ödənilməsə onun maaşı yaranmış borcun ödənilməsinə sərf olunacaq. Maaş kartının bağlanmaması üçün məcbur olub xx.xx.2019-cu il tarixdə Cavabdeh xx.xx.2017-ci il tarixli 126GTKR********** saylı kredit müqaviləsi üzrə keçən aydan qalmış 575,00 manat (“Kapital Bank" ASC, Binəqədi filialı xx.xx.2019-cu il saat 16:37:39, Terminal nömrəsi K0115001 bankomatın çıxarış qəbzi işə əlavə olunur) borcunu ödəmişdir. O, Pərviz ilə əlaqə saxlamışdır o da, bildirmişdir ki, Cavabdeh eyni zamanda "xxxx"dan 3500 (üç min beş yüz) manat məbləğində pul olan “Bir Kart” götürüb vəsaiti istifadə etdiyi üçün ikinci borcu yaranıb eyni vaxtda iki borcu ödəyə bilmir. Bir müddət sonra Pərviz ona zəng edərək çıxış yolu olaraq təklif etmişdir ki, Cavabdeh xx.xx.2017-ci il tarixli 126GTKR********** saylı kredit müqaviləsi üzrə olan 12 000 (on iki min) borcundan qalan məbləği və “Bir Kart” üzrə ikinci borcunu birləşdirib bir kreditə çevirsinlər, ümumi olaraq bir kredit olsun, vaxtını uzatmaqla aylıq ödəniş məbləğini aşağı salsın ki, Cavabdeh ödənişi edə bilsin əks təqdirdə vəziyyət bu cür davam edəcək. O, çıxış yolu olaraq “Kapitai Bank”ın Sumqayıtdakı Qubadlı filialında xx.xx.2019-cu il tarixli RGTK0263205A126 saylı ümumi 8895 manat, 36 qəpik məbləğdə 30.29% olmaqla yeni kredit müqaviləsinin bağlanmasına razı olmuşdur. Lakin Cavabdeh yenə borcunu ödəməmiş, bir müddət sonra onun xidmət yerini dəyişmişlər və məvacibini Azərbaycan Beynəlxalq Bankdan aldığı üçün bundan istifadə edib tamamilə heç bir ödəniş etməmişdir. Bundan sonra "xxxx"ın iddiası ilə iş məhkəməyə verilmişdir. Sumqayıt şəhər Məhkəməsində işə baxılaraq xx.xx.2021-ci il tarixdə iş nömrə e-2(060)-1117/2021 saylı qətnamə ilə xx.xx.2019-cu il tarixli RGTK0263205A126 saylı kredıt üzrə 7909,75 manat əsas, 2107,06 manat faiz borcu olmaqla, cəmi 10016,81 manat (on min on altı manat, səksən altı qəpik) ziyanın əsas borclu Cavabdeh və zamin qismində ondan tutulub ödənilməsi qət edilmişdir. Qətnamə üzrə müəyyən olunmuş 10016,81 manat kredit borcunun, 5453,22 manatı (beş min dörd yüz əlli üç manat, iyirmi iki qəpik) ondan tutularaq ödənilmişdır. Bunlardan 4703 (dörd min yeddi yüz üç) manat məvacibindən tutularaq 4000 (dörd min) manat “Kapital Bank’a, 703.22 (yeddi yüz üç manat, 22 iyirmi iki qəpik) isə Cəbrayıl rayon icra və probasıya şöbəsinin 31 yanvar 2023-cü il tarixli 145348/2022 tarixli məktubu əsasında sənədin icrasını təmin etdiyi üçün 7% icra haqqı ödənişi olaraq Cəbrayıl rayon icra və probasiya şöbəsinə, bundan əlavə “Vətən müharibəsi” qazisi olaraq ******************** (416974 7863) saylı müharibə veteranı kartından 750 (yeddi yüz əlli) manat isə 1 dəfə olaraq tutularaq yenə "xxxx"a ödənilmişdir. Bu səbəbdən verilmiş arayışda "xxxx"a ödənilmiş məbləğ 4750 (dörd min yeddi yüz əlli) manat göstərilmişdir. Əslində 5453,22 manatı (beş min dörd yüz əlli üç manat iyirmi iki qəpik) ondan yəni, İddiaçı tutularaq borc üzrə ödənilmişdir. Ümumilikdə xx.xx.2017-ci il tarixli 126GTKR********** saylı birinci kredit müqaviləsinə əsasən yaranmış borca görə 1017,25 (bir min on yeddi manat, 25 qəpik) onun maaş kartından tutulmuş, xx.xx.2019-cu il tarixdə 126GTKR********** saylı kredıt müqaviləsi üzrə keçən aydan qalmış borcla bağlı 575,00 (beş yüz yetm iş beş) manat onun tərəfindən "xxxx"a, ("xxxx" ASC, Binəqədi filialı xx.xx.2019-cu il saat:16:37:39, Terminal nömrəsi K0115001 bankomatın çıxarış qəbzi işə əlavə olunur) ödənilmişdir. xx.xx.2019-cu il tarixli RGTK0263205A126 saylı ikinci kredit müqaviləsi üzrə isə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli iş nömrə e- 2(060)-1117/2021 qətnamənsinə əsasən 5453,22 manat (beş min əlli üç manat iyirmi iki qəpik) tutularaq, bunun 4000 (dörd min) manatı məvacibindən, 750 (yeddi yüz əlli) manatı ısə “Vətən müharibəsı” qazisi olaraq ******************** (416974 7863) saylı müharibə veteranı kartından 1 dəfə olmaqla tutularaq cəmi 4750 (dörd mın yeddi yüz əlli) manat "xxxx"a, 703.22 (yeddi yüz üç) manat isə Cəbrayıl rayon icra və probasiya şöbəsinin 31 yanvar 2023-cü il tarixli 145348/2022 tarixli məktubu əsasında sənədin icrasını təmin etdiyi üçün 7% icra haqqı ödənişi olaraq Cəbrayıl rayon icra və probasiya şöbəsinə, cəmi qətnamə üzrə 5453,22 manat (beş min əlli üç manat iyirmi iki qəpik) ödənilmişdir. Eyni zamanda 30 manat məhkəmənin rüsumu, 30 manat "xxxx"dan çıxarış alnıaq üçün rüsum, 94 manat Sumqayıt şəhər Məhkəməsinə rüsum, yekun olaraq 7199.47 (yeddi min yüz doxsan doqquz manat, qırx yeddi qəpık) manat tutularaq borc üzrə ödənilmişdir. Məlumat üçün bildirir ki, məsələ ilə bağlı Sumqayıt şəhər Məhkəməsində işə yalnız xx.xx.2019-cu il tarixli RGTK0263205A126 saylı ikinci kredit müqaviləsi üzrə baxılmış, iş üzrə çıxarılmış 10.01 2024-cü il tarixli 2(105) 197/2024 Sumqayıt Apelliyasiya Məhkəməsinin qətnaməsi ılə onun etdiyi ödənişlərin 4750 (dörd min yeddı yüz əlli) manatının qaytarılması təmin olunmuş, zamin olaraq ödədiyi pulun qalan 2449,47 (ikı min dörd yüz qırx doqquz manat, qırx yeddi qəpik) manatın qaytarılması təmin olunmamışdır. Səbəb olaraq iş üzrə çıxarılmış 10.01,2024-cü il tarixli 2(105) 197/2024 Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin qətnaməsinin 48-ci bəndində ərizədə xx.xx.2017-ci il tarixli 126GTKR********** saylı birinci kredit müqaviləsi üzrə iddianın olunmaması əsas göstərilmişdir. O, İddiaçı 1999-cu il tarixindən Azəraycan Ordusu sıralarında xidmət edir, “Vətən” müharibə” iştirakçısı, qazidir. Mülki qanunvericiliyin tələbinə əsasən zamin duran şəxs borcu ödədikdə, ödəniş həcmində reqres qaydasında tələb hüququ vardır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh onun zaminliyi ilə 12000 manat pul götürmüşdür. Qarşı tərəf 2 ay ərzində götürdüyü pulu ödəməmiş, 3-cü ay bankdan ona zəng gəlmişdir ki, kredit ödənilməlidir. Oktyabr ayında bununla əlaqədar maaşından 414 manat pul tutulmuşdur. O, cavabdehə müraciət etdikdə hər dəfə pulu ödəyəcəyini bildirmişdir. 2018-ci ildə ondan yenidən 496 manat pul tutulmuşdur. Nəticədə ondan ümumilikdə 1016 manat pul tutulmuşdur. Bu barədə bank tərəfindən müvafiq arayış verilmişdir. Bank daha sonra ona kartının bloklandığını bildirmişdir. Cavabdehin 575 manat borcu da var idi ki, həmin borcu da ödəmişdir. Bir daha qeyd edir ki, 1016 manat gecikdirilmiş borc, 575 manat isə kartının bloklanmaması üçün ödədiyi aylıq kredit ödənişidir. Kapital bankın ona verdiyi arayışda qətnamə çıxanadək olan dövrdəki ödənişlər, iş yerindən verən arayışda isə qərar üzrə icra mərhələsində tutulan ödənişlər görünür. Probasiyanın verdiyi arayışda isə 703 (yeddi yüz üç) manat icra xərci tutulduğu müəyyən olunur. Onu da bildirir ki, iddia ilə bağlı hesablamasında xırda hesab səhvləri ola bilər. Qeyd etdiyi 60 manat bankdan çıxarışlar almaq üçün ödədiyi məbləğdir. İddia ərizəsində qeyd etdiyi 94 (doxsan dört) manat yanlışlıqla qeyd edilmişdir. Bundan əlavə iddia ərizəsində qeyd etməsə də, vəkilə 50 manat və 30 manat olmaqla məsləhət üçün ödəniş edib. Amma onları iddia ərizəsində qeyd etməmişdir. İddia ərizəsini yazdırmaq üçün də 300 manat ödəniş edib, lakin vəkil xərcləri ilə bağlı qəbzləri yoxdur. Bu səbəbdən həmin xərcləri iddia ərizəsində qeyd edə bilməyib. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-cı maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)-1117/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilmiş, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7909,75 manat əsas, 2107,06 manat faiz borcu olmaqla, cəmi 10016.81 manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və İddiaçı tutularaq “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-197/2024 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3970/2023 nömrəli qətnaməsi qismən - 4750 manat məbləğində pul tələbi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, Cavabdeh 4750 (dörd min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumun əvəzi 94 (doxsan dörd) manatın tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh ilə bağlanılmış xx.xx.2017-ci il tarixli, 126GTKR********** saylı kredit müqaviləsinin şərtlərinə əsasən qrafik üzrə aylıq ödəniş məbləği 30 gündən artıq gecikdirildikdə, ödənilməli olan gecikən əsas borc hesablanmış faiz və cərimə məbləğlərinini onun kart hesabına köçürülən əmək haqqı və digər vəsaitlərdən akseptsiz qaydada silinməsinə etiraz etməmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli, 126GTKR********** saylı nömrəli zaminlik müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixli 126GTKR********** saylı kredit müqaviləsi üzrə Cavabdeh (borcalan) öhdəliyinin tam və ya qismən yerinə yetirilməməsi ilə əlaqədar məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan "xxxx" ASC-nin Binəqədi Filialının 493 nömrəli 05 may 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə Kapitalbank Bank ASC arasında xx.xx.2019 - ci il tarixində RGTK0263205A126 saylı müqaviləyə əsasən 8895.36 manat məbləğində kreditə zamin qismində dayanmış İddiaçı ******************** (416974*****7863) saylı kartından xx.xx.2022 - ci il tarixində 1 dəfə ümümi olaraq 750 manat məbləğində vəsait tutulmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh 126GTKR********** saylı nömrəli müqavilə üzrə "xxxx" ASC-yə 575 manat ödəniş etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli, arayışından görünür ki, Ədliyyə Nazirliyi Cəbrayıl rayon icra və probasiya şöbəsinin 31 yanvar 2023-cü il tarixli 145348/2022 nömrəli məktubuna əsasən, Tibb idarəsinin zabiti tibb xidməti polkovnik-leytenantı İddiaçı pul təminatından aşağıda göstərilən tarixlərdə 4703,22 (dörd min yeddi yüz üç manat 22 qəpik) manat məbləğində tutulmalar edilmiş və tutulan məbləğin 4000 (dörd min) manatı müvafiq qaydada "xxxx" ASC-nin Qubadlı filialının muxbir hesabına (AZ37NABZ********************), 703,22 (yeddi yüz üç manat 22 qəpik) manatı (7% ) isə Cəbrayıl rayon İcra və probasiya şöbəsinə ödənilmişdir. 14 oktyabr 2022 - 1000,00 (bir min) manat, 16 noyabr 2022 - 1000,00 (bir min) manat, 16 dekabr 2022 - 1000,00 (bir min) manat, 19 yanvar 2023 - 1000,00 (bir min) manat, 14 mart 2023 - 703,22 (yeddi yüz üç manat 22 qəpik) manat İşdə olan "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bankın “Qubadlı” fılialı ilə Cavabdeh arasında 30 may 2017-ci il tarixdə 36 ay müddətə 12000 (on iki min) manat məbləğdə rəsmiləşdirilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasında yaranmış çətinliyi nəzərə alınaraq ümumi borc restrukturizasiya edilərək onun zaminliyi ilə Bankın “Qubadlı” fılialı ilə Cavabdeh arasında 10 iyul 2019-cu il tarixdə 36 ay müddətə 8895,36 (səkkiz min səkkiz yüz doxsan beş, 36) manat məbləğdə yeni kredit müqaviləsi rəsmiləşdirilmişdir. Kredit və zaminlik müqavilələrində tərəflərin hüquqları, öhdəlikləri, öhdəliklərin icra müddəti, öhdəliklərin icra qaydası razılaşdırılmışdır. Borcalan Cavabdeh tərəfındən kredit öhdəlikləri vaxtmda icra edilmədiyi üçün zaminlik müqaviləsinə əsasən öhdəliklərin icrası onun kart hesabına yönəldilmiş və ******************** saylı kart hesabından 30 may 2017-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə 4,99 (dörd, 99) manat, xx.xx.2017-ci il tarixdə 414,39 (dörd yüz on dörd, 39) manat, xx.xx.2017-ci il tarixdə 3,38 (üç, 38) manat, xx.xx.2018-ci il tarixdə 13,41 (on üç, 41) manat, xx.xx.2018-ci il tarixdə 496,19 (dörd yüz doxsan altı, 19) manat, xx.xx.2018-ci il tarixdə 76,77 (yetmiş altı, 77) manat, xx.xx.2018-ci il tarixdə 2,65 (iki, 65) manat, xx.xx.2019-cu il tarixdə 1,54 (bir, 54) manat, xx.xx.2019-cu il tarixdə 2,76 (iki, 76) manat olmaqla, cəmi 1016,08 (bir min on altı, 08) manat vəsait silinmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cəbrayıl rayon icra və probasiya şöbəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi 278 nömrəli Hərbi Hissəyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)-1117/2021 saylı icra sənədi üzrə borclu İddiaçı icra sənədi üzrə "xxxx" ASC-yə olan borcunu tam olaraq ödəmişdir. Bu səbəbdən, həmçinin "xxxx" ASC-yə olan borcunu tam ödədiyindən 7% icra ödənişini (703.22 manat) tutulduqdan sonra borclunun əmək haqqından tutulmalarını saxlayıb icra sənədinin surətinin geri qaytarılması xahiş olunmuşdur. İşdə olan Cəbrayıl rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraara xitam verilməsi barədə qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(060)-1117/2021 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilə "xxxx" ASC-nin Qubadlı filialı arasında xx.xx.2019-cu il tarixli, RGTK0263205A126 nömrəli müqavilə üzrə 8895.36 manat məbləğində kredit üzrə zamin durmuş İddiaçı tərəfindən kredit üzrə 4750 manat ödəniş edilmiş, xx.xx.2023-cü il tarixli kredit borcu bağlanmış və hazırda qeyd edilən kredit üzrə heç bir öhdəliyi yoxdur. İşdə olan xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərinə əsasən İddiaçı tərəfindən bank hesabından çıxarış alınması məqsədilə ümumilikdə 60 manat pul ödənilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə "xxxx" ASC-nin Qubadlı filialı arasında xx.xx.2017-ci il tarixli 126GTKR********** saylı birinci və xx.xx.2019cu il tarixli RGTK0263205A126 saylı kredit müqavilələri bağlanılmışdır. Həmin müqavilələr üzrə İddiaçı zamin kimi Cavabdeh öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. Tərəflər müqavilə üzrə öhdəliklərini lazimi qaydada və vaxtında yerinə yetirmədikləri üçün "xxxx" ASC borcun tutulması barədə ərizə məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(060)- 1117/2021 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 7909,75 manat əsas, 2107,06 manat faiz borcu olmaqla, cəmi 10016.81 manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və İddiaçı tutularaq “Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Daha sonra hazırkı iş üzrə iddiaçı "xxxx"ASC-yə həmin qətnaməyə əsasən 7093.95 manat pul ödədəyini iddia edərək ödədiyi pulun reqres qaydasında Cavabdeh tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(060)-3970/2023 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-197/2024 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3970/2023 nömrəli qətnaməsi qismən - 4750 manat məbləğində pul tələbi hissəsində ləğv edilmiş, Cavabdeh 4750 (dörd min yeddi yüz əlli) manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumun əvəzi 94 (doxsan dörd) manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Eyni zamanda hazırkı iş üzrə iddiaçıya xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə reqres qaydada iddiaçı tərəfindən ödənilmiş pulun cavabdehdən tutulması barədə iddia qaldırmaq hüququ izah edilmişdir. Hazırda iddiaçı yenidən cavabdehə qarşı reqres qaydasında pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş zərərin təmin olunmamış hissəsinin yəni, qalan 2479.47 manat pulun və məhkəməyə iddianın verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına görə öhdəliyi icra etmiş zaminin bir sıra hüquqları vardır. Belə ki, Məcəllənin 475-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının cavabdehdən iki müqavilə üzrə ümumilikdə tələbi 7199,47 (1017,25+575+4000+703,22+750+30+30+94) manatdır. İddiaçı iddia ərizəsinin məzmununda cavabdehə görə cəmi 7199,47 manat ödəniş etdiyini qeyd etsə də, iddia ərizəsinin xahiş hissəsində həmin məbləği səhvən 7229,47 manat kimi qeyd etmişdir. İddiaçının cavabdehə görə ödədiyi 7199,47 manat pulun 4844 (4750+94) manat hissəsinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-197/2024 saylı qətnaməsi ilə təmin edilmişdir. Beləliklə hazırda iddiaçının qalan 2355,47 manat pul tələbinə hüquqi qiymət verilməlidir. İddiaçının tələb etdiyi pul məbləğinin 1017,25 manat hissəsi onun hesabından bank tərəfindən silinmiş məbləğ, 575 manat hissəsi xx.xx.2019-cu il tarixli ödəniş qəbzi əsasında ödənilmiş məbləğ, 703,22 manat hissəsi icra xərci, 60 manat hissəsi isə bank hesabından çıxarış alınması məqsədilə xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ödəniş qəbzlərinə əsasən ödənilmiş məbləğdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi qismən əsaslıdır. Belə ki, iddiaçı ona məxsus ******************** saylı kart hesabından bank tərəfindən 1017,25 manat pul silindiyini iddia etsə də, "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçının hesabından ümümilikdə 1016,08 manat pul silinmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2354,3 (1016,08+575+703,22+60) manat məbləğində pul tutulmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, iddia əsas hissədə təmin edildiyindən iddiaçı tərəfindən ödənilən 50 manat dövlət rusumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 475, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2354,30 (iki min üç yüz əlli dörd manat otuz qəpik) manat məbləğində pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3137/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3137/2024
20.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver