Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3138/2024 06.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2/060/-5090/2019 saylı qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X1 üçün tutulan 160 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, xx.xx.2007-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi və ilkin mediasiya üçün ödənilmiş 60 manat rüsumun Cavabdeh alınaraq İddiaçı verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahda olduğu vaxt xx.xx.2007-ci ildə X7 adlı qızları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(060)-5090/2019 saylı qətnaməsi ilə X2 üçün 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdehin ayda uşağa aliment kimi verdiyi 160 manat pulla hazırki gündə 17 yaşlı uşağı saxlamaqda çətinlik çəkir. Həmin məbləğ övladının tələbatını ödəmir. Cavabdehin isə daha artıq aliment ödəməyə imkanı vardır. O, Nissan markalı **-CK-*** və Wolsvagen-Passat markalı **-CS-*** dövlət qeydiyyat nişanlı avtomaşınlar idarə edir. Mediasiya təşkilatında cavabdeh tərəfindən iddiaçıya uşağın saxlanması üçün ayda 200 manat sabit pul məbləğində aliment ödənilməsi barədə təklif edilsə də, cavabdehin uşağa daha artıq məbləğdə aliment ödəyə bilmək imkanını nəzərə alaraq razılaşmamışdır. Cavabdeh etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, o, İddiaçı ilə xx.xx.2006-cı il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Ümumilikdə 6 ay bir yerdə yaşamışlar. Onların xx.xx.2007-ci il təvəllüdlü X8 adlı bir övladı doğulmuşdur. Nikahları xx.xx.2009-cu il tarixdə pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5090/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehdən İddiaçı xeyrinə xx.xx.2007ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5090/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan 160 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimenti və ilkin mediasiya üçün ödənilmiş 60 manat rüsumun cavabdehdən alınaraq İddiaçı verilməsinə dair qətnamə çıxarılmağını xahiş etmişdir. Cavabdehin maddi vəziyyəti nə qədər çətin olsa da, övladının saxlanmasının məsuliyyətini dərk edir və bunun üçün də əlindən gələni edir. Bundan əlavə cavabdeh xx.xx.2009-cu il tarixdə X9 ilə nikaha daxil olaraq, ikinci dəfə ailə qurmuşdur. İkinci dəfə nikaha daxil olduqdan sonra xx.xx.2013-cü il təvəllüdlü X10 adlı bir övladı dünyaya gəlmişdir. İddiaçının iddia ərizəsində göstərdikləri heç bir həqiqətə uyğun deyil. İşsizdir, heç bir yerdən gəliri yoxdur. Ümumiyyətlə avtomobili yoxdur. İddiaçının göstərdiyi avtomobillər uzaq qohumlarıma aiddir ki bir neçə dəfə həmin avtomobilləri idarə edərkən iddiaçının onu görməsi ehtimalı vardır. Ata kimi məsuliyyətimi dərk edərək 180 manat civarında aliment verməyə razılaşmışdır. Lakin nümayəndəsi Mediasiya prosesində iştirak edərkən 200 manat ödəmək imkanları olduğuna söz vermişdir, cavabdeh də buna etiraz etməmişdir. İddiaçının anası da təklif edilən 200 manatla razılaşmışdır. İddiaçı ona qarşı prinsip aparır, məhkəməyə isə cavabdehin imkanları barədə heç bir rəsmi sübut təqdim etmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5090/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2-2162/09 saylı 20 iyul 2009-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 13 noyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. MŞS/MT030/2024-00642 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, hər iki tərəf ilkin mediasiya sessiyasında iştirak etmiş, lakın prosesin davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İlkin medisiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci və 10 manat kargüzarlıq xərcini İddiaçı ödəmişdir. AZ-İ № 529454 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ilə X9 arasında xx.xx.2009-cu il tarixində Sumqayıt şəhər qeydiyyat şöbəsində nikah bağlanmışdır. AZ-İİİ № 065294 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki,xx.xx.2013-cü ildə doğulan X5 atası Cavabdeh, anası X6r. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5090/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2-2162/09 saylı 20 iyul 2009-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 13 noyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. 13 noyabr 2007-ci il təvəllüdlü X3 artmaqda olan tələbatları ilə əlaqədar iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh idida tələbini qismən qəbul edərək, 200 manatdan artıq aliment ödəyə bilməyəcəyini qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5090/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda 13 noyabr 2007-ci il təvəllüdlü X2 üçün kifayət etmir. Belə ki, onların böyüməsi ilə əlaqədar maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarının saxlanılmasında maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, həmçinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, eləcə də, tərəflərin diqqətəlayiq maraqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5090/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli, 13 noyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddianın mediasiyaya dair xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi ilə bağlı hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5090/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək, 13 noyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Ödənilmiş mediasiya xərcinin əvəzi 60 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-3138/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3138/2024
06.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver