Məhkəmə qərarları › İş №2(060)-3139/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3139/2020

17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3139/2020 17.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh Ağagözəl oğluna qarşı «borcun tutulmasına» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh Ağagözəl oğluna qarşı «borcun tutulmasına» dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Ağagözəl oğlundan 631.75 manat əsas kredit borcu, 45.61 manat hesablanmış faiz borcu, 36.38 manat cərimə borcu, 4.80 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu ildə «X1 Azərbaycan» QSC və Cavabdeh Ağagözəl oğlu arasında 250823 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh Ağagözəl oğluna istehlak yönümlü 1400 manat məbləğində pul ayrılmışdır və o, 18 ay müddətində kreditin əsas məbləği və ona illik 18% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh Ağagözəl oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X1 Azərbaycan» QSC-yə 631.75 manat əsas kredit borcu, 45.61 manat hesablanmış faiz borcu, 36.38 manat cərimə borcu olmaqla, cəmi 713.74 manat təşkil edir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan və zaminlə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor borcalan və zamindən kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işüzrətoplanmışmateriallarıtədqiqedib, araşdırılansübutlaraməcmuhaldahüquqiqiymətverərəkhesabedirki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, xx.xx.2019-cu ildə «X1 Azərbaycan» QSC və Cavabdeh Ağagözəl oğlu arasında 250823 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh Ağagözəl oğluna istehlak yönümlü 1400 manat məbləğində pul ayrılmışdır və o, 18 ay müddətində kreditin əsas məbləği və ona illik 18% dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh Ağagözəl oğlu iddiaçı «X1 Azərbaycan» QSC-yə olan borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Ağagözəl oğlunun iddiaçı «X1 Azərbaycan» QSC-yə 631.75 manat əsas kredit borcu, 45.61 manat hesablanmış faiz borcu, 36.38 manat cərimə borcu olmaqla, cəmi 713.74 manat kredit borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Kredit müqaviləsinin şərtlərindən və işə əlavə olunmuş sənədlərdən görünür ki, borcları barədə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh Ağagözəl oğlu kredit müqaviləsi üzrə öhdəliyini lazımınca yerinə yetirməmiş və nəticədə onuniddiaçıya 631.75 manat əsas kredit borcu, 45.61 manat hesablanmış faiz borcu, 36.38 manat cərimə borcu olmaqla, cəmi 713.74 manat kredit borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 36.38 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 5 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Ağagözəl oğlundan 631.75 manat əsas kredit borcu, 45.61 manat hesablanmış faiz borcu, 5 manat cərimə borcu, 4.80 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, cəmi 687.16 manat kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MülkiProsessualMəcəlləsinin217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Ağagözəl oğlundan 631.75 manat əsas kredit borcu, 45.61 manat hesablanmış faiz borcu, 5 manat cərimə borcu, 4.80 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri, cəmi 687.16 (altı yüz səksən yeddi manat on altı qəpik) manat kredit borcu və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçı «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqasyıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar