Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-315/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X4 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «borcun tutulmasına» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X4 Azərbaycan» QSC Cavabdeh qarşı «borcun tutulmasına» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 700 manat əsas kredit borcu, 60.08 manat faiz borcu, 15.16 manat cərimə borcu, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalara üzrə borc, 5.50 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərcləri olmaqla, cəmi 784.74 manat kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun «X4 Azərbaycan» QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, xx.xx.2015-ci il ildə «X4 Azərbaycan» QSC və Cavabdeh arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh 700 manat məbləğində kredit limiti ayrılmışdır və o, həmin kredit limiti üzrə istifadə etmiş olduğu vəsaiti və hesablanmış faizləri, komissiyaları və s. Müqavilə üzrə müəyyən edilmiş şərtlərlə qanunvericilikdə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək banka qaytarmağı öhdəsinə götürmüşdür. «X4 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X4 Azərbaycan» QSC-yə kredit üzrə əsas məbləğ borcu 700 manat əsas kredit borcu, 60.08 manat faiz borcu, 15.16 manat cərimə borcu, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalara üzrə borc, 5.50 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərcləri olmaqla, cəmi 784.74 manat təşkil edir. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, xx.xx.2015-ci il ildə «X4 Azərbaycan» QSC və Cavabdeh arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh 700 manat məbləğində kredit limiti ayrılmışdır və o, həmin kredit limiti üzrə istifadə etmiş olduğu vəsaiti və hesablanmış faizləri, komissiyaları və s. Müqavilə üzrə müəyyən edilmiş şərtlərlə qanunvericilikdə nəzərdə tutulmuş öhdəlikləri üzərinə götürərək banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh iddiaçı «X4 Azərbaycan» QSC-yə olan borcunu ödəməsi üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı «X4 Azərbaycan» QSC-yə 700 manat əsas kredit borcu, 60.08 manat faiz borcu, 15.16 manat cərimə borcu, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalara üzrə borc, 5.50 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərcləri olmaqla, cəmi 784.74 manat kredit borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 700 manat əsas kredit borcu, 60.08 manat faiz borcu, 15.16 manat cərimə borcu, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalara üzrə borc, 5.50 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərcləri olmaqla, cəmi 784.74 manat kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı «X4 Azərbaycan» QSC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 700 manat əsas kredit borcu, 60.08 manat faiz borcu, 15.16 manat cərimə borcu, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalara üzrə borc, 5.50 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərcləri olmaqla, cəmi 784.74 manat kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı «X4 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-315/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-315/2021
12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver