Məhkəmə qərarları › İş №2(060)-3159/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3159/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3159/2021 03.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, iddiaçı «xxxx” ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: «xxxx” ASC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1322,49 manat əsas borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir (284-4.1.4). Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz (284- 4.2.). Ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır (284-4.3.). Müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi iddiaçı ilə X2 arasında bağlanmışdır. Borclu xx.xx.2018-ci ildə vəfat etdiyindən iddiaçı cavabdeh qismində Telman Məmmədovun hüquqi varisi kimi Cavabdeh qeyd etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin mərhum X1 hüquqi varisi olub-olmaması, iddiaçının hazırkı tələbinin hüquq varisliyinə yol verib-verməməsi məsələləri məhkəmə araşdırması aparılmadan müəyyən edilə bilməz. Bu səbəbdən hazırkı tələbə sadələşdirilmiş icraat qaydasında (məhkəmə araşdırması aparılmadan) baxılması qeyri-mümkündür. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı tələbetmə hüququ barədə mübahisə olduğundan kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbulundan imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 284-4-cü maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı «xxxx” ASC-nin Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbulundan imtina olunsun. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar