Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3161/2021 01.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova, iddiaçı «xxxx» ASC-nin cavabdehlər Cavabdeh qarşı müqavilə üzrə borcun qarşı borc tələbinə dair iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxx» Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 1592.61 manat əsas borcun, 5.14 manat faiz borcunun, cəmi 1597.75 manat borcun, 30.40 manat ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin Sumqayıt filialı ilə X3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 08-xx-xx-079779 saylı kredit müqaviləsinə əsasən X2 60 ay müddətinə illik 29 % dərəcəsi ilə hesablanmaqla, 2915 manat məbləğində kredit verilmişdir. “xxxx” ASC ilə “xxxx” ASC arasında imzalanmış kredit müqaviləsi üzrə tələb hüquqlarının ötürülməsinə dair müqaviləyə əsasən “xxxx” ASC-nin X2 qarşı olan tələb hüququ mövcud olduğu həcmdə “xxxx” ASC-yə güzəşt edilmişdir. X3 xx.xx.2017-ci il tarixdə vəfat etmiş və ölüm faktı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X1 vərəsələri Cavabdeh, X5, X4 və X6 miras əmlakdan ¼ hissədə pay almalıdır. xx.xx.2019-cu il tarixdə miras payın bağışlanması müqaviləsinə əsasən X5, X4 və X6 vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara düşən miras payı Cavabdeh bağışlamışlar. xx.xx.2016-cı il tarixli, 08-xx-xx-079779 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 1592.61 manat əsas borc, 5.14 manat faiz borcu, cəmi 1597.75 manat borc mövcuddur. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosesual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh xx xxxx 2021-ci il tarixdə məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prossesual hüquq və vəzifələrinin izahı olduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə xx.xx.2016-cı il tarixli, 08xx-xx-079779 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə 1592.61 manat əsas borc, 5.14 manat faiz borcu, cəmi 1597.75 manat borcu vardır. İş materiallarına əlavə edilmiş iddiaçı «xxxx» ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə bank tərəfindən xx.xx.2016-cı il tarixli, 08-xx-xx-079779 saylı kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. İş materallarında olan ödəniş cədvəlindən görünür ki, X3 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni xx.xx.2016cı il tarixdən başlayaraq hər ay banka 92.53 manat, sonuncu ay 9.56 manat, ümumilikdə 5551.63 manat ödəməklə qaytarmalıdır. İş materiallarında olan iddiaçı «xxxx» ASC ilə X3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 08-xx-xx-079779 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən X2 illik 29 faiz ödənilməsi şərti ilə 60 ay müddətində 2915 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X1 vərəsələri Cavabdeh, X5, X4 və X6 miras əmlakdan ¼ hissədə pay almalıdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5, X4 və X6 miras payını Cavabdeh bağışlamışdır. İş materiallarında olan kredit müqavilələri üzrə tələb hüquqlarının ötürülməsinə dair xx xxxx 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, “xxxx” ASC 15000 manat məbləğədək borc öhdəliyi qalan borcalanlara qarşı tələb hüquqlarını iddiaçı «xxxx» ASC-nə ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş materiallarından müəyyən edilir ki, iddiaçı “xxxx” ASC X3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 08-xx-xx-079779 saylı kredit müqaviləsinə əsasən X2 60 ay müddətinə illik 29 % dərəcəsi ilə hesablanmaqla, 2915 manat məbləğində kredit verilmişdir. “xxxx” ASC ilə “xxxx” ASC arasında imzalanmış kredit müqaviləsi üzrə tələb hüquqlarının ötürülməsinə dair müqaviləyə əsasən “xxxx” ASC-nin X2 qarşı olan tələb hüququ mövcud olduğu həcmdə “xxxx” ASC-yə güzəşt edilmişdir. X3 xx.xx.2017-ci il tarixdə vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirə bilməmiş, nəticədə xx.xx.2021-ci il tarixə iddiaçı «xxxx» Bankı ASC-nə xx.xx.2016-cı il tarixli, 08-xx-xx-079779 saylı kredit müqaviləsi üzrə 1592.61 manat əsas borc, 5.14 manat faiz borcu, cəmi 1597.75 manat məbləğində borcu yaranmışdır. xx.xx.2017-ci il tarixdə ölmüş X1 miras qalmış əmlakına dair Cavabdeh Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda qeyd olunan normalara əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh «xxxx» ASC-nin xeyrinə 1592.61 manat əsas borc, 5.14 manat faiz borcu, cəmi 1597.75 manat borc, 30.40 manat dövlət rüsumu və bank xidmət haqqı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284-1-284-6, 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxx» ASC-nin xeyrinə 1592.61 manat əsas borc, 5.14 manat faiz borcu, cəmi 1597.75 (min beş yüz doxsan yeddi manat yetmiş beş qəpik) manat borc və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu və bank xidmət haqqı tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3161/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3161/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver