Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3164/2020 21.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı QSC X3 Təşkilatının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC X3 Təşkilatının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «əsas və faiz borcunun qaytarılması tələbinə» dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC X3 Təşkilatı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «əsas və faiz borcunun qaytarılması tələbinə» dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İddiaçı QSC X3 Təşkilatının nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək göstərdi ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyini yerinə yetirərək iddia tələbi üzrə borc məbləğini ödəmişdir. Ona görə də, onlar iddiadan imtina edirlər və mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iddia tələbindən imtina barədə ərizəni və mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, bu imtina hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına və qanuna müvafiq olduğuna görə qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinin mahiyyətindən görünür ki, iddiaçı məhkəməyə yazılı ərizə verməklə iddiadan imtina edə bilər və həmin Məcəllənin 52.5-ci maddəsinin mənasına əsasən belə imtina qanuna zidd olmamalı və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC X3 Təşkilatının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «əsas və faiz borcunun qaytarılması tələbinə» dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-3164/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3164/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver