Məhkəmə qərarları › İş №2(060)-3227/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3227/2024

19.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3227/2024 19.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 200 (iki yüz) manat məbləğində pul vəsaitinin və iddianın verilməsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 manat, cəmi 230 (iki yüz otuz) manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2022-ci ilin yanvar ayında Cavabdeh 750 manat borc pul vermişdir. Həmin ilin aprel ayına kimi borcu qaytarmalı olmuşdur. Lakin 200 manat pulu indiyə kimi qaytarmamışdır. Bu barədə Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəis vəzifəsini müvəqqəti icra edən Yelmar Mehdiyev 19 avqust 2022-ci il tarixli məktubla ona cavab verərək mübahisənin mülki xarakterli olmasını bildirmiş və məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. Faktiki olaraq cavabdeh borcu qaytarmaqdan yayınır və onun o pula nə qədər ehtiyacı olduğunu nəzərə almır. Tək qadındır. Heç bir köməyi yoxdur və işləmir. Maddi cəhətdən çox ağır vəziyyətdədir. Keçən bu müddət ərzində dolanmağı üçün qohumdan, qonşudan borc alır. Onu bu vəziyyətə Cavabdeh salmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. O əlavə olaraq qeyd etdi ki, cavabdehə 750 manat pul vermiş, oyunda 200 manat pul götürməli idi. 200 manat artıq pul vermiş oldu ki, növbəti ay da 200 manatı ona qaytaracaq və oyun bitəcəkdir. Digər xanım isə demişdir ki, onun 200 manatını verməsin. Çünki dəfələrlə cavabdeh onu incitmişdir. Digər bir xanım da ona səs atmışdır ki, cavabdeh məsuliyyətsiz adamdır. Fərqanə xanım da onun əvəzindən pulunu ödəmişdir. Polis orqanlarında cavabdehi çağırmış, polis də ondan izahat almış, daha sonra isə hər ay ondan 50 manat pul alıb vermək ilə razı olmasını bildirmiş, o da demişdir ki, cavabdeh onu bir ildən çoxdur ki, incidir. Oğlu əsgərlikdə, özü işləmədiyi bir vəziyyətdə bildirmişdir ki, hər ay 50 manat gözləməyə gücü çatmır. Ondan sonra isə mülki qaydada olması barədə məlumat bildirilmişdir. Üstündən çox vaxt keçdiyi üçün tam xatırlamır. Təqribən aprel və yaxud mart ayı məsələsi olmuşdur. Lotoreyada qrupu yaradan o olmuşdur. Qrupda yeddi nəfər olmuş, 200 manatdan oynamışlar. Xanım isə 200 manatı tək özü oynamırdı. Birini özü üçün 100 manat, digəri üçün də 100 manatdan oynamışdır. Cavabdeh məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, onun xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ünvanladığı ərizəsinə baxılmışdır. Ərizədə göstərilən xüsusatlar mülki xarakterli olduğu üçün ərizənin icrası dayandırılmışdır. Ərizədə göstərilən xüsusatlarla bağlı mülki iddia qaydasında Sumqayıt Şəhər Məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. -2(060)-185/2024 saylı mülki iş və həmin mülki iş üzrə məhkəmə sorğusu əsasında iş materiallarına əlavə edilmiş iddiaçının müraciətinə və Azərbaycan Respublikası Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi tərəfindən iddiaçı izahat verərək araşdırma aparılmasını xahiş etmişdir. - xx.xx.2023-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, cavabdeh məhkəmə iclasından xəbərdar olmasına baxmayaraq, etiraz və mülahizələrini məhkəməyə göndərməmiş, iddia tələbinin təqzibi ilə bağlı onun sübutları məhkəmə prosessinin mübahisə predmeti olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən qeyd olunan hallar, yəni lotoreya oyunu oynamaları və bunun nəticəsində cavabdehin özü və digər bir şəxsin əvəzində ödəniş etməli olmasına baxmayaraq etməmiş, iddiaçı tərəfindən ödənilmiş məbləğlərlə bağlı cavabdehlik daşımışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olmaqla yalnız cavabdeh əvəzində ödənişin edilməməsinə görə öhdəliyin daşıyıcısı olmaqla 100 manat pul Cavabdeh alınaraq iddiaçıya ödənilməli, qalan hissədə iddia tələbi öz təsdiqini tapmadığı üçün təmin edilməməlidir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrəqanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərinkim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçı qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. Cavabdeh iddiaçıya ondan aldığı pulu qaytarmağı barədə üzərinə öhdəlik götürmüş, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Odur ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehdən 100 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 100 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar