Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3236/2021 30.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Kommersiya Bankı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış 09.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə illik 23% ödəmək şərtilə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 26.02.2021-ci il tarixinə «xxxx» KB ASC-yə 2393.51 ABŞ dolları əsas, 95.79 ABŞ dolları faiz, cəmi 2489.30 ABŞ dolları məbləğində borcu yaranmışdır. Aralarında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən Cavabdeh iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə 2393.51 ABŞ dolları əsas, 95.79 ABŞ dolları faiz, cəmi 2489.30 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı LPO «xxxx» ASC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəməyə hesabdan çıxarış təqdim edərək əlavə olaraq izahatında göstərdi ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən 4850.35 manat kompensasiya hesablanmış, həmin pulu cavabdeh alaraq öz şəxsi ehtiyacları üçün xərcləmiş, lakin banka olan borcundan ödəniş etməmişdir. Cavabdeh borcun restrukturizasiya edilməsi üçün dəfələrlə banka dəvət olunmasına baxmayaraq, cavabdeh banka gəlməkdən imtina etmişdir. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərdi ki, Cavabdeh iddiaçı «xxxx» KB ASC ilə arasında bağlanmış 09.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cvabdeh kredit borcunu ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən Cavabdeh 4850.35 manat məbləğində kompensasiya hesablanmış, həmin pulu cavabdeh alaraq öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Cavabdehin banka borcu olsaydı həmin kompensasiya məbləği cavabdehin banka olan borcuna yönəldilmiş olardı. Ona görə də məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan iddiaçı “xxxx” Kommersiya Bankı ASC tərəfindən verilmiş 26 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 1332nkNFT/15 saylı kredit müqaviləsi üzrə 26 fevral 2021-ci tarixə banka 2393.51 ABŞ dolları əsas, 95.79 ABŞ dolları faiz, cəmi 2489.30 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı “xxxx” Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış 1332nkNFT/15 saylı, 09.02.2015-ci il tarixli kredit və bank hesabı müqaviləsindən görünür ki, bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 09 mart 2015-ci il tarixdən başlayaraq hər ay banka 342 ABŞ dolları, sonuncu ay 333.08 ABŞ dolları, ümumilikdə 8199.08 ABŞ dolları ödəməklə qaytarmalıdır. İş materiallarına əlavə edilmiş iddiaç «xxxx» Kommersiya Bankı ASC-nin Cavabdeh ünvanladığı 16 sentyabr 2020-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə bank tərəfindən müqavilə üzrə yaranmış kredit borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün 3 iş günü vaxt verilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyası barədə məlumatdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən Cavabdeh 4850.35 manat məbləğində kompensasiya hesablanmışdır. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh sonuncu dəfə 15.03.2021-ci il tarixdə ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İddiaçının nümayəndəsinin izahatına və iş materiallarında olan xəbərdarlıq məktublarına əsasən cavabdehlərə bank tərəfindən müqavilə üzrə yaranmış kredit və ona hesablanmış faiz borcları barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi tələb olunmuş, lakin cavabdeh, ona edilmiş xəbərdarlıqlara baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmiş, həmçinin Azərbaycan Respublikası Prezidentinin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən bank tərəfindən qalıq borcun restrukturizasiya edilməsi üçün dəfələrlə banka dəvət olunmasına baxmayaraq, cavabdehlər banka gəlməkdən imtina etmişlər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən kredit müqaviləsinin 24 aylıq müddətinin bitməsinə baxmayaraq cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarından müəyyən edilir ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçı qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək Cavabdeh iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə 2393.51 ABŞ dolları əsas, 95.79 ABŞ dolları faiz qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 2489.30 ABŞ dolları məbləğində borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia tələbi təmin edilsin. Cavabdeh iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə 2393.51 (iki min üç yüz doxsan üç dollar əlli bir sent) ABŞ dolları əsas, 95.79 (doxsan beş dollar yetmiş doqquz sent) ABŞ dolları faiz, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 2489.30 (iki min dörd yüz səksən doqquz dollar otuz sent) ABŞ dolları məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3236/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3236/2021
30.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver