Məhkəmə qərarları › İş №2(060)-3257/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3257/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3257/2022 13.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, X6, Sumqayıt şəhəri 3 saylı Dövlət Notariat Kontoru və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı «alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1810F ünvanında yerləşən bağ sahəsinə alqı-satqısına dair Cavabdeh1 ilə cavabdeh X6 arasında ünvan 5findən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-832 reyestr nömrəli alqı-satqı müqaviləsinin və onun sonrakı hüquqi nəticələrinin, yəni həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən cavabdeh X4 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşmə verərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1810F ünvanında yerləşən bağ sahəsinə alqı-satqısına dair Cavabdeh1 ilə cavabdeh X6 arasında ünvan 5findən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-832 reyestr nömrəli alqı-satqı müqaviləsinin və onun sonrakı hüquqi nəticələrinin, yəni həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən cavabdeh X4 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinə dəqiqləşmə verərək, ünvan 5findən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-832 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və onun sonrakı hüquqi nəticələrinin, yəni həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən cavabdeh X4 adına verilmiş çıxarışın ləğv edilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1093/2019 saylı, 29 mart 2019-cu il tarixli qətnaməsi ilə, birgə nikah dövründə əldə edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1810F ünvanında yerləşən bağ sahəsinə dair mülkiyyət hüququ üzrə paylar 3/5 hissədə İddiaçı, 2/5 hissədə isə Cavabdeh1 olmaqla müəyyən edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 2957/2019 saylı, 02 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1093/2019 saylı, 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1810F ünvanında yerləşən bağ sahəsinə dair İddiaçı ayrılmış 3/5 hissə ilə bağlı çıxarış verilməsi tələbi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 2 saylı Sumqayıt şəhəri Ərazi İdarəsinə müraciət edilmişdir. Həmin müraciətə cavab olaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli. 2t060)-1093/2019 saylı icra vərəqəsinin 2 saylı Sumqayıt şəhəri Ərazi idarəsinə daxil olduğu və bununla bağlı İcra İdarəsinə Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1810F ünvanında yerləşən bağ sahəsinin ünvan 5findən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-832 reyestr nömrəli alqısatqı müqaviləsi əsasında ozgəninkiləşdirilərək İsmayılov Faiq Äbaulla oğlunun adına qeydiyyata alındığını bildirilmişdir. Halbuki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1093/2019 saylı, 29 mart 2019-cu il tarixli qətnaməsi ilə, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1810F ünvanında yerləşən bağ sahəsinə dair onun hissəsi 3/5 hissədə müəyyən edilmişdir. Lakin həmin alqı-satqı müqaviləsi olduğundan o, öz hissəsini özəlləşdirə bilmir. Bu səbəbdən də,iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq, ünvan 5findən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-832 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və onun sonrakı hüquqi nəticələrinin, yəni həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən cavabdeh X4 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmədə iştirak edən zaman iddiaçının izahatına uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı onun keçmiş həyat yoldaşıdır. Onların birgə nikahlarından üç övladları olmuşdur. O, dəfələrlə iddiaçı tərəfə sözügedən torpaq sahəsində köməkləşib övladları üçün ev tikməsini xahiş etsə də, iddiaçı bununla razılaşmamışdır. O, hazırda sözügedən torpaq sahəsi üzərində ev tikib və ikinci dəfə ailə həyatı quraraq ailəsi ilə orada yaşayır. Hazırda iddiaçının payına düşən ev deyil torpaq sahəsidir. Bundan əlavə, qardaşının adına özəlləşdirməsində heç bir qanun pozuntusuna yol verilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. İş üzrə cavabdehlər X6 və Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontoru qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmədə iştirak edən zaman bildirmişdir ki, iddiaçının payının müəyyən olunması ilə bağlı olan qətnamə onlara təqdim olunmamışdır. Bu səbəbdən təmsil etdiyi idarə vətəndaşın təqdim etdiyi hüquqi sənədlər əsasında torpaq sahəsinə dair çıxarış vermişdir. Sözügedən torpaq sahəsi üçün verilən çıxarış tam qanuni əsaslara görə verilmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materiallarında olan № 4Ə/832 saylı notariat işinə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, AN-İ № ******* saylı “Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 tam mülkiyyət üzrə ona məxsus olan Sumqayıt şəhəri, Novxanı Bağ massivi, 1810F ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsini 4500 manata X1. İş materiallarında olan № 4Ə/832 saylı notariat işinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli “Çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi,1810F saylı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Sumqayıt şəhəri üzrə icra İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-1093/2019 nömrəli icra vərəqəsi idarəyə daxil olmuş və bununla bağlı icra idarəsinə Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1810F ünvanda yerləşən bağ sahəsinin ünvan 5findən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, 4Ə-832 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilərək X4 adına qeydiyyata alınması barədə məlumat verilmişdir. Həmçinin bildirilmişdir ki, icra vərəqəsinin icra olunması ilə bağlı əlavə məlumat idarəyə təqdim olunduqdan sonra dövlət reyestrində bununla bağlı qeydiyyat aparılacaqdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-2957/2019 saylı qətnaməsinin surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1093/2019 saylı, 29 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1810F ünvanında yerləşən bağ sahəsinə dair mülkiyyət hüququ üzrə payların 3/5 hissədə İddiaçı, 2/5 hissədə isə Cavabdeh1 olmaqla müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayəti təmin olunmamış və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1093/2019 saylı, 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ümumi sahəsi 0.03 ha olan sözügedən həyətyanı torpaq sahəsi üzərində X4 mülkiyyət hüququ Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusunun təsdiq etdiyi Cavabdeh1 və X6 arasında bağlanmış 12 noyabr 2019-cu il tarixli 4Ə-832 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınaraq 20 noyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış və 19 noyabr 2019-cu il tarixli 436197 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Sonradan 17 fevral 2020-ci il tarixində Sumqayıt Şəhər Məhkəməsinin 29 mart 2019-cu il tarixli 2(060)-1093/2019 saylı İddiaçı Cavabdeh1 qarşı “bağ sahəsinin bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə baxaraq qət etdiyi, iddia tələbinin qismən təmin edilməsi və müvafiq bağ sahəsi üzərində 3/5 hissə İddiaçı, 2/5 hissə Cavabdeh1 paylı mülkiyyət hüququnun müəyyən olunması ilə bağlı icra vərəqəsinin aidiyyəti hissədə icra olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 5 fevral 2022-ci il tarixli 1883/41 nömrəli məktubu idarəyə daxil olmuşdur. Qeyd olunan daşınmaz əmlak özgəninkiləşdirildiyi üçün icra vərəqəsinin icra edilməsiylə əlaqədar əlavə məlumat idarəyə təqdim olunduqdan sonra dövlət reyestrində bununla bağlı müvafiq qeydiyyat aparılacağı barədə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən **********52 nömrəli məktub ünvanlanmış və həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 339.1 -ci maddəsinə görə, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Mülki Məcəllənin 339.2-cı maddəsinə görə əqd bağlanması məqsəddə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Mülki Məcəllənin 339.3-cü maddəsinə görə, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə görə hüququ obyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Belə ki, məhkəmədə sübutların araşdırılması zamanı müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1093/2019 saylı, 29 mart 2019-cu il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestrində ********** nömrə ilə qeydiyyata alınmış, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1810F ünvanında yerləşən bağ sahəsinə dair mülkiyyət hüququ üzrə payların 3/5 hissədə İddiaçı, 2/5 hissədə isə Cavabdeh1 olmaqla müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayəti təmin olunmamış və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1093/2019 saylı, 29 mart 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Cavabdeh1 və X6 arasında bağlanmış 12 noyabr 2019-cu il tarixli 4Ə-832 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında qeydiyyata alınaraq 20 noyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa görə iddiaçı öz paylı mülkiyyətindən istifadə edə bilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, sözügedən alqısatqı müqaviləsi və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və X6 arasında bağlanmış və ünvan 5findən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-832 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab olunmalı və onun sonrakı hüquqi nəticələrinin, yəni həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən cavabdeh X4 adına verilmiş çıxarışın ləğv edilməli və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutulub İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məçəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və X6 arasında bağlanmış və ünvan 5findən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-832 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun və onun sonrakı hüquqi nəticələrinin, yəni həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən cavabdeh X4 adına verilmiş çıxarışın ləğv edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X2 müştərək qaydada tutulub İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar