Məhkəmə qərarları › İş №2(060)-3295/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3295/2021

28.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3295/2021 28.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-in xeyrinə 2014-cü il 26 noyabr tarixli kredit müqaviləsi üzrə 30666.64 ABŞ Dolları əsas, 30487.27 ABŞ Dolları faiz, 6749.16 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 67903.07 ABŞ Dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanm Cavabdeh2 qızma məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən, 3 otaqlı, 68.4 kv.m. ümumi, 47.3 kv.m. yaşayış, 21.1 kv.m. yardımçı sahədən ibarət 1 nömrəli evin 32 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən, 3 otaqlı, 68.4 kv.m. ümumi, 47.3 kv.m. yaşayış, 21.1 kv.m. yardımçı sahədən ibarət 1 nömrəli evin 32 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 qızma məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən, 3 otaqlı, 68.4 kv.m. ümumi, 47.3 kv.m. yaşayış, 21.1 kv.m. yardımçı sahədən ibarət 1 nömrəli evin 32 nömrəli mənzilinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh3 və digər şəxslərin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən, 3 otaqlı, 68.4 kv.m. ümumi, 47.3 kv.m. yaşayış, 21.1 kv.m. yardımçı sahədən ibarət 1 nömrəli evin 32 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4, Cavabdeh3 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı mülki iş mahiyyəti üzrə baxılması ücün 28.07.2021-ci il tarixə təyin olunmuş, işdə iştirak edən şəxslərə vaxtında məhkəmənin yeri və vaxtı barədə məlumat verilmişdir. Hazırda İddiaçı ASC-nin Məhkəmə Orqanları ilə İş şöbəsinin müdiri İsa Hacıyev məktub ilə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə, QƏRAR VERDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair mülki iş baxılmamış saxlanılsın. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu özünə qaytarılsın. Bu qərardad ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nə qaytarılması üçün əsasdır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: RƏŞAD QOŞQARLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar