Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3305/2020 28.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxxxxxxx» ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasnda baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «xxxxxxxxx» ASC-nin Cavabdeh qarşı“borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 330 manat əsas, 132,59 manat faiz, 273,62 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 6.6 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 742,81 manat, xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 288,34 manat əsas, 97,52 manat faiz, 212,21 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 212,21 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 606,87 manat borcun və 30 manat dövlət rüsumunun «xxxxxxxxx» ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə təqdim edərək cavabdehdən xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 330 manat əsas, 132,59 manat faiz, 273,62 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 6.6 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 742,81 manat, xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 288,34 manat əsas, 97,52 manat faiz, 212,21 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 8,8 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 606,87 manat borcun borcun və 30 manat dövlət rüsumunun «xxxxxxxxx» ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən “FİNtrend” Bank olmayan kredit təşkilatından illik 40 faizlə 12 ay müddətinə kart vasitəsilə 330 manat, xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən həmin kredit təşkilatından illik 40 faizlə 12 ay müddətinə kart vasitəsilə 339 manat kredit götürmüşdür. “FİNtrend” BOKT ilə İddiaçı İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 376 saylı xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə xx xxxxxxxx 2018-ci il tarixli və 282 №-li xx xxx 2018-ci il tarixli 004 saylı müqaviləyə xx xxxxxxxx 2018-ci il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ İddiaçı İKB ASC-yə ötürülmüşdür. Borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Banka xx xxxx 2020-ci il tarixədək cavabdehin xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 330 manat əsas, 132,59 manat faiz, 273,62 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 6.6 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 742,81 manat, xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 288,34 manat əsas, 97,52 manat faiz, 212,21 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 212,21 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 606,87 manat borcu vardır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: «FİNtrend» BOKT ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il kredit müqaviləsindən görünür ki, kreditor borcalana 12 ay müddətinə illik 40 faiz ödənilməsi şərti ilə 330 manat məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağıöhdəsinə götürmüşdür. «FİNtrend» BOKT ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2018-ci il kredit müqaviləsindən görünür ki, kreditor borcalana 12 ay müddətinə illik 40 faiz ödənilməsi şərti ilə 339 manat məbləğində kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağıöhdəsinə götürmüşdür. «FİNtrend» BOKT ilə İddiaçı İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli 004 nömrəli müqaviləyə hüquqların ötürülməsi barədə 282 saylı xx xxxxxxxx 2018-ci il tarixli və 376 saylı xx xxxxxx 2018-ci il tarixli sazişdən görünür ki, “FİNtrend” BOKT tərəfindən Cavabdeh qarşı hüquqlar İddiaçı İKB ASC-yə ötürülmüşdür. Maliyyə arayışlarından görünür ki, Cavabdeh xx xxxx 2020-ci il tarixə xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 330 manat əsas, kreditin bitmə tarixinə 132,59 manat faiz, 273,62 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 6.6 manat, xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə isə 288,34 manat əsas, kreditin bitmə tarixinə 97,52 manat faiz, 212,21 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 8.8 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçıüzərinə götürdüyüöhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununlada müqavilədə nəzərdə tutulmuşöhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. «Fintrend» BOKT ilə İddiaçı İKB ASC arasında bağlanmış sazişlərə əsasən cavabdehə qarşı tələbetmə hüququ İddiaçı İKB ASC-yə (hazırki adı xxxxxxxxx ASC) ötürülmüşdür. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 273,62 manat məbləğində cərimə azaldılaraq 50 manat, 212,21 manat cərimə azaldılaraq 50 manat müəyyən edilməlidir. Məhkəmə Mülki Məcəllənin 445-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin bitdiyi xx xxxxxx 2019-cu il tarixdən sonrakı dövr nəzərə alınmaqla xx xxxx 2020-ci il tarixədəködənilməmiş əsas borc məbləğinə illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün 6.6 manat, eləcə də xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsinin bitdiyi xx xxxxxxxx 2019-cu il tarixdən xx xxxx 2020-ci il tarixədək ödənilməməmiş əsas borc məbləğində illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün 8.8 manat pulun tutulması hissədə tələb əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 08,60 manat iddiaçıya aid edilməli, 21,40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 330 manat əsas, 132,59 manat faiz, 50 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 6.6 manat, xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə isə 288,34 manat əsas, 97,52 manat faiz, 50 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 8.8 manat, cəmi 963,85 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21,40 manat «xxxxxxxxx» ASC -nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 284-1, 284-5.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 330 manat əsas, 132,59 manat faiz, 50 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 6.6 manat, xx xxxxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə isə 288,34 manat əsas, 97,52 manat faiz, 50 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 8.8 manat, cəmi 963,85 (doqquz yüz altmış üç manat səksən beş qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 21,40 (iyirmi bir manat qırx qəpik) manat «xxxxxxxxx» ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlilk edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3305/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3305/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver