Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3310/2021 05.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X14 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı «xxxx» ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “xxxx” ASC-nin “Sumqayıt” filialı ilə X13 arasında bağlanmış 02.04.2018-ci il tarixli, 1921-02.04.2018-002835 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 51 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 1800 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X3 10.09.2018-ci il tarixdə vəfat etmişdir. Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 20.08.2020-cu il tarixli 2943 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X6 adına vərəsəlik işi açılmış və Cavabdeh qanun üzrə X12 şəhadətnamə əldə ütmək üçün müraciət etmişdir. Bank tərəfindən təqdim edilmiş 22.01.2021-ci il tarixli maliyyə arayışına əsasən, X7 vəfat etdiyi tarixə Banka ödənilməmiş 1699.64 manat əsas, 5.90 manat faiz borcu olmaqla, cəmi 1705.54 manat borcu qalmışdır. Cavabdeh mərhum X5 qalmış mirası qəbul etməsinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın “xxxx” ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən mərhum X7 vərəsəsi Cavabdeh iddiaçı "xxxx” ASC-nin xeyrinə 1699.64 manat əsas, 5.90 manat faiz borcu olmaqla, cəmi 1705.54 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxx» ASC ASC-nin nümayəndəsi X11 iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X4 izahatını dinləyib məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan 22 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, X7 02.04.2018-ci il tarixli kredit müqaviləsi üzrə 22.01.2021-ci il tarixə 1699.64 manat əsas borc, 5.90 manat faiz borcu, cəmi 1705.54 manat borcu vardır. İş materiallarında olan iddiaçı «xxxx» ASC ilə X13 arasında bağlanmış 02.04.2018ci il tarixli kredit müqaviləsindən görünür ki, bank tərəfindən X8 illik 27 faiz ödənilməsi şərti ilə 51 ay müddətində 1800 manat məbləğində kredit verilmiş, borcalan krediti müəyyən olunmuş müddətdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materallarında olan ödəniş cədvəlindən görünür ki, X13 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 02.05.2018-ci il tarixdən başlayaraq hər ay banka 59.7. manat, sonuncu ay 58.79 manat, ümumilikdə 3043.79 manat ödəməklə qaytarmalıdır. İş materiallarına əlavə edilmiş iddiaçı «xxxx» ASC-nin Cavabdeh ünvanladığı 14.01.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə bank tərəfindən mərhum X7 02.04.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh, ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. İş materiallarında olan Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisinin iddiaçının sorğusuna 20.08.2020-ci il tarixli cavab məktubundan görünür ki, 10.09.2018-ci ildə ölmüş X7 vərəsəsi Cavabdeh müraciət etmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 10 sentyabr 2018-ci ildə ölmüşdür. Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisi 07 aprel 2021-ci il tarixdə məhkəmənin 19.03.2021-ci il tarixli 2(060)-3310/2021 nömrəli müraciətinə cavab olaraq bildirmişdir ki, 10.09.2018-ci ildə ölmüş X7 oğlu-X15 və oğlu-X16 mirasın qəbulu üçün ərizə ilə müraciət etmişlər. Digər vərəsəsi oğlu - X9 vərəsələr sırasına daxil edilməsi barədə X10 ərizəsi işə əlavə edilmişdir. Eyni zamanda bildirilmişdir ki, 07.04.2021-ci il tarixədək X7 vərəsələrinə Qanun üzrə X12 Şəhadətnamə verilməmişdir. Məhkəmə sorğusu əsasında Sumqayıt Regional “ASAN xidmət” mərkəzində notariat ofisindən alınıb iş materiallarına əlavə edilmiş 10.09.2018-ci ildə ölmüş X7 vərəsəlik işinin surətindən görünür ki, X15, oğlu-X16 və X17 mirasın qəbulu üçün ərizə ilə müraciət etmişlər və mərhum X7 vərəsələri sırasına daxil edilmişdir. X2 vərəsələrinə Qanun üzrə X12 Şəhadətnamə verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İş materiallarından müəyyən edilir ki, iddiaçı “xxxx” ASC X13 arasında bağlanmış 02.04.2018-ci il tarixli kredit müqaviləsinə əsasən X8 51 ay müddətinə illik 27 % dərəcəsi ilə 1800 manat məbləğində kredit verilmişdir. X13 10.09.2018-ci il tarixdə vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirə bilməmiş, nəticədə 22.01.2021ci il tarixə iddiaçı «xxxx» Bankı ASC-nə 02.04.2018-ci il tarixli kredit müqaviləsi üzrə 1699.64 manat əsas borc, 5.90 manat faiz borcu, cəmi 1705.54 manat məbləğində borcu yaranmışdır. 10.09.2018-ci il tarixdə ölmüş X7 miras qalmış əmlakına dair X12 şəhadətnamə verilməmişdir. Həmçinin M.S.Həsənlinin miras qalmış əmlakının idarə və faktiki sahiblik edilməsi Cavabdeh öhdəlik daşıması iş materialları ilə öz təsdiqini tamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı «xxxx» ASC mərhum X7 vərəsəsi Cavabdeh iddiaçı "xxxx” ASC-nin xeyrinə 1699.64 manat əsas, 5.90 manat faiz borcu olmaqla, cəmi 1705.54 manat məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat xidmət haqqının tutulmasını tələb etmiş, lakin məhkəmə iclasında iddia tələbinin əsası kimi istinad etdiyi halları Cavabdeh mərhum X7 vərəsəsi olması, Qanun üzrə X12 Şəhadətnamənin verilməsini və ya faktiki sahiblik etməsini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. X1 vərəsələrinə Qanun üzrə X12 Şəhadətnamə verilməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3310/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3310/2021
05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver